Nəzərəli xan Kəngərli
Nəzərəli xan Kəngərli | |
---|---|
1811 – 1813 | |
Əvvəlki | Kəlbəli xan Kəngərli |
Sonrakı | Kərim xan Kəngərli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan, Rusiya imperiyası |
Atası | Kəlbəli xan Kəngərli |
Həyat yoldaşları |
Fatimə Xanım Zöhrə Xanım Bibi Xanım |
Ailəsi | Naxçıvanskilər |
Dini | Şiə İslam |
Nəzərəli xan Kəngərli (d. 1776, Naxçıvan xanlığı - ö. 1856, Naxçıvan, Rusiya imperiyası) — 1811-1813-cü illərdə Naxçıvan xanlığının xanı olmuş, Rus-İran müharibələrində Qacar ordusu tərəfindən iştirak etmişdir. Nəzərəli xan Ehsan xan Kəngərli və Şeyxəli xan Kəngərlinin qardaşı idi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nəzərəli xan gənc yaşlarında atası Kəlbəli xan tərəfindən Fətəli şah Qacarın yanına göndərilmiş və onun yanında əmanət olaraq qalmışdır.
Xanlığı
[redaktə | mənbəni redaktə et]Qacar ordusunun rəhbəri və vəliəhd şahzadə Abbas Mirzənin oğlu tərəfindən yazılmış bu məktubda Kərim xandan Qarabağı ələ keçirilməsi istənilirdi. Bu məqsəd üçün ona 1000 süvari də yardıma göndərilmişdi. Artıq iyun ayının əvvəllərində Kərim xan əmrində olan ordu ilə birlikdə Qarabağda əməliyyatlara başlamışdı. Onun Mehri istiqamətindəki yolları bağlamasından sonra bölgədəki rus komandanı general Nebolsin polkovnik Kortlyarevskiyə XVII Yaeger alayını götürərək Kərim xanın ələ keçirdiyi yeri geri almağa göndərir. Yürüşə başlayan Kortlyarevski Kərim xanın mövqeləndiyi yerə gəlir və baş verən toqquşmalardan sonra onu Ordubada doğru geri çəkilməyə məcbur edir. Bir qədər sonra isə Pyotr Stepanoviç gecə hücumu ilə birlikdə Mehrini ələ keçirir. Mehridəki Qacar qarnizonunun komandanı Pir Qulu xan Arazı keçərək Qaradağa, Kərim xan isə Naxçıvana gedir. Nəticədə yürüşü uğursuz həyata keçirdiyi üçün Kərim xan Tehrana göndərilir və onun yerinə artıq vəfat etmiş Kəlbəli xan Kəngərlinin ən böyük oğlu Nəzərəli xan Kəngərli gətirilir. Bu hadisə ilə birlikdə Kəlbəli xanın ölümündən sonra Naxçıvan xanlığının idarəsini xanın böyük oğlu Nəzərəli xan öz əlinə aldı. Lakin tezliklə Kəlbəli xanın qardaşı oğlu Kərim xan Kəngərli hakimiyyəti öz əlinə keçirdi. Lakin o da hakimiyyətdə iki ildən artıq qala bilmədi. Beləliklə, Nəzərəlinin xanlığı 1813-cü ilə qədər davam edir.[1] Həmin ildə Kərim xan Kəngərli yenidən xalıq vəzifəsinə təyinat alır. O, bir neçə dəfə Naxçıvan şəhərinin hakimi təyin edilmiş və 1818-ci ildə Qacar hökuməti tərəfindən ona təqaüd ayrılmışdır.[2]
Rusiya imperiyası tabeliyində
[redaktə | mənbəni redaktə et]Naxçıvan xanlığı haqqında çox qiymətli məlumatlar həmin dövrdə diplomatik fəaliyyət göstərən rus yazıçısı A. S. Qriboyedovun yazılarında da vardır. A.S. Qriboyedov ikinci Rusiya—İran müharibəsi dövründə aparılan danışıqlarda iştirak etdiyindən hadisələrin şahidi olmuşdu. «Qafqaz məcmuəsində» Aleksandr Sergeyeviç Qriboyedovun tərcümeyi-halı haqqında nəşr edilmiş sənədlər qiymətli materialla zəngindir. Həmin məcmuədəki sənədlər arasında Kəlbəli xanın, Nəzər Əli xanın, Həsən xanın, Ehsan xanın və Şıxəli bəyin Rusiya hərbi xadimləri ilə məktublaşmaları vardır. Maraqlıdır ki, Nəzərəli xanın və Həsən xanın siyasi xadim kimi fəaliyyəti ilk dəfə A. S. Qriboyedov tərəfindən göstərilmişdir.[3]
Naxçıvan xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Nəzərəli xan Naxçıvanda yaşamağa davam etdi. Kəngərli süvariləri adlı qeyri-nizami hərbi dəstə formalaşdırıldıqdan sonra isə oraya qatıldı. 1828-ci ildə İran işləri üzrə Rusiya imperiyasının səlahiyyətli nümayəndəsi Aleksandr Qriboyedovun hökumətə məsləhətindən sonra ona illik 1100 çervon təqaüd ayrıldı və atasının xidmətlərinə görə polkovnik-leytenant rütbəsinə yüksəldildi. Bir müddət sonra isə üstün xidmətə görə polkovnik rütbəsi aldı. Nəzərəli xan 1837-ci ildə imperator I Nikolayın Qafqaza səfəri xatirəsilə hazırlanmış gümü medalla mükafatlandırılmışdı.[2]
Sahib olduğu tyul mülkləri ilə birlikdə Nəzərəli xan Nəzərabad adlı kənddə böyük suvarılan və dəmyə torpaqlarına malik idi. Bundan başqa onun mülklərinə Naxçıvan şəhərində yerləşən ictimai hamam da daxil idi. 1850-ci ilin hesablamalarına görə, onun mülkiyyətində 8 irsi sahibliklə kənd var idi: 360 rubl illik gəlir ilə Əliabad kəndi, 700 rubl illik gəlir ilə Tumbul, 500 rubl illik gəlir ilə Yamxana, 600 rubl illik gəlir ilə Xanağa, 400 rubl illik gəlir ilə Zeynəddin, 200 rubl illik gəlir ilə Vayxır, 300 rubl illik gəlir ilə Nəzərabad və 150 rubl illik gəlir ilə Zuvala. Bundan başqa onun iki üzüm bağı və iki böyük evi var idi.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]1831-ci ilin məlumatında onun birinci arvadı Fatimə Xanımın (təxminən 1776-cı il təvəllüdlü) artıq vəfat etmişdi. Digər iki arvadı - 1816-cı il təvəllüdlü Zöhrə Xanım və 1806-cı il təvəllüdlü Bibi Xanım idi. 1858-ci ilin qeydiyyatlarında yalnız Bibi Xanımın adı qeyd edilmişdir. 1866-cı ildən sonra onun varisləri Naxçıvanski soyadını qəbul etmişdir.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əliyev, 1996. səh. 66
- ↑ 1 2 3 4 Нагдалиев, 2006. səh. 331
- ↑ Əliyev, 1996. səh. 6
Mənbə
[redaktə | mənbəni redaktə et]- Фархад Нагдалиев. Ханы Нахичеванский в Российской империи / Научный ред. серии Э. Мамедли, оформление Ф. Нагдалиев. Москва: Новый Аргумент. 2006.
- Fuad Əliyev, Mirabdulla Əliyev. Naxçıvan xanlığı (1747—1828) (PDF). Bakı: Azərnəşr. Mahmud İsmayılov. 1996.