Nadejda Petroviç
Nadejda Petroviç | |
---|---|
serb. Надежда Петровић | |
Doğum tarixi | 12 oktyabr 1873 |
Doğum yeri |
|
Vəfat tarixi | 3 aprel 1915[1][2][…] (41 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | səpmə yatalaq |
Dəfn yeri |
|
Fəaliyyəti | incəsənət tənqidçisi[d], rəssam, vizual incəsənət rəssamı |
Stillər | ekspressionizm, fovizm |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nadejda Petroviç (serb. Nadežda Petrović / Надежда Петровић; 12 oktyabr 1873, Çaçak[d], Serbiya knyazlığı – 3 aprel 1915[1][2][…], Valyevo[d], Serbiya krallığı[3]) — serb rəssamı və regionda qadın müharibə fotoqrafiyasının banilərindən biri. Serbiyanın ən məşhur ekspressionisti və fouvisti hesab edilən o, dövrün ən mühüm serb qadın rəssamı olub. Çaçak şəhərində anadan olan Petroviç gənclik illərində Belqrada köçmüş və orada qadınlar üçün ali məktəbdə oxumuşdur. 1891-ci ildə məzun olduqdan sonra 1893-cü ildən başlayaraq Sloveniyalı rəssam Anton Ajbedən təhsil almaq üçün Münhenə köçməzdən əvvəl orada dərs deyib. 1901–1912-ci illər arasında o, Avropanın bir çox şəhərlərində əsərlərini sərgiləyib.
Ömrünün sonrakı illərində Petroviçin rəsm çəkməyə vaxtı az idi və yalnız bir neçə əsər yaratdı. 1912-ci ildə Balkan müharibələrinin başlamasından sonra könüllü olaraq tibb bacısı oldu. 1913-cü ilə qədər o, tif və vəba xəstəliyinə yoluxan Serb əsgərlərinə qulluq etdi. O, göstərdiyi xidmətlərə görə "İgidliyə görə" medalı və Qırmızı Xaç ordeni ilə təltif olundu. Birinci Dünya müharibəsinin başlaması ilə o, yenidən Serbiya Ordusunda tibb bacısı olmaq üçün könüllü oldu və nəticədə 3 aprel 1915-ci ildə yoluxduğu tif xəstəliyindən vəfat etdi.
Onun əsərlərinə kətan üzərində üç yüzə yaxın yağlı boya, yüzə yaxın eskiz, etüd və eləcə də bir neçə akvarel daxildir. Onun əsərləri sesesiya, simvolizm, impressionizm və fovizm cərəyanlarına aiddir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nadejda Petroviç 11[4] və ya 12[5] oktyabr 1873-cü ildə Serbiya knyazlığının Çaçak şəhərində Dimitriye və Mileva Petroviçin ailəsində anadan olub. Ailədə doqquz bacı və bir qardaş idilər.[6] Onun kiçik qardaşı Rastko Petroviç gələcəkdə yazıçı və diplomat oldu. Anası Mileva məktəb müəllimi və görkəmli serb siyasətçisi Svetozar Miletiçin qohumu idi.[7] Onun atası incəsənət və ədəbiyyatdan dərs deyirdi və sənət əsərləri toplamaqla məşğul olurdu. Daha sonra o, vergi yığan kimi işləməyə və rəsm əsərləri haqqında yazmağa davam etdi.[8] O, 1870-ci illərin sonlarında xəstələndi və ailəsini 1884-cü ildə Belqrada köçməzdən əvvəl Karanovac (indiki Kralyevo) şəhərinə apardı.[9] Onların yaşadıqları ev sonradan İkinci Dünya müharibəsi zamanı Lüftvaffe tərəfindən bombardman zamanı dağıdıldı. İstedadlı bir rəssam olmasının əlamətlərini göstərən Petroviç daha sonra Dorde Krsticdən dərs aldı və 1891-ci ildə bitirdiyi qadın ali təhsil məktəbində təhsil aldı.[10]
Nadejda Petroviç 1893-cü ildə məktəbdə rəssamlıq müəllimi oldu. Daha sonra Belqraddakı qadınlar universitetində dərs dedi. O, Münhendə Anton Ajbenin özəl məktəbində rəssamlıq təhsili almaq üçün Serbiya Təhsil Nazirliyindən təqaüd aldı.[4] Burada o, rəssamlar Rixard Yakopiç, İvan Qrohar, Matiya Yama, Milan Milovanoviç, Kosta Miliçeviç və Borivoje Stevanoviçlə tanış oldu. O, həmçinin Vasili Kandinski, Aleksey Yavlenski, Yulius Ekster və Pol Kli kimi müasir incəsənət nümayəndələri ilə də qarşılaşdı və onların işindən çox təsirləndi.[11] Münhendə olarkən o, Serbiyadakı valideynlərinə mütəmadi olaraq məktublar göndərir və həmişə onlardan ölkədəki son hadisələri təfərrüatlandıran qəzet və kitablar göndərmələrini xahiş edirdi. Onun sənət əsərinə olan bağlılığı şəxsi həyatına zərbə vurdu. 1898-ci ildə nişanlısının anası qəbuledilməz dərəcədə yüksək cehiz istədikdən sonra o, dövlət qulluqçusu ilə olan nişanını geri qaytardı.
Petroviç 1900-cü ildə Serbiyaya qayıtdı və mütəmadi olaraq muzey və qalereyaları ziyarət etdi, konsertlərdə və teatr tamaşalarında iştirak etdi. O, həm də vaxtının çox hissəsini xarici dilləri öyrənməyə həsr edirdi. Onun ilk fərdi sərgisi elə həmin il Belqradda baş tutdu.[12] O, həmçinin Birinci Yuqoslaviya İncəsənət Sərgisinin və Birinci Yuqoslav İncəsənət Koloniyasının təşkilinə kömək etdi. 1902-ci ildə Petroviç qadın ali təhsil məktəbində dərs deməyə başladı. Növbəti il o, Osmanlı imperiyasının nəzarətində olan Kosovo və Makedoniyadakı etnik serblərə kömək etməyə həsr olunmuş humanitar təşkilat olan Serb Bacılar Dərnəyinin həmtəsisçisi oldu.[13][14] 1904-cü ildə Petroviç ailəsi Resnikdəki evlərinə köçdü.[15] Burada Nadejda diqqətini rəsmlərinə yönəltdi. Onun ən məşhur əsərlərindən biri olan "Resnik" burada olduğu müddətdə tamamlanıb. Sonrakı bir neçə il ərzində o, Serb vətənpərvər dərnəklərində iştirak etdi. O, Serbiyada yoxsullar üçün maddi yardım toplayır və Avstriya-Macarıstanın Bosniya və Herseqovinanın ilhaqına etiraz edirdi.[16] 1910-cu ildə o, dostu heykəltaraş İvan Meştroviçi ziyarət etmək üçün Parisə getdi.[17] Atasının ölüm xəbərini eşidənə qədər Fransada qalan Nadejda 1911-ci ilin aprelində Serbiyaya qayıtdı. Qayıdandan sonra o, ali təhsil verən qadın məktəbində yenidən dərs deməyə başladı.[18] O, əsərlərini 1911-ci il Beynəlxalq İncəsənət Sərgisində Serbiya krallığının[19] pavilyonunun bir hissəsi kimi nümayiş etdirdi.[20][21]
1912-ci ildə Petroviçin anası vəfat etdi. Tezliklə Balkan müharibələrinin başlaması ilə Petroviç tibb bacısı olmaq üçün könüllü oldu və göstərdiyi səylərə görə Şücaət medalı, Müqəddəs Sava ordeni və Qırmızı Xaç ordeni ilə təltif edildi. O, tif və vəba xəstəliyinə tutulan serb əsgərlərinə 1913-cü ilə qədər qulluq etdi. Ömrünün sonrakı illərində onun rəsm çəkməyə vaxtı demək olar yox idi və post-impressionist şah əsəri olan Valyevo Xəstəxanası (serb. Valjevska bolnica)[22] da daxil olmaqla yalnız bir neçə kətan hazırladı. Professor Andrey Vaçtel rəsm əsərini "cəsarətli fırça vuruşları və parlaq rənglər və "yaşıl, narıncı və qırmızı rəngli ekspressionist, demək olar ki, fauvist mənzərəyə qarşı bir sıra ağ çadırların" təsvirinə görə təriflədi.[23]
1914-cü ilin iyulunda Avstriya-Macarıstan Serbiyaya müharibə elan edəndə Petroviç İtaliyada idi. O, Serbiya ordusuna kömək etmək üçün dərhal Belqrada qayıtdı.[24] Valyevoda tibb bacısı kimi işləmək üçün könüllü olaraq o, 3 aprel 1915-ci ildə[18] orduya qoşuldu. Lakin burada tifə yoluxdu. Valyevo Xəstəxanasında bu xəstəlikdən vəfat etdi.[23]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Petroviçin yaradıcılığı Serb rəssamlığı üçün çox əhəmiyyətlidir. O, müasir Avropa incəsənətinin meyllərini Serb incəsənətinə uyğunlaşdırıb. 15 illik fəaliyyəti ərzində rəssam realizmdən impressionizm və fovizmə keçib. Petroviç parlaq və dinamik rəngdən istifadə edib. Onun bir çox əsərində parlaq qırmızı və yaşıl rənglər üstünlük təşkil edir. Petroviçin yaradıcılığı güclü və geniş fırça tətbiqi ilə xarakterizə olunur.
Petroviç vətənpərvərlik motivlərinə üstünlük verirdi. O, Serbiya mənzərələrini və sadə, tanınmış serbləri seçərək portretlər və mənzərələr çəkirdi. Onun yaradıcılığı adətən dörd dövrə bölünür: birincisi — Münhen dövrü (1898–1903), rəssamın Ajba ilə, sonra Eksterlə oxuduğu dövr; ikinci — Serb dövrü (1903–1910); üçüncü — Paris dövrü (1910–1912); dördüncüsü müharibə dövrüdür (1912–1915). Petroviçin mənzərələri arasında ayrıca fraqmentlər və panoramalar var. Birinci növə "Qurumuş ağac" (1902), ikinciyə "Resnikdə mənzərə" (1904) və "Vəhşi pion tarlası" (1913) daxildir. Panoramik mənzərələrdə rəssam məkanı kətanın eninə qədər genişləndirməyə çalışıb.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Ölümündən sonra Nadejda Petroviçin çəkli 200 serb dinarı əskinasında təsvir edilmişdir.[25] Nadejda Petroviç Memorialı regionun ən qədim təsviri sənət təzahürlərindən biridir və rəssamın xatirəsini və yaradıcılığını qorumağa həsr edilmişdir..[26]
Nadejda Petroviçin anadan olmasının 150 illiyi Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində qeyd olunacaq. Parisdə keçirilən sessiyada YUNESKO-nun İcraiyyə Şurası bu qurumla bağlı Nadejda Petroviçin anadan olmasının 150 illiyini qeyd etmək üçün yubileylər üzrə həmin təşkilatın Baş Konfransı üçün tövsiyə qəbul edib.[27]
Seçilmiş əsərləri
[redaktə | mənbəni redaktə et]-
Başı papaqlı Bavariyalı (1900)
-
Qraçanica (1913)
-
Tarlada biçin (1902)
-
Pogreb u Sicevu (1905)
-
Meşənin içində (təq. 1900)
-
Brittanda çimərlik (təq. 1900)
-
Aşağı axar ilə üzən Sava gəmisi (təq. 1900)
-
Belqraddakı Yəhudi Məhəlləsi (1903)
-
Resnikdə mənzərə (1905)
-
Velikafa (1905)
-
Belqrad şəhərətrafı (1908)
-
Qədim Prizren
-
Türk körpüsü
-
Kseniya Atanasiyeviç (1912)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Mikuž J. Nadežda Petrović // Petrović, Nadežda (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T066799
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118967169 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Večernje novosti, 18 April 2013
- ↑ B92, 30 June 2010
- ↑ Rade, R. Babić. "Nadežda Petrović − a female painter and a nurse" (PDF). Istorija Medicine. 10. 2008: 1. 2019-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-05.
- ↑ "Nadežda Petrović: Heroina zaljubljena u boje". Elle.rs (ingilis). 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-13.
- ↑ ""Ja hoću da sam slikar, a ne žena, žena ima dosta…" – Nadežda Petrović" (ingilis). 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.
- ↑ "Nadežda Petrović: Heroina zaljubljena u boje". eTrafika (ingilis). 2017-12-13. 2019-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.
- ↑ "Nadežda Petrović, između nerazumevanja i slave". Avant Art Magazin. 2014-03-27. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-05.
- ↑ Uzelac, 2003. səh. 127
- ↑ "Nadežda Petrović Biography". Уметничка галерија Надежда Патровић Чачак (ingilis). 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-14.
- ↑ "Istorija i tradicija | Kolo srpskih sestara Subotica" (serb). 2016-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-13.
- ↑ "Kolo srpskih sestara - Čuvarke tradicije i humanizma | Bilo jednom u Beogradu". 011info - najbolji vodič kroz Beograd (serb). 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-13.
- ↑ Separovic, Ana. "Recepcija djela Nadežde Petrović u hrvatskoj likovnoj kritici (Reception of Nadežda Petrović's Art Works in the Croatian Art Criticism)" (ingilis). 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.
- ↑ Miljković, Ljubica. Nadežda Petrović. Muzej Grada Novog Sada. Winter 2007. 14. ISBN 978-86-7637-030-6.
- ↑ Caucaso, Osservatorio Balcani e. "Nadežda Petrović, slikarka jedne prekretnice". Osservatorio Balcani e Caucaso (italyan). 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-13.
- ↑ 1 2 Večernje novosti, 19 April 2013
- ↑ Timotijević, Miloš. "Милош Тимотијевић, "Политика, уметност и стварање традиција (Подизање споменика Надежди Петровић у Чачку 1955. године)" (Politics, art and creation of traditions : The establishment of Nadežda Petrović monument in Čačak in 1955)" (ingilis). 2021-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
- ↑ "Nadežda Petrović - šira biografija". Уметничка галерија Надежда Патровић Чачак (serb). 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
- ↑ Elezović, Zvezdana. "Kosovske teme paviljona Kraljevine Srbije na međunarodnoj izložbi u Rimu 1911. godine". Baština. 27. 2009.
- ↑ Merenik, Lidija. "Nadežda Petrović: Projekat i sudbina, Topy i Vojnoizdavački zavod, Beograd 2006". Nadežda Petrović: Projekat i sudbina, Topy i Vojnoizdavački zavod, Beograd 2006 (ingilis). January 2006. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.
- ↑ 1 2 Wachtel, 2002. səh. 212
- ↑ Mitrović, 2007. səh. 113
- ↑ Cuhaj, 2010. səh. 844
- ↑ Ciric, Maja. "I Am What I Am, 25th Nadežda Petrović Memorial" (ingilis). January 2010. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.
- ↑ "НАДЕЖДА ПЕТРОВИЋ ПОД КРОВОМ УНЕСКА: Признање за нашу земљу поводом сто педесет година од рођења велике сликарке". NOVOSTI (serb). 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- "Nekoliko (ne)poznatih stvari o Nadeždi Petrović" [Some Unknown Facts about Nadežda Petrović]. B92 (serb). 30 June 2012. 7 April 2012 tarixində orijinalından arxivləşdirilib.
- Cuhaj, George S. Standard Catalog of World Paper Money – Modern Issues: 1961–Present. en:Iola, Wisconsin: Krause Publications. 2010. ISBN 978-1-4402-1512-4.
- Mitrović, Andrej. Serbia's Great War, 1914–1918. en:London: Purdue University Press. 2007. ISBN 978-1-55753-477-4. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
- Uzelac, Sonja Briski. Visual Arts in the Avant-gardes Between the Two Wars // Djurić, Dubravka; Šuvaković, Miško (redaktorlar ). Impossible Histories: Historical Avant-gardes, Neo-avant-gardes, and Post-avant-gardes in Yugoslavia, 1918–1991. en:Cambridge, Massachusetts: MIT Press. 2003. ISBN 978-0-262-04216-1. 2021-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
- "Ceo život u slikama" [An Entire Life in Pictures]. Večernje novosti (serb). 18 April 2013. 13 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2013.
- Svirepi ubica tifus [Typhus, the Cruel Killer]. Večernje novosti (serb). 19 April 2013. 13 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2013.
- Wachtel, Andrew. Culture in the South Slavic Lands // Roshwald, Aviel; Stites, Richard (redaktorlar ). European Culture in the Great War: The Arts, Entertainment and Propaganda 1914–1918. en:Cambridge: Cambridge University Press. 2002. ISBN 978-0-521-01324-6.
- Značaj slikarstva Nadežde Petrović by Đorđe Popović, 1938.
- Nadežda Petrović kao preteča današnjeg našeg savremenog slikarstva by Pjer Križanić, Politika, 1938.
- Značaj slikarstva Nadežde Petrović by Đorđe Popović, 1938.
- Prilog monografiji Nadežde Petrović by Bojana Radajković, pgs. 194–201, 1950.
- Nadežda Petrović, od desetletnici njene smrti by France Meseel, 1925.
- Propovodenici jugoslovesnke ideje među Srbijankama by Jelena Lazarević, 1931.
- Nadežda Petrović otvara prvu kancelariju kola srpskih sestara by Jelena Lazarević, 1931.
- Nadežda Petrović by Mile Pavlović, 1935.
- Nadežda Petrović by Branko Popović, pgs. 144–149, 1938.
- Nadežda Petrović 1873–1915 by Katarina Ambrozić, 1978.
- Nadežda Petrović 1873–1915, Put časti i slave by Ljubica Miljković, 1998.
- Lakićević, Dragan; Lompar, Milo. Knjiga o Nadeždi. Belgrade: Srpska književna zadruga. 2020. ISBN 978-86-379-1429-7.