Nadir Hüseynov
Nadir Hüseynov | |
---|---|
24 noyabr 2010 – 3 sentyabr 2020 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakültəsi Kiyev Dövlət Universiteti aspirantura |
|
|
Təltifləri |
Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat.
Həyatı
[redaktə | mənbəni redaktə et]1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur.
1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir.
1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur.
1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir.
1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur.
2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir.
2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin iyul ayında Nadir Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[1]
Xarici dillərdən ingilis və rus dillərini bilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.