Naxçıvanda parlament seçkiləri (2024)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
← 2020  Naxçıvan  Növbəti →
Naxçıvanda növbədənkənar parlament seçkiləri (2020)
1 sentyabr 2024
Rəhbər İlham Əliyev
Partiya Yeni Azərbaycan Partiyası

Naxçıvanda parlament seçkiləri — 1 sentyabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilər.

COVID-19 pandemiyası

[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

Vasif Talıbovun istefası və dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci ildə qapalı keçirilmiş səkkizinci sessiyasında səhhəti ilə əlaqədər Ali Məclisə 1995-ci ildən bəri rəhbərlik edən Vasif Talıbovun vəzifəsindən istefa verməsi ilə bağlı müraciətə baxılıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq onun müraciəti qəbul olunub. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq Vasif Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməmişdir. Yeni sədr seçilənədək sədr vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir.[1][2] Azər Zeynalov 5 oktyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa vermişdir.[3] O, həmçinin, sədr səlahiyyətlərini icra edən vəzifəsindən də istefa vermiş,[4] bu səbəbdən də sədr müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin səlahiyyətlərini icra etməyə başlamışdır. Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 may 2023-cü ildə keçirilmiş iclasında Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdi.[5]

2020-ci il may ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsinə Səbuhi Hidayət oğlu Məmmədovun təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.[6][7] İstefaların və vəzifədən azad edilmələrin ardınca 2024-cü il 25 aprel tarixində vəzifədən azad olunub.[8] Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuş[9] Ceyhun Cəlilov 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək[10] Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.[11]

Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti də tam tərkibdə yenilənmişdir. Belə ki, Bəxtiyar Məmmədov 20 iyun 2023-cü ildə Baş nazirin müavini təyin edilmişdir.[12] 28 dekabr 2022-ci ildə daxili işlər naziri Rəşad İsmayılov vəzifəsindən azad edilmiş, yerinə isə Süleyman Neymətov təyin olunmuşdur.[13] 17 yanvar 2023-cü ildə fövqəladə hallar naziri Şamı Abdullayev vəzifəsindən azad edilmiş və yerinə Şahin Mirzəyev təyin edilmişdir.[14] 28 fevral 2023-cü ildə isə kənd təsərrüfatı nazirinin müavini və nazir vəzifələrini icra edən Xəyalə Dadaşova vəzifəyə təyin olunmuşdur.[15]

Boş qalan mandatlar

[redaktə | mənbəni redaktə et]

Növbədənkənar prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Seçki Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilirdi,[16] lakin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkiləri günü 7 fevral 2024-cü il olaraq təyin olunub.[17] Həmin gün qeyri-iş günü elan olunmuşdur.[18]

Beləliklə, Azərbaycan tarixində ilk dəfə prezident seçkiləri qış ayında keçirilmişdir.[19] Həmçinin, bu seçkilər sayca 3-cü növbədənkənar prezident seçkiləri olmuşdur.[20] Həmçinin, Qarabağın işğaldan azad olunması ilə ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçirilmişdir.[21] Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaradılmış seçki məntəqələrində 20 min seçici səsvermədə iştirak edə bilmişdir.[22] 19 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclasında alınan qərarla işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılmışdır.[23]

8 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. İclasda növbədənkənar prezident seçkilərinin 7 fevral 2024-cü ildə keçirilməsi qərara alınmışdır. İclasda bununla bağlı İşçi Qrupu yaradılmış və komissiya üzvü Etibar Quliyev qrupun sədri təyin olunmuşdur.[24] Komissiya sədri Məzahir Pənahov beynəlxalq təşkilatlara çağırış etmiş və onların qaldıracağı hər məsələnin ictimaiyyətə açıq şəkildə müzakirə olunacağını vəd etmişdir.[25]

17 dekabr 2023-cü ildə Böyük Azərbaycan Partiyası Siyasi Şurasının seçkilərlə bağlı qərarı mətbuata açıqlanmışdır. Belə ki, partiya seçkilərdə sədr Elşad Musayevin namizədliyini irəli sürmüşdür.[26] Onun namizədliyi 21 dekabr 2023-cü ildə təsdiqlənmişdir.[27]

Böyük Quruluş Partiyası Ali Məclisinin 16 dekabr 2023-cü il tarixli iclasında alınan qərarla 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd olmuş Böyük Quruluş Partiyası sədri Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülmüşdür.[28] 17 dekabr 2023-cü ildə Böyük Quruluş Partiyası sədri Fazil Mustafanın Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.[29] Onun namizədliyi 21 dekabr 2023-cü ildə təsdiqlənmişdir.[30]

15 dekabr 2023-cü ildə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilmiş və iclasda alınan qərarla İlham Əliyevin namizədliyi qərarlaşdırılmışdır.[31] 17 dekabr 2023-cü ildə Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.[32] 19 dekabr 2023-cü ildə keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasından sonra komissiya katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyasının namizədliyini irəli sürdüyü İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq olunduğunu açıqlamışdır.[33][34] Yeni Azərbaycan Partiyası 26 dekabr 2023-cü ildə İlham Əliyevin namizədliyi üçün topladığı 50 min imzayı Mərkəzi Seçki Komissiyasına təhvil vermişdir.[35] 30 dekabr 2023-cü ildə keçirilmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizəd İlham Əliyev üçün verilən imzalar və sənədlər yoxlanıldıqdan sonra İlham Əliyevin namizədliyinin qeydə alındığı açıqlandı.[36] Ağ Partiya sədri Tural Abbaslı 18 dekabr 2023-cü ildə namizəd olmayacağı təqdirdə prezidentliyə namizəd İlham Əliyevə səs verəcəyini açıqlamışdır.[37] Ana Vətən Partiyası,[38] Azad Vətən Partiyası,[39] Azərbaycan Ümid Partiyası,[40] Gələcək Azərbaycan Partiyası,[41] Haqq Ədalət Partiyası,[42] Müasir Müsavat Partiyası,[43] Vəhdət Partiyası[44] seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklərini açıqlamışdır.

18 dekabr 2023-cü ildə 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüşdür.[45] Onun namizədliyi 21 dekabr 2023-cü ildə təsdiqlənmişdir.[46]

18 dekabr 2023-cü ildə 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd olmuş Razi Nurullayevin prezidentliyə namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüşdür.[47] Onun namizədliyi 21 dekabr 2023-cü ildə təsdiqlənmişdir.[48] Razi Nurullayev üçün toplanan imzalar 31 dekabr 2023-cü ildə Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.[49][50] 6 yanvar 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizəd Razi Nurullayev üçün verilən imzalar və sənədlər yoxlanıldıqdan sonra Razi Nurullayevin namizədliyinin qeydə alındığı açıqlandı.[51]

17 dekabr 2023-cü ildə Zahid Oruc Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin şəxsi təşəbbüslə irəli sürməsi barədə sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.[52] Zahid Orucun Mərkəzi Seçki Qərargahı topladığı imzaları 30 dekabr 2023-cü ildə Mərkəzi Seçki Komissiyasına təhvil vermişdir.[53][54][55] 6 yanvar 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizəd Zahid Oruc üçün verilən imzalar və sənədlər yoxlanıldıqdan sonra Zahid Orucun namizədliyinin qeydə alındığı açıqlandı.[56]

18 dekabr 2023-cü ildə Azərbaycan Liberal Demokrat Partiyasının sədri olmuş, Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri, siyasi ekspert, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd olmuş Fuad Əliyev prezidentliyə namizədliyini irəli sürmüşdür. Onu dəstəkləyən şəxslər "Vətəndaş Birliyi" Seçki Qərargahını təsis etmişdir. Fuad Əliyev namizədliyi üçün lazım olan imza vərəqələrini və sənədləri Mərkəzi Seçki Komissiyasına 3 yanvar 2024-cü ildə təhvil vermişdir.[57]

8 fevral 2024-cü il Bakı saatı ilə 03:00-da Mərkəzi Seçki Komissiyası məntəqələri 93,3%-nin nəticəsi hesablanmaqla seçki nəticələrini elan etmişdir. Nəticələrə əsasən İlham Əliyev 92,05% səs toplayaraq 1-ci, Zahid Oruc 2,19% səs toplayaraq 2-ci, Fazil Mustafa 2% səs toplayaraq 3-cü, Qüdrət Həsənquliyev 1,76% səs toplayaraq 4-cü, Razi Nurullayev 0,80% səs toplayaraq 5-ci, Elşad Musayev 0,67% səs toplayaraq 6-cı, Fuad Əliyev isə 0,53% səs toplayaraq 7-ci sırada qərarlaşmışdır.[58]

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 fevral 2024-cü ildə iclas keçirmiş, iclasda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edilmişdir.[59]

14 fevral 2024-cü il tarixinə 92,12% səs toplayaraq prezident seçilmiş İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisində Qurani-ŞərifAzərbaycan Respublikasının Konstitusiyasına əl basaraq and içmişdir. Beləliklə o, 5-ci dəfə və 7 illiyinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[60] Elə həmin gün Konstitusiyanın 116-cı bəndinə əsasən VIII Azərbaycan hökuməti istefa verdi.[61] Yeni hökumət formalaşanədək İlham Əliyev keçmiş hökumət üzvlərinin səlahiyyətlərinin müvəqqəti icra edilməsi ilə bağlı sərəncam imzalamışdır.[62]

16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin plenar iclasında yenidən prezident seçilmiş İlham Əliyevin baş nazir vəzifəsinə Əli Əsədovun təyinatı ilə bağlı təklifinə razılıq üçün layihə səsverməyə çıxarılmışdır.[63] İclasda iştirak edən 105 deputatdan 103-nün lehinə, 1-nin əleyhinə, 1-nin bitərəf səs verməsi ilə Əli Əsədovun növbəti dəfə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyinatı təsdiqlənmişdir. Bu səsvermədə Qüdrət Həsənquliyev hökumətin fəaliyyətini bəyənmədiyi üçün Əli Əsədovun əleyhinə, Erkin Qədirli isə bitərəf səs vermişdir.[64]

Növbədənkənar seçki tələbi

[redaktə | mənbəni redaktə et]

Kütləvi informasiya vasitələrində 20 iyun 2024-cü ildə hakim Yeni Azərbaycan Partiyasının qapalı iclasında növbədənkənar parlament seçkilərinin keçirələcəyinin müzakirə olunduğu iddia edilmişdir.[65] Parlamentin növbədənkənar son iclasında da parlamentin buraxılacağı iddia edilmişdir.[66] 20 iyun 2024-cü ildə hakim Yeni Azərbaycan Partiyası qapalı iclas keçirmiş, iclasda hakim partiyanın millət vəkilləri növbəti parlament seçkilərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı başda olmaqla digər mötəbər tədbirlərlə eyni vaxtda olması səbəbi ilə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul etmişdir.[67]

Parlamentin 21 iyun 2024-cü il tarixli iclasında hakim Yeni Azərbaycan Partiyası deputatları adından Hikmət Babaoğlu növbədənkənar seçki tələbini oxumuşdur. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılmış, Adil Əliyev komissiyanın sədri, Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən MusayevNigar Arpadarai isə komissiyasının üzvləri təyin olunmuşdur. Mətn səsə qoyulmuş iclasda iştirak edən 106 deputatdan 105-nin lehinə, 1-nin əleyhinə səsi ilə qəbul olunmuşdur.[68] Parlament adından hazırlanan Prezidentə müraciət mətnini Tahir Rzayev oxumuşdur.[69]

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 iyun 2024-cü ildə parlamentin 2024-cü il 21 iyun tarixli "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxaraq bu qərarın Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edildiyini elan etmişdir.[70]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 iyun 2024-cü ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalamışdır.[71]

Ardınca Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Anar İbrahimov eyni gündə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı qərar imzalamışdır.[72] Seçkilər təyin olunmasına baxmayaraq Ali Məclis buraxılmamışdır.[73]

Partiyalardakı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü ildə qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir.[74]

Seçkilərdən öncə, yəni 4 may tarixində Müsavat Partiyası XI Qurultayını keçirmək qərarı almışdır.[75] Qurultaydan öncəki Məclis toplantısında sədr Nüşabə Sadıqlı sabiq başqan İsa Qəmbərin başqan namizədi olması təklifini irəli sürmüşdür.[76] O zamanadək isə sədr müavini Osman Kazımov və Natiq Ulubəy başqanlığa namizəd olmuşdur. İsa Qəmbər 29 aprel tarixində başqanlığa namizədliyini irəli sürmüşdür,[77] digər namizədlər isə ardınca namizədliklərini geri çəkmişdir.[78][79] 4 may 2024-cü ildə keçirilən qurultayda İsa Qəmbər Müsavat Partiyasının yenidən partiyanın başqanı seçilmişdir.[80]

Seçkilərin elanından və seçkilərə az müddət qala Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev istefa vermişdir.[81] Daha sonra keçirilən iclasda komissiya üzvü Əkrəm Hüseynzadə komissiyanın sədri seçilmişdir.[82] 14 avqust 2024-cü ildə Ali Məclisin növbədənkənar sessiyasının iclası keçirilmiş, iclasda 22 iyul 2024-cü il tarixdə keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Əliyev Əjdər Zahid oğlunun öz ərizəsi əsasında sədr vəzifəsindən azad edildiyi, 24 iyul 2024-cü ildə komissiya üzvü Əjdər Əliyev 1 sentyabr 2024-cü ildə Ali Məclisə keçiriləcək növbədənkənar seçkilərə deputatlığa namizədliyini irəli sürdüyü açıqlanmışdır. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddəsinə əsasən Ali Məclisin deputatlığına namizəd olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir. Beləliklə, onun üzvlüyü sona çatmış və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd olaraq Orucəliyev Ramil Əli oğlu təklif edilmiş və səsə qoyularaq qəbul edilmişdir.[83]

Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Yaşar Bağırsoy partiyanın seçkilərdə iştirak etməyəcəyini açıqlamışdır. O, bunu partiyanın Milli Məclisə keçirilən seçkiləri boykot qərarı ilə əlaqələndirmişdir.[84] Müsavat Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri partiyanın seçkilərdə iştirak etməsinə baxmayaraq nə özünün, nə də partiya üzvlərinin seçkidə həvəsli olduğunu bildirmişdir. Belə ki, partiya üzvlərindən namizədlik üçün müraciət edən olmamışdır.[84]

Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Ədalət, Hüquq, Demokratiya PartiyasıMilli Cəbhə Partiyası seçkilərdə iştirak etməmə qərarı almışdır.[85] Ağ Partiya seçkilərdə iştirak qərarı almışdır.[86] Belə ki, partiyanın yeganə namizədi olacaq şəxs isə 40 saylı Saltaq seçki dairəsi üzrə Mətləb Abbasovdur.[85]

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının istefa vermiş sədri Əjdər Əliyev, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının direktoru Rza Xudiyev və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini Canməmməd Canməmmədov da Culfa rayonundan deputatlığa namizədliyini irəli sürmüşdür.[87]

Siyasi partiya
İştirak
Partiyanın rəhbəri
Namizəd sayı
Ağ Partiya ✅Y Tural Abbaslı 1[86][88]
Ana Vətən Partiyası Məlumat yoxdur Fəzail Ağamalı 0
Azad Vətən Partiyası Məlumat yoxdur Akif Nağı 0
Azərbaycan Demokrat Partiyası Məlumat yoxdur Sərdar Cəlaloğlu 0
Azərbaycan Demokratik Maarifçilik Partiyası Məlumat yoxdur Elşən Musayev 0
Azərbaycan Xalq Cəbhəsi Partiyası ❌N Əli Kərimli
Azərbaycan Xalq Partiyası Məlumat yoxdur Pənah Hüseyn 0
Azərbaycan Milli İstiqlal Partiyası Məlumat yoxdur Arzuxan Əlizadə 1[88]
Azərbaycan Ümid Partiyası ❌N İqbal Ağazadə
Böyük Azərbaycan Partiyası Məlumat yoxdur Elşad Musayev 0
Böyük Quruluş Partiyası ❌N Fazil Mustafa
Demokratik İslahatlar Partiyası Məlumat yoxdur Asim Mollazadə 0
Ədalət, Hüquq, Demokratiya Partiyası ❌N Qüdrət Həsənquliyev
Ədalət Partiyası Məlumat yoxdur İlyas İsmayılov 0
Gələcək Azərbaycan Partiyası Məlumat yoxdur Ağasif Şakiroğlu 0
Haqq Ədalət Partiyası Məlumat yoxdur Əli İnsanov 0
Klassik Xalq Cəbhəsi Partiyası Məlumat yoxdur Mirmahmud Mirəlioğlu 0
Milli Cəbhə Partiyası ❌N Razi Nurullayev
Milli Dirçəliş Hərəkatı Partiyası Məlumat yoxdur Fərəc Quliyev 0
Müasir Müsavat Partiyası Məlumat yoxdur Hafiz Hacıyev 0
Müsavat Partiyası Məlumat yoxdur İsa Qəmbər 0
Respublikaçı Alternativ Partiyası Məlumat yoxdur İlqar Məmmədov 0
Vəhdət Partiyası Məlumat yoxdur Tahir Kərimli 0
Vətəndaş Həmrəyliyi Partiyası Məlumat yoxdur Sabir Rüstəmxanlı 0
Yeni Azərbaycan Partiyası ✅Y İlham Əliyev 52[88]
Yeni Zaman Partiyası Məlumat yoxdur Musa Ağayev 0






Namizədlərin siyasi partiya mənsubiyyətinə görə bölgüsü   Bitərəf (71,12 %)  Yeni Azərbaycan Partiyası (27,80 %)  Ağ Partiyası (0,54 %)  Azərbaycan Milli İstiqlal Partiyası (0,54 %)

16 avqust 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası namizədlər siyahısını açıqlamışdır.[89] Hakim Yeni Azərbaycan Partiyası vahid namizədlər siyahısı açıqlamamış, üzvləri şəxsi təşəbbüslə namizəd olmuşdur.[88] Digər partiyalardan isə Ağ Partiya tərəfindən 40 saylı Saltaq seçki dairəsi üzrə Mətləb Abbasovun namizədliyi sürülmüşdür.[88] Həmçinin, 30 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə Azərbaycan Milli İstiqlal Partiyası Ali Məclisinin sədri Rəşad Bayramov şəxsi təşəbbüslə deputatlığa namizəd olmuşdur.[88][90] Namizədlərdən 52-si Yeni Azərbaycan Partiyası üzvü olmuşdur.[88][90]

Hakim partiyanın siyahısında təkrar namizəd göstərilən iki şəxs Həbibə Allahverdiyeva və Nazim Məmmədov olmuşdur.[91] Namizədlərdən 133-ü isə bitərəf olmuşdur.[88]

Naxçıvan baş nazirinin müavini Bəxtiyar Məmmədov41 saylı Ordubad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur.[92]

  1. "Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən azad edilib - QƏRAR". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  2. "Vasif Talıbovun Ali Məclisin Sədri vəzifəsindən azad olunması ilə bağlı QƏRAR - YENİLƏNİB + FOTO/VİDEO". Oxu.az (az.). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  3. "Azər Zeynalov Naxçıvan Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib". Report İnformasiya Agentliyi (az.). 2023-10-05. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
  4. "Azər Zeynalov Naxçıvan Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib". Report İnformasiya Agentliyi (az.). 2023-10-05. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
  5. "Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçilib | Report.az". report.az. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
  6. "Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir". 2020-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  7. "Arxivlənmiş surət". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
  8. "Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO". Oxu.Az (az.). 2024-04-25. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  9. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı". Şərq qapısı. 2023-03-16. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  10. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı". Şərq qapısı. 2024-04-25. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  11. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı". Şərq qapısı. 2024-04-25. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  12. "Bəxtiyar Məmmədov Naxçıvan Baş nazirinin müavini təyin edilib". Şərq qapısı (ingilis). İstifadə tarixi: 2024-07-31.
  13. "Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi - VİDEO". Oxu.az (az.). 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  14. "Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub". nuhcixan.az (az.). 2023-01-17. 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  15. "Xəyalə Dadaşova kollektivə təqdim olunub". nuhcixan.az (az.). 2023-03-02. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  16. "Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək - Seçki Məcəlləsi DƏYİŞDİRİLİR". 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
  17. "Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək". Milli.az. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2023.
  18. modern.az. "Fevralın 7-si qeyri-iş günü olacaq". modern.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
  19. modern.az. "Qışda ilk prezident seçkisi... no problem!". modern.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
  20. modern.az. "Ölkəmizdə indiyədək keçirilən növbədənkənar SEÇKİLƏR". modern.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
  21. modern.az. "Seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək - SPİKER". modern.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
  22. modern.az. "Azad edilən ərazilərdə 20 min seçici var - Onlar tarixə düşəcək... - VİDEO". modern.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
  23. "Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb". Report İnformasiya Agentliyi (az.). 2023-12-19. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  24. "MSK-nın növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilib, qərarlar qəbul olunub - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2023-12-08. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
  25. modern.az. "MSK sədrindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ". modern.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
  26. "Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürüldü - BAP qərar verdi". musavat.com. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  27. "MSK daha 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2023-12-21. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  28. "Fazil Mustafa Prezidentliyə namizəd oldu: Böyük Quruluşun qərarı - FOTOLAR". musavat.com. 2023-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-16.
  29. modern.az. "Fazil Mustafa da sənədlərini MSK-ya göndərdi". modern.az (az.). 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  30. "MSK daha 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2023-12-21. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  31. "YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb". Report İnformasiya Agentliyi (az.). 2023-12-15. 2023-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
  32. modern.az. "İham Əliyevin prezidentliyə namizədlik sənədləri MSK-ya təqdim edildi". modern.az (az.). 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  33. "MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2023-12-19. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  34. "YAP-ın növbədənkənar Prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb". Report İnformasiya Agentliyi (az.). 2023-12-19. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  35. modern.az. "YAP İlham Əliyev üçün 50 min imza TOPLADI". modern.az (az.). 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  36. "MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb". Report İnformasiya Agentliyi (az.). 2023-12-30. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
  37. "Tural Abbaslı kimə səs verəcəyini açıqladı - VİDEO". musavat.com. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  38. "Ana Vətən Partiyası Prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək". Pravda.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  39. modern.az. "Bu partiya da İlham Əliyevin namizədliyini dəstəklədi - FOTOLAR". modern.az (az.). 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  40. "İqbal Ağazadə bu dəfə namizəd olmadı: "Ümid bu dəfə İlham Əliyevi dəstəkləyəcək"". musavat.com. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  41. "GAP Rəsul Quliyevin İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı təklifini qəbul etdi - Partiyaya yeni sədr seçildi - YENİLƏNDİ - 6". Pravda.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  42. "Əli İnsanov İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi". musavat.com. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  43. modern.az. "Hafiz Hacıyev seçkidə namizəd olmaqdan İMTİNA ETDİ". modern.az (az.). 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  44. Yenisabah.az. "Tahir Kərimlinin partiyası seçkilərə qatılmayacaq". -Yeni Sabah- (az.). 2023-12-21. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  45. modern.az. "Prezidentliyə namizədliyini irəli sürənlərin sayı 5-ə ÇATDI". modern.az (az.). 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  46. "MSK daha 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2023-12-21. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  47. modern.az. "Razi Nurullayev də namizəd olmaq istəyir". modern.az (az.). 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  48. "MSK daha 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2023-12-21. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  49. "İrəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən namizədlərin siyahısı - Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az (English). 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  50. "Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 2 şəxsin imza vərəqələri MSK-ya təqdim olunub - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2024-01-02. 2024-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  51. "Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb". Report İnformasiya Agentliyi (az.). 2024-01-06. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  52. modern.az. "Zahid Oruc rəsmən MSK-ya MÜRACİƏT ETDİ". modern.az (az.). 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  53. "Seçki olacaq 76 ölkədən biri - Temirxandan Yuyiyədək..." musavat.com. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  54. "İrəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən namizədlərin siyahısı - Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az (English). 2024-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  55. "Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 2 şəxsin imza vərəqələri MSK-ya təqdim olunub - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2024-01-02. 2024-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  56. "Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb". Report İnformasiya Agentliyi (az.). 2024-01-06. 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  57. "İrəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən namizədlərin siyahısı - Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az (English). 2024-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  58. "MSK məntəqələrin 93,3 faizinin nəticələri barədə: İlham Əliyev 92,05% səslə liderdir - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 2024-02-07. 2024-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  59. "Konstitusiya Məhkəməsi". constcourt.gov.az. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-13.
  60. "Prezident İlham Əliyev and içib, mərasimdə nitq söyləyib - YENİLƏNİB-4". Report İnformasiya Agentliyi (az.). 2024-02-14. 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  61. "Azərbaycan hökuməti istefa verib". Report İnformasiya Agentliyi (az.). 2024-02-14. 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  62. "Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  63. "Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib - YENİLƏNİB-2". Report İnformasiya Agentliyi (az.). 2024-02-16. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-18.
  64. modern.az. "Əli Əsədovun əleyhinə səs verən deputat məlum oldu..." modern.az (az.). 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-18.
  65. "YAP-ın QAPALI iclasında hansı qərarlar alındı?". musavat.com (az.). 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  66. "Azərbaycanda parlament buraxılır - Növbədənkənar seçki olacaq". publika.az (az.). 2024-06-20. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  67. "YAP-çı deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edəcəklər". Report İnformasiya Agentliyi (az.). 2024-06-20. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  68. "Növbədənkənar seçkilərin əleyhinə 1 deputat səs verdi". musavat.com (az.). 2024-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  69. "Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB-3". Report İnformasiya Agentliyi (az.). 2024-06-21. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  70. "Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - QƏRAR - YENİLƏNİB-2". Report İnformasiya Agentliyi (az.). 2024-06-27. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  71. "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  72. "Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin olunub". Report İnformasiya Agentliyi (az.). 2024-06-28. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  73. "Naxçıvan Ali Məclisi niyə buraxılmadı?". tns.az (az.). 2024-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  74. moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  75. Gudratli, Rufat. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Cebhe Info (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  76. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  77. "İsa Qəmbər rəsmən namizəd oldu — Foto". Qafqazinfo (az.). 2024-04-29. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  78. "Osman Kazımov geri çəkildi - "İsa Qəmbərin qərarı ilə..."". Teleqraf.com (az.). 2024-04-30. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  79. modern.az. "İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq". modern.az (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  80. "İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB". apa.az. 2024-05-04. 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.
  81. "Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri istefa verib? - ŞOK". tns.az (az.). 2024-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  82. "Naxçıvan Mərkəzi Seçki Komissiyasına sədr seçilib". tns.az (az.). 2024-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  83. "Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib - FOTOLAR". nuhcixan.az (az.). 2024-08-14. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  84. 1 2 "Talıbovlardan YENİ XƏBƏR VAR - Müvəqqəti olaraq..." musavat.com (az.). 2024-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  85. 1 2 "YAP Naxçıvan Ali Məclisinə seçkilərdə niyə iştirak etmir? - Bu partiyalar isə..." tns.az (az.). 2024-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  86. 1 2 "Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası - Xəbərlər". nmsk.gov.az. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  87. "Bu şəxslər Culfa rayonundan Ali Məclisin deputatı seçilə bilərlər". tns.az (az.). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  88. 1 2 3 4 5 6 7 8 "01 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə qeydə alınan namizədlərin SİYAHISI" (PDF). 2024-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-16.
  89. modern.az. "Deputatlığa namizədlərin siyahısı açıqlandı: Talıbovların adı YOXDUR". modern.az (az.). 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
  90. 1 2 modern.az. "YAP Naxçıvan Ali Məclisinə seçkilərdə namizəd irəli SÜRMƏYİB". modern.az (az.). 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
  91. modern.az. "Naxçıvan seçkiləri: 45 deputatdan sadəcə ikisi yenidən NAMİZƏDDİR". modern.az (az.). 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
  92. "Naxçıvana göndərilən Baş nazirin müavini deputatlığa namizəd oldu - Sədr gətirilir?". musavat.com. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.