Nina Ramişvili
Nina Şalovna Ramişvili | |
---|---|
gürc. ნინო შალვას ასული რამიშვილი | |
| |
Doğum tarixi | 6 (19) yanvar 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 2000 (90 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Fəaliyyəti | balerina, baletmeyster, xoreoqraf |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nina Şalovna Ramişvili (gürc. ნინო შალვას ასული რამიშვილი;6 (19) yanvar 1910, Tiflis[1] – 6 sentyabr 2000, Tbilisi) — Sovet, gürcü rəqqasəsi (balet artisti), xoreoqraf, baletmeyster. Sosialist Əməyi Qəhrəmanı (1990), SSRİ xalq artisti (1963), Birinci dərəcəli Stalin mükafatı (1949) və Gürcüstan SSR Dövlət mükafatı (1974) laureatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]1910-cu il yanvarın 6-da (19) Tiflisdə (digər məlumatlara görə Bakıda[2]) anadan olmuşdur.
1922-1927-ci illərdə Tbilisi Opera və Balet Teatrının (indiki Tbilisi Xoreoqrafiya Məktəbi) nəzdində Dövlət Balet Məktəbində təhsil almışdır (müəllimi Mariya Perini olub). Məktəbi bitirdikdən sonra teatrın truppasına qəbul olunmuşdur. Əvvəlcə kordebaletdə, sonra solo rəqs hissələrini ifa etmişdir.
1937-ci ildə Opera və Balet Teatrını tərk etməli oldu. Səbəb aparıcı balerinalardan birinin Ninonu onu zəhərləməyə cəhddə ittiham etməsi olub. Bu epizod haqqında Gürcü qadınlarının tarixindən kitab yazan yazıçı və jurnalist İ.Obolenski yazmışdır. “Gözəlliyin taleyi” kitabında o hadisəni belə təsvir edir:
NKVD-yə yazdığı məktubunda qadın hətta Nino-nun bunu necə edə biləcəyini göstərirdi - o, məşq zamanı balerinanın pərdə arxasında qoyduğu bir şüşə südə zəhər qatacaqdı. “O, bunu özü edəcək və hər şeydə məni günahlandıracaq” - deyə Ramişvili fikirləşərək istefa ərizəsini vermişdir. |
1937-1945-ci illərdə (fasilə ilə) - Tbilisi Dövlət Filarmoniyasının Xalq Rəqsləri Ansamblının aparıcı rəqqasəsi, 1939-1941-ci illərdə isə SSRİ SSRİ Xalq Daxili İşlər Komissarlığının Mahnı və Rəqs Ansamblının solisti olub.
1945-ci ildə həyat yoldaşı, SSRİ xalq artisti İlya Suxişvili ilə birlikdə Gürcüstan Xalq Rəqs Ansamblını yaradıb və ömrünün sonuna kimi bu ansamblda çalışıb. Nina Ramişvili uzun müddət kollektivdə solist (1972-ci ilə qədər) və bədii rəhbər kimi qalıb, rəqs nömrələri səhnələşdirib. Onların rəhbərlik etdiyi ansambl 1968-ci ildə ansambl La Skala teatrı (Milan, İtaliya) səhnəsində çıxış edən ilk xalq rəqs ansamblı oldu.
Nina Ramişvili ən yaxşı əsərləri (“Xorumi”, “Kolxoz rəqsi”, “Narnari”, “Samaia”, “Svan rəqsi” və s.) plastiklik və qrafik dəqiqliyi, Gürcüstanın rəqs folklorundan məharətlə istifadə etməsi ilə seçilirdi. O, yaradıcılığı ilə Gürcüstan mədəniyyətinə əvəzsiz töhfələr verib.
Nina ansamblla birlikdə Macarıstan, Avstriya, Danimarka, İtaliya, ABŞ və s. ölkələrdə qastrol səfərlərində olub.
Nina Ramişvili 2000-ci il sentyabrın 6-da Tiflisdə vəfat edib. Didube panteonunda dəfn edilmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Həyat yoldaşı - İlya İliç Suxişvili (1907-1985), rəqqas, xoreoqraf, Gürcüstan Xalq Rəqsləri Ansamblının bədii rəhbəri. SSRİ xalq artisti (1958)
- Oğlu - Tengiz İliç Suxişvili (1938-2007), xoreoqraf, Ansamblın bədii rəhbəri. Gürcüstanın xalq artisti
- Oğlunun həyat yoldaşı - İnqa Tevzadze (1941-ci il təvəllüdlü), Ansamblın xoreoqrafı. Gürcüstanın xalq artisti
- Nəvələri:
- Nino Suxişvili (1964-cü il təvəllüdlü), geyim üzrə rəssam (1989-cu ildən), Ansamblın direktoru
- İlya Suxişvili (1972-ci il təvəllüdlü), baş xoreoqraf (2000-ci ildən), Ansamblın bədii rəhbəri.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Sosialist Əməyi Qəhrəmanı (1990), "Sovet xoreoqrafiya sənətinin inkişafındakı müstəsna xidmətlərinə görə".[3]
- Gürcüstan SSR xalq artisti (1948)
- SSRİ xalq artisti (1963)
- Birinci dərəcəli Stalin mükafatı (1949) - Gürcüstan Dövlət Akademik Teatrında yeni proqramın quruluşuna və solo rəqslərdə yüksək məharətə görə.
- Şota Rustaveli Gürcüstan SSR Dövlət Mükafatı (1974)
- İki Lenin ordeni (1958, 1990)
- Qırmızı Əmək Bayrağı ordeni (1971)
"Şərəf nişanı" ordeni (1966)
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" medalı
- "1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə" medalı.
- Tbilisinin fəxri vətəndaşı (1981).
Xatirəsi
[redaktə | mənbəni redaktə et]- 2002-ci ildə Nina Ramişvilinin xatirəsinə həsr olunmuş gürcü poçt markası buraxılıb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Рамишвили Нина Шалвовна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "РАМИШВИЛИ в энциклопедии балета". 2013-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
- ↑ "Указ № 339 Президента СССР «О присвоении звания Героя Социалистического Труда тов. Рамишвили Н. Ш.»" (PDF). 2020-07-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-27.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nina Ramişvili // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Судьба красоты — Нино Рамишвили
- Pages using the JsonConfig extension
- 19 yanvarda doğulanlar
- 1910-cu ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 6 sentyabrda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- 90 yaşında vəfat edənlər
- Tbilisidə vəfat edənlər
- Didubi panteonunda dəfn olunanlar
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- 1-ci dərəcəli "Stalin" mükafatı laureatları
- SSRİ xalq artistləri
- Əlifba sırasına görə teatr xadimləri