Nisbət Mehdiyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nisbət Mehdiyeva
Nisbət Canməmməd qızı Mehdiyeva
Doğum tarixi
Doğum yeri Göylər, Şamaxı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Mehdiyeva Nisbət Canməmməd qızı(1 yanvar 1937, Şamaxı9 sentyabr 2024, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1991), professor (1994).

Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955—1960).

Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963—1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967—1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973—1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991—1994), professor (1994-2024) vəzifələrində çalışmışdır.

"Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921—1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960—1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Bu, keçmiş SSRİ-də yaradıcılıq ittifaqlarının tarixinə həsr olunmuş ilk doktorluq dissertasiyasıdır. Dövri mətbuatda 50-yə yaxın elmi məqaləsi, o cümlədən dərs proqramı, elmi-metodik tövsiyələri dərc olunmuşdur. Ümumtəhsil məktəblərinin 9—10-cu sinif şagirdləri içün "Yeni tarix" kitabının şərikli müəllifı, "Türk xalqlarının tarixi (yeni dövr)" dərsliyinin müəllifidir.

9 sentyabr 2024-cü ildə vəfat etmişdir.[1][2]

  1. Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960—1980-ci illər) (dərs vəsaiti). Bakı: BDU nəşriyyatı, 1990, 163 səh.
  2. Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafında rolu (ixtisas kursu proqramı). Bakı: BDU nəşriyyatı, 1990, 13 səh.
  3. Azərbaycan yaradıcılıq ittifaqlarının mədəni əlaqələri. Bakı: Azərnəşr, 1991, 200 səh.
  4. Rusiya imperiyası tərkibində türk xalqlarının tarixi (1800—1917-ci illər) (proqram). Bakı: BDU nəşriyyatı, 1993, 14 səh.
  5. Türk xalqlarının tarixinə dair. Bakı: BDU nəşriyyatı, 1994, 75 səh.
  6. Türk xalqlarının tarixi: yeni dövr: XIX-XX əsrin əvvəlləri. Bakı, 2010, 352 s.[3]
  7. Azərbaycan-Qazaxıstan mədəni əlaqələri (XX əsrin 60-80-ci illəri). Tarix və onun problemləri, №2, 2013, s.212-218.[4]
  1. "BDU-nun professoru vəfat etdi - FOTO". 2024-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.
  2. "BDU Tarix fakültəsinin tarix üzrə elmlər doktoru, professor Nisbət Mehdiyeva vəfat edib". 2024-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.
  3. Türk xalqlarının tarixi: yeni dövr: XIX-XX əsrin əvvəlləri.
  4. "AZƏRBAYCAN – QAZAXISTAN MƏDƏNI ƏLAQƏLƏRI (XX əsrin 60-80-ci illəri)" (PDF). 2018-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]