39°56′20″ şm. e. 116°28′20″ ş. u.HGYO

Nizami Gəncəvinin heykəli (Pekin)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nizami Gəncəvinin heykəli
çin. 纪念碑尼扎米•甘伽维
Xəritə
39°56′20″ şm. e. 116°28′20″ ş. u.HGYO
Ölkə Çin ÇXR
Şəhər Pekin, Çin
Yerləşir Çaoyan parkı
Heykəltaraş Yuan Sikun
Tikilmə tarixi 2012
KateqoriyaHeykəl
Əhəmiyyətiyerli əhəmiyyətli

Nizami Gəncəvinin heykəli (çin. 纪念碑尼扎米•甘伽维) — Çinin paytaxtı Pekin şəhərində, Çaoyan parkında görkəmli şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi. Abidənin müəllifi məşhur Çin rəssamı Yuan Sikundur.

Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş 2012-ci ildə buraxılmış Azərbaycanın poçt markası

Abidə Çin Xalq Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibətilə Azərbaycan tərəfinin dəvətinə cavab olaraq Yuan Sikun tərəfindən yaradılmışdır.[1]

Abidənin təntənəli açılış mərasimi 2012-ci il dekabrın 6-da səhər saatlarında baş tutub. Tədbirdə Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov, ÇXR Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin müşaviri Su Fanqqiu, ÇXR Dövlət Şurasının Mədəniyyət Təşkilatları Komitəsinin baş katibi iştirak edib. Pekin Cintay İncəsənət Muzeyinin direktoru və heykəltəraşlıq müəllifi Yuan Sikun, Çin Mərkəzi Universitetinin professoru Hu Zhenhua və hər iki ölkənin müxtəlif ictimai sahələrinin nümayəndələri də həmçinin mərasimdə iştirak edirdilər.[1]

Abidənin açılış mərasimində Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov çıxış edib. O, tədbir iştirakçılarına şair və mütəfəkkir Nizami Gəncəvinin uğurlarından danışıb. O, çıxış edərək qeyd edib ki, şairin büstünün tamamlanması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi şərəfinə hədiyyədir.[1]

Abidənin təsviri

[redaktə | mənbəni redaktə et]

Abidə şairin büstüdür, o başında çalması ilə təsvir edilib. Postamentin üzərində çin və ingilis dillərində şairin adı, doğum və ölüm illəri, həmçinin “Böyük Azərbaycan şairi, alimi və mütəfəkkiri” (ing. Great Azerbaijani poet, scholar and thinker, çin. 阿塞拜疆伟大的诗人,学者和思想家) ifadəsi yazılmışdır. Aşağıda şairdən iki misra Azərbaycan və Çin dillərinə tərcüməsi verilmişdir:

  1. 1 2 3 "В Пекине завершен памятник азербайджанскому поэту Низами Гянджеви". 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]