Noradüz
Kənd | |
Noradüz | |
---|---|
40°22′48″ şm. e. 45°10′48″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Kəvər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.925 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Noradüz — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 6 km məsafədə, Kəvər çayının yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar Nərədüz formasında tələffüz edirdilər.
Toponim türk dillərində «sıldırım qayalıq, dərin dərə, uçurum» mənasında işlənən nori sözü ilə [4] düz sözünün birləşməsindən əmələ gələn orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Noradüz kəndində, tarixən Azərbaycanlı əhalinin Abıllu dediyi yerdə 1305-ci ildə vəfat etmiş, "şəhid" əmir Sədəddin ibn Seyfəddinə məxsus sandukə tipli, üzərində müxtəlif motifləri olan qəbr daşı vardır. Bu Ermənistan ərazisində ən qədim müsəlman yazılı abidələrindən biridir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndə ermənilər 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür[5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.55
- ↑ Abbasova M.Ə., Bəndəliyev N.S., Məmmədov X.H. Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası, Bakı, «Elm», 1993. s.79
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Nərədüz nekropolu