Olqa Şatunovskaya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Olqa Şatunovskaya
rus. Ольга Григорьевна Шатуновская
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1901(1901-03-01)
Doğum yeri
Vəfat tarixi 23 noyabr 1990(1990-11-23)[1] (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Olqa Qriqorevna Şatunovskaya (rus. Ольга Григорьевна Шатуновская; 1 mart 1901, Bakı[1]23 noyabr 1990[1], Moskva) — sovet siyasi aktivisti və inqilabçısı. Sov.İKP MK-nın Partiya Nəzarəti Komitəsinin üzvü, Sovet İttifaqında destalinizasiyanın həyata keçirilməsində mühüm rol oynamış məşhur köhnə bolşevik.[2][3] QULAQ-da həyatda qalmış Şatunovskaya, Nikita Xruşşovun Stalinin cinayətlərini araşdırmaq üçün yaratdığı Şvernik Komissiyasının üzvü idi.[4]

Bakıda yəhudi ailəsində anadan olub. Atası Qriqori Şatunovski (1871–1922) hüquqşünas olub və Sankt-Peterburq Universitetində təhsil alıb.[5]

Şatunovskaya 16 yaşında Kommunist Partiyasının üzvü olub. Fevral inqilabından sonra "Bakinski raboçi" qəzetinin redaksiyasında işləyib. Anastas Mikoyanın yaxını olaraq, Bakı Kommunası dövründə Bakı Xalq Komissarları Sovetinin mətbuat bürosuna rəhbərlik etmiş, Bakı Xalq Komissarları Sovetinin sədri Şaumyanın katibi olmuşdur.[6] 1920-ci ildən Komsomol Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası rayon komitəsinin katibi olub, sonra Bryansk quberniyasında partiya işində işləyib. 1925-ci ildən yenidən Azərbaycanda, rayon komitəsinin katibi işləyib və Bakı partiya komitəsinin üzvü olub.

1937-ci ilin noyabrında həbs edilib, 1938-ci ilin mayında NKVD-nın "əks-inqilabçı Trotskiçi təşkilat" ittihamı ilə 8 il müddətinə əmək düşərgəsinə göndərilib.[7] 1953-cü ildə Stalinin ölümündən sonra Sovet Partiya Nəzarəti Komitəsinin üzvü və Xruşşovun yumşalma siyasəti zamanı reabilitasiya üzrə xüsusi komissiyanın rəhbəri olub.[6] Şatunovskaya eyni zamanda Kirovun qətlinin baş müstəntiqi olub.[4]

1956–1962-ci illərdə Sov.İKP MK-nın üzvü olub, 1960-cı ildə repressiyaya məruz qalanların reabilitasiyası ilə bağlı məsələlərlə məşğul olub, Sovet İttifaqının Rəyasət Heyəti tərəfindən yaradılmış Şvernik Komissiyasının üzvü olub.[8][9][10] 1962-ci ildə təqaüdə çıxıb.[11]

1990-cı il noyabrın 23-də vəfat edib. Moskvada Vvedenski qəbiristanlığında dəfn edilib.[12]

Onun övladları və nəvələri tərəfindən qeydə alınan xatirələri əsasında filosof və esseist Qriqori Pomerants tərəfindən 2004-cü ildə "Məhkumun rəhbərlik etdiyi istintaq" (rus. Следствие ведет каторжанка) adlı kitab nəşr olunub.

  1. 1 2 3 4 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. Cohen, Stephen F. The Victims Return: Survivors of the Gulag After Stalin. London: I. B. Tauris & Company. 2011. 89–91. ISBN 9781848858480.
  3. Shakarian, Pietro A. "Yerevan 1954: Anastas Mikoyan and Nationality Reform in the Thaw, 1954–1964". Peripheral Histories. 12 November 2021. 4 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2021.
  4. 1 2 Pomerants, Grigory. "Сталин – заказчик убийства Кирова" [Stalin Ordered the Murder of Kirov]. Novaya Gazeta (rus). 1 June 2009. 13 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2021.
  5. Померанц Г. Следствие ведёт каторжанка Arxivləşdirilib 2011-02-05 at the Wayback Machine
  6. 1 2 Smith, Kathleen E. Moscow 1956: The Silenced Spring. Cambridge, MA: Harvard University Press. 2017. 96–98. ISBN 9780674972001.
  7. Померанц Григорий Соломонович. Следствие ведёт каторжанка. Москва: ПИК. 2004. ISBN 5-7358-0270-4.
  8. Шатуновская О. Катынь Arxivləşdirilib 2007-07-01 at the Wayback Machine.
  9. "Что конкретно сказала О. Г. Шатуновская". 2007-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-10.
  10. Померанц Г. Памяти одинокой тени: Arxivləşdirilib 2007-10-11 at the Wayback Machine Об Ольге Григорьевне Шатуновской и о её участии в составе комиссии под председательством Шверника, созданной для раскрытия убийства Кирова. «Знамя», 2006, N7, С.165—169.
  11. "Шатуновская Ольга Григорьевна". 2015-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-06-10.
  12. "Могила О. Г. Шатуновской". 2017-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]