Padua Universiteti
Padua Universiteti UNIPD | |
---|---|
Università degli Studi di Padova | |
45°25′12″ şm. e. 11°52′12″ ş. u.HGYO | |
Şüar |
it. Universa universis patavina libertas (azərb. Paduanın müstəqilliyi bəşəridir və hər kəs üçündür) |
Əsası qoyulub | 1222 |
Tip | Dövlət |
Rektor | Cüzeppe Zakkaria |
Tələbə sayı | 59,317 |
Şəhər | Padua şəhəri |
Ölkə | |
Sayt | unipd.it |
Vikianbarda əlaqəli mediafayllar |
Padua Universiteti (it. Università degli Studi di Padova - UNIPD) — İtaliya Respublikasının Padua şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biridir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1222-ci ildə yaradılmış Padua Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.[2] Həmin vaxt akedemik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır.[2] Universitet ilkin olaraq anatomik mərkəz kimi fəaliyyət göstərirdi; hansı ki, bura həmin dövrlərdə ictimai təzyiqlər altında insan bədənini öyrənən alimlər və rəssamlar üçün nəzərdə tutulmuşdu.
Universitet 1339-cu ildən 1813-cü ilə qədər iki təşkilata – "Universitas Artistarum" və "Universitas Iuristarum"a bölünmüşdü.[2] "Universitas Artistarum"da mülkilik, hüquq və ilahiyyat, "Universitas Iuristarum"da isə astronomiya, dialektika, fəlsəfə, qrammatika, tibb və natiqliq sənəti tədris edilirdi.[2]
Padua Universiteti İntibah dövründə əsas elm (astronomiya, tibb, hüquq) mərkəzlərindən birinə çevrilmişdir.[2] Burada Covanni Piko della Mirandolla, Nikolay Kuzanus, Nikolay Kopernik, Pietro Bembo, Torkvato Tasso, Qalileo Qaliley, Andreas Vezali kimi dahilər təhsil almış və müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar.[2] 1678-ci ildə dünyada ilk dəfə qadın – Yelena Kornaro Piskopiya fəlsəfə üzrə doktorluq dərəcəsi əldə etmişdir.[2]
XIX-XX əsrlərdə universitetdə desentralizasiya tendensiyaları müşahidə edilmiş və Paduanın sərhədlərindən kənarda laboratoriya və kampuslar yaradılmışdı.[2] 8 fevral 1848-ci ildə 1848-1849-cu illərin inqilabı zamanı tələbələrin Avstriya hökmranlığına qarşı üsyanı baş verir.[2] Bunun nəticəsi olaraq universitet 1850-ci ilə qədər bağlı qalmışdır.[2] 1995-ci ildə isə universitetə müstəqillik verən yeni nizamnamə qəbul edilmişdir.[2]
Simvolları
[redaktə | mənbəni redaktə et]Universitetin devizi belədir:[2]
it. Universa universis patavina libertas (azərb. Paduanın müstəqilliyi bəşəridir və hər kəs üçündür). |
Fakültələri
[redaktə | mənbəni redaktə et]Hazırda universitetdə 13 fakültə var (2014)[2]:
- Humanitar elmlər;
- Fəlsəfə;
- İqtisadiyyat;
- Mühəndislik;
- Hüquq;
- Fizika-riyaziyyat;
- Tibbi cərrahlıq;
- Əczaçılıq;
- Kənd təsərrüfatı;
- Psixologiya;
- Politologiya;
- Statistik;
- Veterinar.
Xarici əlaqələri
[redaktə | mənbəni redaktə et]Hələ orta əsrlərdə burada bütün Avropadan gələn tələbələr təhsil alırdı və "milliyyətlərə" bölünürdülər.[2]
Universitetin rəhbəri Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun İcraedici Şurasına daxildir.[3][4]
Koimbra qrupunun üzvüdür.[5]
Reytinqi
[redaktə | mənbəni redaktə et]2003[7] | 2004[8] | 2005[9] | 2006[10] | 2007[11] | 2008[12] | 2009[13] | 2010[14] | 2011[15] | 2012[16] | 2013[17] | 2014[18] | 2015[19] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
152-200 | 153-201 | 153-202 | 151-200 | 151-202 | 152-200 | 152-200 | 151-200 | 151-200 | 151-200 | 151-200 | 151-200 | 151-200 |
Şəkilləri
[redaktə | mənbəni redaktə et]-
Universitet zalı
-
Universitetin Botanika bağı
-
Universitetin həyəti
Məzunları
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bəşarət Məmmədov, Dilrubə Bayramova. İtaliyanın təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 13.01.2012, № 02. (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Paris-Dofin Universiteti Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. banker.az, 20.02.2014 (az.)
- ↑ Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun növbəti iclası Malayziyada keçirilmişdir Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine. xalqqazeti.com, 14.02.2013 (az.)
- ↑ Azərbaycan Turizm İnstitutunun nümayəndələri Ərzurumda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmişlər. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine tourism.edu.az (az.)
- ↑ "CG Member Universities 2014" (PDF). Coimbra Group. 2014-04-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10.10.2015.
- ↑ [www.shanghairanking.com/World-University-Rankings/University-of-Padua.html "ARWU - University of Padua"] (#bad_url). Shanghai Ranking Consultancy. 2015. İstifadə tarixi: 5 oktyabr 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- unipd.it — Rəsmi saytı
Universitet ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |