Papravənd türbəsi
Papravənd türbəsi
| |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Koordinatları | 40.157047/46.841712 |
Papravənd türbəsi — Azərbaycanın Ağdam rayonunun Papravənd kəndində yerləşən məqbərə. Azərbaycan tədqiqatçılarının fikrincə, XIV əsrdə tikilmişdir.[1]
Orta əsr memarlığının nadir abidələrindən biri hesab olunur.
Məqbərə 1972-ci ilin iyulunda təmizlənmiş, ölçülmüş və tədqiq edilmişdir.
1993-cü ilin yayında məqrəbənin yerləşdiyi ərazi, Rusiya Federasiyasının hərbi və siyasi dəstəyi ilə Ermənistan Respublikası ordusu tərəfindən işğal edilmiş və ərazi 2020-ci ilə qədər qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olub.[2]
BMT Təhlukəsizlik Şurası məqbərə yerləşən ərazini Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmiş yer hesab edib.[3]
Memarlığı
[redaktə | mənbəni redaktə et]Məqbərənin planı XVI əsr memarlığı üçün xarakterikdir və günbəzli tikililər qrupuna aiddir. Mərkəzi hissəsi günbəzlə, kənarları isə lansetli qübbələrlə örtülmüşdür. Mərkəzi meydandan günbəzə keçid, yelkənlərin köməyi ilə həyata keçirilib.
Xarici konturuna görə məqbərə xaricdən kvadrat, içərisində isə xaç formasında olan zaldır. Məqbərənin xarici ölçüləri 5,8×6,0 m, daxili ölçüləri isə 5,0x5,0 metrdir. Məqbərənin divarlarının hündürlüyü 1,4 m, eni isə 0,4 metrdir. Türbənin divarları əhəngdaşı ilə hörulmuşdur.
Məqbərənin giriş hissəsi şimal-qərb tərəfdə yerləşir və qapı əsas fasadın açıq eyvanı tərəfində qoyulub. Digər üç divarda isə, içəridə 0,9×0,95 m və 1,0×1,35 m ölçüdə kiçik taxça yerləşir.
Hazırda məqbərə yarıdağılmış vəziyyətdədir. Abidənin üzərində heç bir yazı yoxdur. Binanın memarlıq-planlaşdırma strukturunu, günbəz konstruksiyaların konstruksiya xüsusiyyətlərini, eləcə də fasadların divarlarının dekorativ işlənməsini nəzərə alaraq abidənin tikintisi XVI əsrə aid edilir.[4]
Oxşar məqbərələr respublikanın Abşeron, Şamaxı və Cəbrayıl rayonlarında da qeydə alınıb.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Мамедзаде К.М., Гулиев Н.М., Керимов В.И. Мавзолей без перекрытия в сел. Паправенд. Институт археологии (Академия наук СССР). Археологические открытия 1977 года: Наука. 1978. 499.
- ↑ "Ağdamın Papravənd kəndində qədim məscid və qəbiristanlıq ermənilər tərəfindən dağıdılıb". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
- ↑ "Резолюция СБ ООН № 853 от 29 июля 1993 года". 2012-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
- ↑ К. М. Мамед-заде. Строительное искусство Азербайджана. Стр. 50