Patrik Hikki
Patrik Hikki | |
---|---|
ing. Patrick Joseph Hickey | |
Doğum tarixi | 17 iyun 1945 (79 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | cüdoçu, idman rəsmisi[d] |
Üzvlüyü |
Patrik Hikki (ing. Patrick Joseph "Pat" Hickey; d. 17 iyun 1945[2]) — irlandiyalı idman funksioneri. 1988–2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri və 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü. Həmçinin, Avropa və dünya səviyyələrindəki olimpiya və cüdo qurumlarında fəaliyyət göstərmişdir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Əmlak Qiymətləndiriciləri İnstitutundan məzun olan Hikki daşınmaz əmlak satışı sahəsində çalışmış və 2015-ci ilə olan məlumata görə, onun şirkəti "Hickey Auctioneers" qızı və böyük oğlu tərəfindən idarə olunur.[3][4]
Cüdoda 2-ci dan qara kəmər ustası olan Hikki,[5] 40 yaşlarına qədər beynəlxalq idman müsabiqələrində İrlandiyanı təmsil etmişdir.[3][4]
İdman idarəçiliyi
[redaktə | mənbəni redaktə et]Hikki 1979–1989-cu illərdə İrlandiya Cüdo Assosiasiyasının sədri olmuş, 1989-cu ildə bu təşkilatın fəxri sədri seçilmişdir.[2][6] 1981-ci ildə o, İrlandiya Olimpiya Şurasının (İOŞ) icraiyyə komitəsinə üzv seçilmiş və 1984 Los-Anceles olimpiadasından etibarən İrlandiya Olimpiya deleqasiyalarının tərkibində olmuşdur.[2] Hikki 1989-cu ildə İOŞ və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Maykl Killaninin tövsiyəsi əsasında İOŞ-un sədri seçilmişdir.[3] 1999-cu ildə İrlandiya İdman Şurasının (İİŞ) yaradılmasından sonra Hikki İİŞ-in nəzdində İdman İnstitutu yaradılanadək həm İİŞ rəhbərliyi, həm də sonrakı İdman nazirləri ilə elit idmana cavabdehliklə bağlı mübarizədə olmuşdur.[3][7] Hikki İOŞ-un sədri vəzifəsinə 4 illik müddətlərlə və adətən rəqibsiz seçilmişdir.[7] Yalnız 2001-ci ildə İrlandiya Üzgüçülük Assosiasiyasının sədri Riçard Borrousu seçkilərdə 27–10 səs sayı ilə məğlub etmişdir.[3][7] Hikki iddia edirdi ki, Borrousun namizədliyi İİŞ-in onu vəzifədən uzaqlaşdırmaq cəhdi idi.[3]
1991-ci ildə İOŞ Avropa Olimpiya Komitələrinin (AOK) iclasına ev sahibliyi edərkən Hikki bəzi keçmiş sovet respublikalarının yeni yaranmış Milli Olimpiya Komitələri ilə əlaqələr qurdu.[8] 1995-də Hikki BOK-a üzv seçildi.[4] 2006-cı ildə AOK-un sədri seçildi və Avropa Oyunlarının təsis edilməsi imkanlarının arasşdırılmasına göstəriş verdi.[3][7]
2016 yay Olympiya oyunları
[redaktə | mənbəni redaktə et]Hikki Rio-de-Janeyroda keçirilən 2016 yay Olimpiya oyunlarından sonra İrlandiya Olimpiya Şurasının sədri vəzifəsindən getməli idi.[3][9] 17 avqust 2016-cı ildə o Rioda Olimpiya oyunlarının biletlərinin satışı ilə bağlı aparılan istintaq çərçivəsində, biletlərin möhtəkirlərə satılması, kartel yaradılması və saxta və qanunsuz marketinq fəaliyyəti ittihamları əsasında həbs edilmişdir.[10][11][12] O, bu ittihamları rədd edərək, məsələ həllini tapanadək bütün Olimpiya vəzifələrindən müvəqqəti çəkildiyini bildirmişdir.[13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.olympics.ie/about/8255-profile-of-the-president.html.
- ↑ 1 2 3 "Profile of the President" Arxivləşdirilib 2016-09-22 at the Wayback Machine.
- ↑ 1 2 3 4 5 6 7 8 Shannon, Kieran (30 may 2015).
- ↑ 1 2 3 "Patrick Joseph Hickey" Arxivləşdirilib 2015-11-02 at the Wayback Machine.
- ↑ Leonard, Deirdre (19 September 2006).
- ↑ "Patrick Hickey" Arxivləşdirilib 2016-08-28 at the Wayback Machine.
- ↑ 1 2 3 4 O'Riordan, Ian (5 December 2014).
- ↑ "Pat Hickey in profile" Arxivləşdirilib 2017-08-18 at the Wayback Machine.
- ↑ "Hickey hints Delaney destined for top Olympic job" Arxivləşdirilib 2019-11-19 at the Wayback Machine.
- ↑ "OCI chief Pat Hickey arrested in Rio" Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine.
- ↑ "Europe's top Olympic official arrested in Rio over tickets sales" Arxivləşdirilib 2022-09-20 at the Wayback Machine.
- ↑ Gibson, Owen (17 August 2016).
- ↑ "OCI president Hickey steps aside after Rio arrest" Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine.