Poker

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pokerin ən məşhur növü olan "Hold 'em"

Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır.

Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir.
Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2

Pokerin qaydaları

[redaktə | mənbəni redaktə et]
  • Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur.
  • Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir. (Evləri və ya avtomobilləri itirmədən masadan dostca qalxmaq üçün bu vacibdir. Amma həmişə tətbiq edilmir.)
  • Hər turun başlanğıcında kartlar paylanılmadan oyunçulara yerə pot qoyar.