Qara Məhəmməd
Qara Məhəmməd | |
---|---|
Qara Məhəmməd Törəmiş | |
1380 – 1389 | |
Əvvəlki | Bayram xoca |
Sonrakı | Qara Yusif |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Qara Dursun |
Uşağı |
|
Qara Məhəmməd — Baharlılar sulaləsinin banisi olan Bayram Xocanın qardaşı oğlu Qara Məhəmməd 1380–1389-cu illərdə Qaraqoyunlu tayfa ittifaqının başçısı.
Həyatı və siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Qara Məhəmməd Cəlairilərlə mövcud ziddiyəti aradan qaldırmaq məqsədilə Cəlairi Sultan Əhmədlə qohum oldu. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin yaxşılaşmasına kömək etdi. Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. Sonradan Azərbaycanda öz hakimiyyətini yaymağa calışan Qara Məhəmməd bu qohumluğa əhəmiyyət vermədi və 1382-ci ilin sentyabrında böyük qoşunla Təbrizə hücum etdi. Şəhər ətrafında ciddi döyüşdə Qaraqoyunlu qüvvələri Cəlairi şahzadəsi Şeyx Əliyə qalib gəldi.
1384-cü ildə Qara Məhəmməd Mardin hökmdari Məcdəddin İsanın üzərinə yürüş etdi. Mardin hökmdarı müqavimət göstərmək istədi, lakin məğlub oldu və Qara Məhəmmədlə qohumluq münasibətləri yaratdı. Bunula da tərəflər arasında barışıq yarandı.
1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə gondərək Sultan Bərqoqdan Suriyaya koçməyə razılıq aldı. Qara Məhəmməd eyni zamanda iki rəqiblə – Əmir Teymur və Ağqoyunlularla mübarizə aparmalı oldu. Bir az əvvəl Ağqoyunlular tərəfindən məğlub edilmiş Ərzincan hökmdarı Qara Məhəmməddən yardım alaraq onunla ittifaq yaratmiş və Ağqoyunluları məğlubiyyətə uğratmışdılar.
1387-ci ilin baharında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücuma keçdi. Qara Məhəmməd Çapaqcura gəldi və burada sərt keçidləri tutaraq Teymurun qüvvələrini darmadağın etdi. Qara Məhəmmədi ələ keçirə bilməyəcəyini gorən Teymur Muş düzənliyindən çıxaraq, buradakı oymaqları qarət etdi, Hilatı, Vanı ələ keçirib İrana geri döndü.
1388-ci ilin mayında Qaraqoyunlular Cəlairi əmirlərinin müqavimətini qiraraq Təbrizə daxil oldular. Qara Məhəmməd və oğlu Bayram 1389-cu ilin aprelində Qara Pir Həsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirildi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |