Rəşad Sadıqov

Vikipediya, azad ensiklopediya
(Rəşad Sadıqov (futbolçu) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Rəşad Sadıqov
Ümumi məlumatlar
Tam adı Rəşad Fərhad oğlu Sadıqov
Ləqəbi Terminator[1]
Doğum tarixi 16 iyun 1982(1982-06-16)[2][3] (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 181 sm
Çəkisi 77 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Zirə
Vəzifəsi baş məşqçi
Karyerası
Klub karyerası[* 1]
2000–2001 Azərbaycan Turan Tovuz 26 (4)
2001–2002 Azərbaycan Neftçi Bakı 23 (1)
2002–2003 İran Fulad 20 (0)
2003–2005 Azərbaycan Neftçi Bakı 44 (1)
2005–2006 Türkiyə Kayserispor 10 (0)
2006–2008 Azərbaycan Neftçi Bakı 40 (7)
2008–2009 Türkiyə Kocaelispor 16 (0)
2009–2010 Azərbaycan Qarabağ 20 (1)
2010–2011 Türkiyə Əskişəhərspor 5 (0)
2011–2020 Azərbaycan Qarabağ 125 (7)
Milli yığma[* 2]
2001–2017 Azərbaycan Azərbaycan 111 (5)
Məşqçisi olduğu klublar
2016–2018 Azərbaycan Qarabağ U19
2018 Azərbaycan Azərbaycan U21
2020— Azərbaycan Zirə

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 12 iyun 2017 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 12 iyun 2017 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəşad Sadıqov (16 iyun 1982[2][3], Bakı) — azərbaycanlı keçmiş futbolçu, məşqçi. "Zirə" klubunun baş məşqçisidir. 2000–2001-ci illərdə Azərbaycanın "Turan Tovuz", 2001–2002, 2003–2005, 2006–2008-ci illərdə "Neftçi Bakı", 2009–2010-cu illərdə "Qarabağ", 2002–2003-cü illərdə İranın "Fulad Xuzistan" və 2005–2006-cı illərdə Türkiyənin "Kayserispor", 2008–2009-cu illərdə "Kocaelispor", 2010–2011-ci illərdə Əskişəhərspor, 2011–2020-ci illərdə Qarabağ klublarının heyətində çıxış edib.

Rəşad Sadıqov dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Beş dəfə Azərbaycan Premyer Liqasının, üç dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sadıqov 2001–2017-ci illərdə Azərbaycan milli futbol komandasında çıxış edib. Milli komandada 111 oyun keçirib və 5 qol vurub. Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən oyunçudur.

Bir müddət basketbolla məşğul olub.

Rəşad Sadıqov 16 iyun 1982-ci ildə Bakıda anadan olub. Əslən Kəlbəcər rayonundandır.[4] Təhsilinə 1989-cu ildə Bakı şəhəri Suraxanı rayonu 226 saylı tam orta məktəbdə başlayıb. 1 il sonra 34 nömrəli məktəbə keçib, qalan 10 ili orada oxuyub.[5] Rəşad Sadıqov futbola 1992-ci ildə 10 yaşında məktəb illərində Tofiq Bəhramov adına futbol məktəbinə məşqlərə gedib.[5] Müəllimi Vaqif Paşayev olub. O, həmçinin Bakıda "Şərur", "Hava qüvvələri" komandası, "Real Bakı" komandalarında futbol oynayıb.[6]

Rəşad Sadıqov 2000–2001-ci illərdə "Turan"ın heyətində çıxış edib. Burada cəmi 9 oyun keçirib[7] və qol vurmayıb. Rəşad 2001-ci ildə "Neftçi"nin heyətinə qoşulub. Burada 2001–2002 mövsümündə 23 oyun keçirib və 1 qol vurub. 2002-ci ildə klubdan ayrılıb. Rəşad Sadıqov 2002–2003-cü illərdə İranın "Fulad" klubunun heyətində çıxış edib. Burada 20 oyun keçirib, qol vurmayıb.

2003-cü ildə yenidən "Neftçi"nin heyətinə qayıdıb. 2003–2004-cü illər mövsümündə Neftçinin heyətində 10 oyun keçirib, qol vurmayıb. 2004–2005 mövsümündə 21 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib. Sadıqov 2005-ci ilin avqustunda "Neftçi"nin UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan, Belçikanın "Anderlext" klubuna Bakıda 1:0 hesabı ilə qalib gəldiyi cavab görüşündən sonra klubdan ayrılıb. Sadıqov 2005–2006 mövsümündə 13 oyun keçirib və qol vurmayıb. Rəşad 2003–2005-ci illərdə "Neftçi"nin heyətində ümumilikdə 44 oyun keçirib və cəmi 1 dəfə fərqlənib.

Neftçidən ayrıldıqdan sonra Rəşad karyerasını baş məşqçi Ərtoğrul Sağlamın istəyi ilə Türkiyənin "Kayserispor" klubunda davam etdirdi. 20 avqust 2005-ci ildə "Dənizlispor"la oyunda debüt edib, oyunu əvəzolunmadan keçirib.[8] Transfer olunduğu ilk vaxtlarda Rəşadın işləri yaxşı gedirdi. Ancaq qış fasiləsinə yaxın Rəşad zədələnəndi və heyətdən kənarda qaldı. Zədəsi sağaldıqdan sonra Neftçiyə 6 aylığa icarəyə verildi. "Kayserispor" mövsümü bürünc medalla başa vurdu. Mövsüm bitəndən sonra Rəşad kluba qayıtdı və UEFA İntertoto Kuboku oyunlarında iştirak etdi. Macarıstanın "Sopron" klubu ilə ikinci təsnifat mərhələsinin oyunlarında meydana çıxdı. "Kayserispor" iki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazandı. Üçüncü təsnifat mərhələsində Yunanıstanın "Larissa" klubu ilə oyunlarda da Rəşad "Kayserispor"un heyətində meydana çıxıb. "Kayserispor" bu klubu da mübarizədən kənarlaşdıraraq kubokun qaliblərindən biri olub.[9]

Ərtoğrul Sağlamın adət etdiyi mövqedə, müdafiənin mərkəzində yox sağında oynadırdı. Bu, Rəşadı qane etmədiyi üçün klubdan getməyi qərara aldı.[10][11] Sadıqovun "Kayserispor"da son oyunu 5 avqust 2006-cı ildə "Trabzonspor"a qarşı olub. Son oyununu Rəşad əvəzolunmadan keçirib.[12] Rəşad 2005–2006-cı illərdə bu klubun şərəfini qoruyub. Futbolçu bu komanda ilə UEFA İntertoto Kubokunda da oynayıb. Bu klubda 10 oyun keçirib. Ailə məsələlərinə görə bu klubdan ayrılıb.[13]

"6,7 ilimi verdiyim "Neftçi"dən layiq olmayan şəkildə uzaqlaşdırıldım"

Rəşad Sadıqov[14]

Futbolçu 2006-cı ildə üçüncü dəfə "Neftçi" ilə müqavilə bağlayıb. 21 iyun 2008-ci ildə Slovakiyanın "Nitra" klubu ilə UEFA İntertoto Kubokunun birinci təsnifat mərhələsinin ilk oyununda 7-ci dəqiqədə hesabı açıb. Bu, Sadıqovun qitəmiqyaslı yarışlarda ilk qolu idi.[15] 58 oyuna 7 qol vurub. Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında üç dəfə çıxış etdiyi "Neftçi"nin heyətində ümumilikdə 135 oyun keçirib,[7] 9 qol vurub. 2008-ci ildə "Neftçi" klubunun baş məşqçisi Hans Yurgen Gede tərəfindən əvəzedici komandaya göndərdi. Sadıqov fiziki formasını qorumaq üçün bir müddət əvəzedici heyətlə məşq edib.[16] Daha sonra orada qalmayan müdafiəçi karyerasının böyük hissəsini keçirdiyi Neftçidən gedəsi oldu.[10][17][18]

"Neftçi"dən qovulduqdan sonra İspaniyanın "Valyadolid" komandasının ikinci heyətində bir müddət məşq edib.[19] Futbolçunun daha sonra "Boluspor"la müqavilə bağlayacağı gözlənilirdi.[20] Bu transfer baş tutmadıqdan sonra Sadıqov "Kocaelispor" klubunun düşərgəsinə yollanıb.[21] Müqavilə ilə "Neftçi"yə məxsus olduğundan Rəşadın "Kocaelispor"la müqavilə imzalamağında problemlər olmuşdu. "Neftçi" klubu transfer haqqı tələb edirdi.[22] Problemlər yoluna qoyulduqdan sonra Rəşad klub ilə 6 aylıq müqavilə bağlayıb.[23][24] Rəşad bu klubda 1 nömrə altındakı formada çıxış edib.[23] Rəşad Sadıqov 2008–2009-cu illərdə "Kocaelispor"un heyətində olub.[25]

Rəşad "Kocaelispor"da çıxış edərkən uğurlu oyunlarına görə Türkiyə mətbuatı ona "Terminator" ləqəbi vermişdi.[26]

Rəşad Sadıqovun 2013–14 mövsüm Qarabağ forması.

Kocaelispordan ayrıldıqdan sonra Rəşad "Qarabağ" klubunun heyətinə qoşulub. Aftandil Hacıyevin zədəli olmasına görə UEFA Avropa Liqası oyunlarında 2 oyunluq Qarabağa kömək etmək üçün klubla razılığa gəlib.[27] 16 iyul 2009-cu ildə Norveçin VRusenborq" klubu ilə səfər oyununda Qarabağın heyətində debüt edib.[28] Bir müddət sonra 2009-cu ilin yayında Rəşad bu klubla 1 illik müqavilə imzalayıb.[29] "Qarabağ"ın heyətində ilk qolunu UEFA Avropa Liqası 2009/2010 mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyununda Norveçin "Rusenborq" komandasına vurub.[30] Bu qol Qarabağı UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə çıxarıb. Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda 81-ci dəqiqədə cərimə zərbəsindən Finlandiyanın "Honka" klubunun qapısına qol vuraraq hesabı 2–1 edib və "Qarabağ"a qələbə qazandırıb.[31] "Qarabağ" klubunun heyətində isə Azərbaycan Premyer Liqasında ilk oyununu 23 sentyabr 2009-cu ildə Ağdamda "Qəbələ" ilə II turdan təxirə salınmış oyunda keçirib.[7]

2010-cu ildə "Qarabağ" klubu ilə 1 illik müqavilə imzalayıb. "Qarabağ" rəhbərliyi Rəşada xarici klublardan təklif gələcəyi halda, problem yaratmayacağını bildirib.[32] Rəşada bir neçə klub müqavilə təklif etdi. UEFA Avropa Liqasının 2010/2011 mövsümünün ilk təsnifat mərhələsində Makedoniyanın "Metallurq" Skopye komandası ilə ev oyununda oyunun 26-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən hesabı açıb. Oyun 4–1 hesabı ilə başa çatıb.[33] Rusiyanın "Alaniya" klubu Rəşadı öz heyətində görmək istəyirdi.[34] Amma Rəşad Sadıqov Türkiyə variantını üstün tutdu. "Qarabağ"ın heyətində Almaniyanın "Borussiya Dortmund" klubuna 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra Rəşad "Əskişəhərspor"un dəvətini qəbul etdi.

Rəşad "Əskişəhərspor"la iki illik müqavilə imzaladı.[35] Ancaq yeni komandasını debütünün reallaşmaq üçün onu transfer edən baş məşqçi Rza Çalımbayın istefasını gözləmək lazım gəldi. Onu bu postda əvəzləyən Bülənt Uyğun Sadıqovun əsas heyətə yolunu açsa da, tezliklə gedişinin də əsas səbəbkarı oldu. Gənc çalışdırıcı qalib heyəti dəyişməməyi üstün tutaraq, millimizin kapitanına zədəsini sağaldan sonra yalnız bir oyunda şans verdi. Bu da daha çox məcburiyyətdən, yəni digər mərkəz müdafiəçisi Nadareviçin cəzalı olması ilə bağlı idi.[10] Rəşad bu klubda 41 nömrəli futbolkada çıxış edib.[36] Rəşad Sadıqov bu klubda ilk oyununu 17 oktyabr 2010-cu ildə "İstanbul Böyükşəhər Bələdiyyəsi" komandasına qarşı keçirib.[37][38] Bu oyunda Sadıqov 90 dəqiqə meydanda olub.[39] Rəşadın bu klubda karyerası qısa və uğursuz oldu. Əsas heyətdə möhkəmlənə bilmədi.[13] Cəmi 5 oyunda meydana çıxdı. 450 dəqiqə meydanda oldu və 1 sarı vərəqə aldı.[10] Buna görə 2011-ci ilin əvvəlində Rəşad "Əskişəhərspor" klubundan ayrılıb.[40]

"Karyeramı "Qarabağ"da bitirmək istəyirəm"

Rəşad Sadıqov[41]

2011-ci ilin yanvarında "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Rəşad Sadıqovun yenidən komandaya gətirilməsini istəyib.[42] Rəşad Sadıqov həmin ilin fevral ayında Əskişəhərspor klubundan ayrılaraq yenidən "Qarabağ"ın heyətinə qoşulub.[40] Fevralın 15-də mətbuat konfransı keçirilib, Rəşad klubla 6 aylıq müqavilə imzalayıb.[13][43] "Qarabağ" klubunun heyətində ölkə çempionatında ilk qolu 19 avqust 2012-ci ildə "Sumqayıt" klubunun qapısına vurub.[44] Rəşad 2012–2013 mövsümünün sonlarında zədələnərək mövsümü vaxtından tez başa vurub, sonuncu "Simurq" klubu ilə oyuna çıxa bilməyib.[45]

Rəşad Sadıqov 2013–2014 mövsümünün sonunda "Qarabağ" komandası ilə ilk dəfə Azərbaycan çempionut titulunu qazanıb.[46] Bu, Sadıqovun ümumilikdə üçüncü Azərbaycan çempionluğu idi.

2014-cü ilin iyun ayında Rəşad "Qarabağ" klubu ilə müqaviləsini 3 il — 2017-ci ilədək uzadıb.[47] UEFA Çempionlar Liqasının ilk oyunlarını zədə səbəbindən buraxan Rəşad Sadıqov 30 iyul 2014-cü ildə III təsnifat mərhələsində "Zalsburq" komandası ilə ilk oyunun 57-ci dəqiqəsində komanda yoldaşı Leroy Corcu əvəz edərək "Qarabağ"ın heyətində bu turnirdə debüt edib.[48] Bu oyun onun Avrokuboklarda keçirdiyi 50-ci oyun idi.[49] Bir həftə sonra 6 avqust 2014-cü ildə "Zalsburq" komandası ilə cavab qarşılaşmasını Rəşad əvəzolunmadan keçirib, "Qarabağ" bu mərhələdə mübarizəni dayandırıb və UEFA Avropa Liqasının pley-off mərhələsində oynamaq hüququ əldə edib.[50] Rəşad pley-off mərhələsində "Tvente" ilə hər iki oyunda əsas heyətdə meydanda olub.[51] İki oyunun nəticəsinə görə "Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[52] Rəşad "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki bütün oyunlarında əsas heyətdə meydana çıxıb.[53][54][55][56][57][58] "Qarabağ" qrupu üçüncü yerdə başa vuraraq mübarizəni dayandırıb. Rəşadın 19 dekabrda "Xəzər-Lənkəran" komandasına qarşı keçirdiyi oyun onun Azərbaycan çempionatları tarixindəki 250-ci oyunu olub.[59]

Rəşad komanda yoldaşı Qara Qarayevin qalib gəldiyi Futbol+ qəzetinin keçirdiyi ilin futbolçusu səsverməsində 124 səslə üçüncü olub.[60]

2015–2016-cı il mövsümündə də Rəşad "Qarabağ"ın heyətində həm Azərbaycan Premyer Liqası, həm də Azərbaycan Kuboku uğrunda görüşlərdə meydana çıxdı. Rəşad "Qarabağ"la birlikdə ilk dəfə eyni ildə həm kubokun, həm də liqanın qalibi oldu. Bu, Rəşadın karyerasında ikinci belə uğuru idi. "Qarabağ"ın heyətində UEFA Çempionlar Liqasında həm "Rudar"[61][62], həm də "Seltik"lə[63][64] oyunlarda 90 dəqiqə meydanda olub. Mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ"ın bu mərhələdəki rəqibi "Yanq Boyz"la oyunlarda da Rəşad görüşləri əvəzedilmədən keçirib. "Qarabağ" ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[65][66] Rəşad qrup mərhələsindəki bütün oyunlarda əsas heyətdə meydana çıxıb və əvəz olunmayıb.[67] O, həmin mövsüm Azərbaycan Premyer Liqasının çempion titulunu 5-ci dəfə qazanıb.[68]

Mənbələr:[69][70][71]
Son yeniləmə: 21 dekabr 2015

Klub Çempionat Mövsüm Liqa Kubok Avropa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Turan Tovuz Azərbaycan Çempionatı 2000–01 ? ? ? ? 0 0 26 4
Cəmi ? ? ? ? 0 0 26 4
Neftçi Bakı Azərbaycan Çempionatı 2001–02 ? ? ? ? 0 0 23 1
Cəmi ? ? ? ? 0 0 23 1
Fulad Xuzistan İran Çempionatı 2002–03 ? ? ? ? 0 0 20 0
Cəmi ? ? ? ? 0 0 20 0
Neftçi Bakı Azərbaycan Çempionatı 2003–04 ? ? ? ? ? ? 10 0
2004–05 ? ? ? ? ? ? 21 1
2005–06 ? ? ? ? 4 0 13 0
Cəmi ? ? ? ? ? ? 44 1
Kayserispor Türkiyə Çempionatı 2005–06 9 0 1 0 0 0 10 0
2006–07 1 0 0 0 5 0 6 0
Cəmi 10 0 1 0 0 0 16 0
Neftçi Bakı Azərbaycan Çempionatı 2006–07 ? ? ? ? 0 0 12 2
2007–08 ? ? ? ? 0 0 19 5
Cəmi ? ? ? ? 0 0 31 7
Kocaelispor Türkiyə Çempionatı 2008–09 16 0 0 0 0 0 16 0
Cəmi 16 0 0 0 0 0 16 0
Qarabağ Azərbaycan Çempionatı 2009–10 23 1 2 1 4 2 29 4
2010–11 2 0 0 0 0 0 2 0
Cəmi 25 1 2 1 4 2 31 4
Əskişəhərspor Türkiyə Çempionatı 2010–11 5 0 0 0 0 0 5 0
Cəmi 5 0 0 0 0 0 5 0
Qarabağ Azərbaycan Çempionatı 2010–11 12 0 0 0 8 1 20 1
2011–12 27 2 4 0 6 0 37 2
2012–13 27 3 5 0 0 0 32 3
2013–14 25 0 1 0 8 0 34 0
2014–15 22 0 5 0 10 0 37 0
2015–16 6 0 0 0 12 0 18 0
Cəmi 119 5 15 0 44 1 183 6
Cəmi Azərbaycan ? ? ? ? 67 5 311 22
İran ? ? ? ? 0 0 20 0
Türkiyə ? ? ? ? 5 0 37 0
Karyera cəmi ? ? ? ? 71 5 418 22

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]
Azərbaycan-İtaliya oyunundan qabaq Rəşada millinin heyətində 100-cü oyununa çıxdığı üçün mükafat təqdim olunur.

2001-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 6 oktyabr 2001-ci ildə FİFA Dünya Kuboku 2002-nin seçmə oyunları çərçivəsində İsveç yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 28 mart 2004-cü ildə yoldaşlıq görüşündə Qazaxıstan milli futbol komandasına vurmuşdur.

Rəşad Sadıqov milli komandanın heyətində UEFA Avropa Kuboku 2004-ün seçmə mərhələsində 7 oyun keçirib.

4 sentyabr 2004-cü ildə FİFA Dünya Kuboku 2006-nın seçmə mərhələ oyunlarında Uelslə qarşılaşmada 55-ci dəqiqədə cərimə zərbəsindən qol vuraraq hesabı 1–1 edib, komandasını məğlubiyyətdən xilas edib.[72] 9 oktyabr 2004-cü ildə Şimali İrlandiya ilə seçmə mərhələ oyununda millinin heyətində ilk dəfə kapitan kimi meydana çıxıb.[73] Bu seçmə mərhələdə Rəşad 9 oyunda millinin heyətində meydana çıxıb.

12 aprel 2006-cı ildə Türkiyə yığması ilə Bakıda keçirilən yoldaşlıq görüşündə 65-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı açıb, oyun 1–1 hesabı ilə başa çatıb.[74] 2006-cı il avqustun 15-də səfərdə Ukraynaya qarşı yoldaşlıq görüşündən (0:6) sonra Şahin Diniyev Sadıqova heç nə demədən komandadan uzaqlaşdırıb və nəticədə müdafiəçi 1 il 3 ay yığmadan kənarda qalıb.[75] 2007-ci ildə Şahin Diniyevin yığmadan göndərilməsindən sonra baş məşqçi funksiyasını yerinə yetirən Coko Haciyevski Rəşad Sadıqovu yenidən milli komandaya çağırıb.[76] Avro 2008-in seçmə mərhələsinin son iki oyununda millinin heyətində meydana çıxıb.

15 oktyabr 2008-ci ildə Azərbaycan milli komandasının Bəhreynlə yoldaşlıq qarşılaşması Rəşad Sadıqovun millidə yubiley — 50-ci oyununu olub.[77] 2 iyun 2009-cu ildə Türkiyə ilə yoldaşlıq görüşündə Rəşad 52-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydançanı tərk edib.[78]

2010-cu il dünya çempionatının seçmə mərhələsində millinin heyətində 6 oyuna çıxıb. 28 mart 2009-cu ildə Lujniki stadionunda Rusiya komandası ilə görüşdə 70.000 tamaşaçı qarşısında oynayıb.[79]

29 may 2010-cu ildə Makedoniya ilə yoldaşlıq görüşündə 66-cı dəqiqədə topu öz komandasının qapısından keçirib.[80] UEFA Avropa Kuboku 2012-nin seçmə mərhələsində Azərbaycan millisinin heyətində oyunlara çıxıb. 7 sentyabr 2010-cu ildə Almaniya ilə səfər oyununda 53-cü dəqiqədə avtoqola imza ataraq hesabı 4–0 edib. Oyun 6–1 hesabı ilə Azərbaycan yığmasının məğlubiyyəti ilə yekunlaşıb.[81] 7 oktyabr 2011-ci ildə Avstriya ilə oyunda 75-ci dəfə meydana çıxmaqla yığmada ən çox oyun keçirən oyunçu statusuna yiyələnib.[82] 12 oktyabr 2012-ci ildə Türkiyə komandası ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda 38-ci dəqiqədə hesabı açıb və Azərbaycana qələbə qazandırıb.[83] Avro 2012-nin seçmə mərhələsində 10 oyunda meydana çıxıb.

FİFA Dünya Kuboku 2014-ün seçmə mərhələsində 8 oyunda millinin heyətində meydana çıxıb. Rəşad Avropa Çempionatı 2016-nın oyunlarında millinin heyətində çıxış edir. 13 oktyabr 2014-cü ildə Xorvatiyayla oyunun 61-ci dəqiqəsində Rəşad avtoqol vuraraq hesabı 6–0 edib.[84] Seçmə mərhələnin son ev oyunu Rəşad üçün əlamətdar olub. 10 oktyabr 2015-ci ildə Bakı Olimpiya Stadionunda keçirilən İtaliyaya qarşı ilk rəsmi futbol qarşılaşmasında Rəşad 100-cü dəfə millinin heyətində meydana çıxıb. Buna görə ona UEFA tərəfindən təsis olunan xüsusi mükafat verilib. Rəşad Azərbaycan yığmasında 100 oyun həddinə çatan ilk oyunçu olub.[85][86]

İndiyə qədər milli komandada 101 oyun keçirib və 4 qol vurub.

Milli komandada oyunlar

[redaktə | mənbəni redaktə et]

Son yeniləmə: 7 sentyabr 2015.[87][88]

Azərbaycan Azərbaycan milli futbol komandası
İl Yoldaşlıq Dünya K. Dünya K. s/m Avropa K. Avropa K. s/m Başqa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
2001 0 0 0 0 1 0 0 0 0 0 0 0 1 0
2002 8 0 0 0 0 0 0 0 3 0 0 0 11 0
2003 2 0 0 0 0 0 0 0 4 0 0 0 6 0
2004 6 1 0 0 4 1 0 0 0 0 0 0 10 2
2005 3 0 0 0 5 0 0 0 0 0 0 0 8 0
2006 3 1 0 0 0 0 0 0 0 0 0 0 3 1
2007 0 0 0 0 0 0 0 0 2 0 0 0 2 0
2008 7 0 0 0 3 0 0 0 0 0 0 0 10 0
2009 2 0 0 0 3 0 0 0 0 0 0 0 5 0
2010 6 0 0 0 0 0 0 0 3 1 0 0 9 1
2011 3 0 0 0 0 0 0 0 7 0 0 0 10 0
2012 4 0 0 0 2 0 0 0 0 0 0 0 6 0
2013 2 0 0 0 6 0 0 0 0 0 0 0 8 0
2014 3 0 0 0 0 0 0 0 4 0 0 0 7 0
2015 1 0 0 0 0 0 0 0 6 0 0 0 8 0
Cəmi 50 2 0 0 22 1 0 0 29 1 0 0 101 4

Milli komandada qollar

[redaktə | mənbəni redaktə et]
# Tarix Yer Rəqib Hesab Nəticə Yarış
1. 28 mart 2004 Almatı Mərkəzi Stadionu, Almatı, Qazaxıstan Qazaxıstan Qazaxıstan 3-2 3–2 Yoldaşlıq oyunu
2. 4 sentyabr 2004 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Uels Uels 1-1 1–1 DÇ 2006 seçmə mərhələ
3. 12 mart 2006 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Türkiyə Türkiyə 1-1 1–1 Yoldaşlıq oyunu
4. 12 oktyabr 2010 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Türkiyə Türkiyə 1-0 1–0 Avro 2012 seçmə mərhələ

Şahin Diniyevin Rəşad Sadıqovu 2006-cı ildə millidən uzaqlaşdırılması ilə bağlı müxtəlif iddialar var. Bəzi mənbələr iddia edir ki, Rəşad Sadıqov Şahin Diniyevi söydüyündən mütəxəssis belə bir addım atmağa məcbur olub. Başqa bir versiyada bildirilir ki, Rəşad millidə heyətin qurulmasında iştirak etmək istədiyindən mütəxəssis onu cəzalandırıb.[4] Rəşad Sadıqovun 2008-ci ildə Şahin Diniyev barəsində etdiyi açıqlamadan sitat:"Onun heç vaxt halallığını verməyəcəyəm. Gərək, Diniyev mənimlə söhbətləşib, hər şeyi dəqiqləşdirəydi"[89] 2013-cü ildə Azərbaycan Premyer Liqasının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" – "Rəvan" oyunundan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla "Rəvan"ın baş məşqçisi Şahin Diniyev matçdan sonra görüşüblər.[90]

27 sentyabr 2015-ci ildə Azərbaycan Premyer Liqasının beşinci turunda "Neftçi" ilə qarşılaşmanın fasiləsində Rəşad Sadıqovla "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin arasında münaqişə yaşandığı iddia olunub.[91]

  • Azərbaycanda ilin futbolçusu (Futbol+ qəzetinin versiyası) (3): 2004, 2005, 2010,[92] 2013[93]
  • Azərbaycanda ayın ən yaxşı idmançısı (1): 2009, fevral (Azerisport.com saytının versiyası)[94]
  • Azərbaycan Premyer Liqası, "Ən yaxşı yerli oyunçu": 2009–2010.[95]
  • Azərbaycan milli futbol komandası, "Ən çox oyun keçirən futbolçu": 2011.[96]
  • Azərbaycan milli futbol komandası, "Ən yaxşı oyunçu": 2013[97]
  • İmarət fan-klubu "Ən sadiq futbolçu" mükafatı: 2013[98]

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Rəşad Sadıqovun şəkli Azərbaycan Premyer Liqasının təbliği ilə bağlı Unibankın hazırladığı bilbordlarda əks olunmuşdu.[99] 2013-cü ildə "Məktəbli uşaqlar arasında sağlam həyat tərzi mövzusunda komikslərinə/əyləncəli tədris vasitələrinin nəşri və yayılması" adlanan layihədə çərçivəsində komikslərdədə verilən mesajların daha təsirli olması üçün "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun şəkillərindən istifadə olunub, bu məqsədlə "Qarabağ" ilə saziş imzalanıb.[100]

Rəşad 2006-cı ildə Türkiyənin Kayserispor klubundan Bakının "Neftçi" komandasına qayıtmaq istəyirdi. Ancaq yay "transfer pəncərəsi"nin sonunda ona AFFA tərəfindən əngəl yaradıldı.[101] Nəticədə Sadıqov yerli NTD Servis Devon basketbol klubunda müdafiəçi kimi oynamağa başladı.[102] Bu klubda ilk oyununu Xəzər-BDU komandasına qarşı keçirib, bu oyunda komandası 105–53 hesabı ilə qələbə qazanıb. Rəşad bu oyunda 13 xal toplayıb.[103]

  1. "Devid Bekhem Rəşad Sadıqovun obrazına girdi". apasport.az. apasport.az. İstifadə tarixi: 22 may 2016.
  2. 1 2 Rashad Sadygov // FBref.com (çd.).
  3. 1 2 Rashad Sadigov // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
  4. 1 2 İntiqam Valehoğlu. "Rəşad Sadıqovun görünməyən tərəfləri" (az.). Ədalət qəzeti. 2013-12-07. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-25.
  5. 1 2 "Rəşad Sadıqov: "Son zəng"ə getməyə ayaqqabım yox idi"" (az.). Qol.az. 8 oktyabr 2013. 2016-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  6. "День рождения капитана сборной Азербайджана Рашада Садыхова" (rus). Trend.az. 15 iyun 2009. İstifadə tarixi: 1 yanvar 2014.
  7. 1 2 3 "Rəşad Sadıqov 333 gün gözlədi, 15 dəqiqə oynadı" (az.). Trend.az. 23 sentyabr 2009. İstifadə tarixi: 1 yanvar 2014.[ölü keçid]
  8. "Denizlispor Kayserispor". transfermarkt. İstifadə tarixi: 2013-12-25.
  9. Marcel Haisma. "UEFA Intertoto Cup 2006 – Match Details". RSSSF. 26 iyul 2006. 2017-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2014.
  10. 1 2 3 4 "Rəşad Sadıqov: 3-cü gediş, gecikən debüt, erkən endşpil" (az.). Apasport.az. 13 fevral 2011. İstifadə tarixi: 1 yanvar 2014.[ölü keçid]
  11. ""Neftçi" klubunun aparıcı futbolçusu karyerasını başqa klubda davam etdirmək variantı olduğunu deyib" (az.). Trend.az. 15 may 2008. İstifadə tarixi: 1 yanvar 2014.[ölü keçid]
  12. "Kayserispor Trabzonspor". transfermarkt. 2013-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2014.
  13. 1 2 3 "Rəşad Sadıqovdan iddialı açıqlama: «Yenə gedəcəm»" (az.). Milli.az. 15 fevral 2011. İstifadə tarixi: 1 yanvar 2014.
  14. "Rəşad Sadıqov: "6,7 ilimi verdiyim "Neftçi"dən layiq olmayan şəkildə uzaqlaşdırıldım"" (az.). Futbolpress.az. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2013.
  15. "Neftchi Baku FC Nitra". transfermarkt. İstifadə tarixi: 2013-12-28.
  16. "Rəşad Sadıqov: yoxa lənət!" (az.). Apasport.az. 30 oktyabr 2008. İstifadə tarixi: 29 dekabr 2013.[ölü keçid]
  17. "Rəşad Sadıqov: «Qəti qərara gəlmişəm, Azərbaycandan gedirəm»" (az.). Qol.az. 17 noyabr 2008. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  18. "HANS YÜRGEN GEDE: "NEFTÇİDƏN KƏNARLAŞDIRILAN FUTBOLÇULAR GERİ QAYTARILMAYACAQ"" (az.). Deyerler.org. 30 oktyabr 2008. İstifadə tarixi: 1 yanvar 2014.[ölü keçid]
  19. "Rəşad Sadıqov «Valyadolid»də ilk məşqə çıxdı" (az.). Qol.az. 16 dekabr 2008. 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  20. "Rəşad Sadıqov: «Neftçi»dən transfer vərəqəmi götürmək qalıb»" (az.). Qol.az. 2 dekabr 2008. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  21. "Rəşad Sadıqov: "Kocaelispor"da qalıb-qalmayacağım yaxın günlərdə bilinəcək"" (az.). Qol.az. 5 yanvar 2009. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  22. "İlqar Quluzadə: "Neftçi" transfer haqqı almadan Rəşad Sadıqovu hansısa komandaya buraxmayacaq"" (az.). Qol.az. 22 yanvar 2009. İstifadə tarixi: 1 yanvar 2014.[ölü keçid]
  23. 1 2 "Rəşad Sadıqovdan orijinal addım: futbolçumuz «1» nömrəni seçdi" (az.). Qol.az. 23 yanvar 2009. 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  24. "Rəşad Sadıqov "Kocaelispor"la müqavilə bağladı" (az.). Qol.az. 23 yanvar 2009. 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  25. "Rəşad Sadıqov borcunu istəyə bilər" (az.). Milli.az. 3 noyabr 2010. İstifadə tarixi: 1 yanvar 2014.
  26. "Rəşad Sadıqov "Terminator" oldu" (az.). Apasport.az. 19 mart 2009. İstifadə tarixi: 1 yanvar 2014.
  27. ""Qarabağ" Rəşad Sadıqovun keçidini təsdiqlədi" (az.). Qol.az. 30 iyun 2009. 2016-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  28. "Rosenborg BK Qarabag". transfermarkt. 2013-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-28.
  29. "Rəşad Sadıqov "Qarabağ"la bir illik müqavilə bağladı" (azərb). Qol.az. 14 avqust 2009. 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  30. "Ağdamın işğal günündə "Qarabağ"ın möhtəşəm zəfəri" (az.). Qol.az. 23 iyul 2009. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  31. "QARABAĞ VS. HONKA 2 – 1". soccerway. İstifadə tarixi: 2013-12-29.
  32. "Rəşad Sadıqov «Qarabağ»la yeni müqavilə imzaladı" (az.). Milli.az. 7 iyun 2010. İstifadə tarixi: 1 yanvar 2014.
  33. "QARABAĞ VS. METALURG 4 – 1". soccerway. 31 iyul. 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-29.
  34. "Rəşad Sadıqov Rusiya klubundan təklif aldı" (az.). Milli.az. İstifadə tarixi: 1 yanvar 2014.
  35. "Rəşad Sadıqov "Əskişəhərspor"da!" (az.). Milli.az. 30 avqust 2010. İstifadə tarixi: 1 yanvar 2014.
  36. "Rəşad Sadıqov 41 nömrəni seçdi" (az.). Qol.az. 17 sentyabr 2010. İstifadə tarixi: 1 yanvar 2014.[ölü keçid]
  37. "Rəşad Sadıqov: «Allah eləməsin ki, mən Türkiyəni «yıxan» adam olam»" (az.). Milli.az. 16 oktyabr 2010. İstifadə tarixi: 1 yanvar 2014.
  38. "Rəşad Sadıqov Türkiyədə "fərqləndi"" (az.). Milli.az. 23 okyabr. İstifadə tarixi: 1 yanvar 2014.
  39. "Rəşad Sadıqovun "Eskişehirspor"da debütü uğurlu alındı" (az.). Lent.az. 16 oktyabr 2010. 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  40. 1 2 "Rəşad Sadıqov rəsmən "Qarabağ"da!". Milli.az. 12 fevral 2011. İstifadə tarixi: 1 yanvar 2014.
  41. ""Karyeramı "Qarabağ"da bitirmək istəyirəm"" (az.). Korner.az. 2013-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 201d.
  42. ""Qarabağ" Rəşad Sadıqovu istəyir" (az.). Milli.az. 22 yanvar 2011. İstifadə tarixi: 1 yanvar 2014.
  43. ""Qarabağ" təsdiqlədi, qaldı təqdimatı" (az.). Milli.az. 12 fevral 2011. İstifadə tarixi: 1 yanvar 2014.
  44. "SPFC Qarabag". transfermarkt. 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-28.
  45. "Kapitan və bombardir mövsümü bitirdi" (az.). Avrofutbol.com. 16 may 2013. 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2014.
  46. "Qarabağ çempion!" (azərb.). azerisport.com. 7 may 2014. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2014.
  47. "Rəşad Sadıqov daha üç il "Qarabağ"da" (az.). Qol.az. 2 iyun 2014. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2014.
  48. "Qarabağ Zalsburq". UEFA.com. 31 iyul 2014. 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2014.
  49. "Rəşad Sadıqov 100-ü yarılayıb, adaşına çatdı" (azərb.). apasport.az. 31 iyul 2014. 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2014.
  50. ""Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı" (azərb.). apasport.az. 7 avqust 2014. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2014.
  51. ""Qarabağ" – "Tvente": heyətlər açıqlandı" (az.). musavat.com. 21 avqust 2014. İstifadə tarixi: 30 avqust 2014.[ölü keçid]
  52. "Qarabağ Avroliqanın qrup mərhələsində!" (az.). azerisport.com. 29 avqust 2014. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2014.
  53. ""Qarabağ"ın Avroliqada ilk xalı" (az.). Qol.az. 19 sentyabr 2014. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
  54. ""İnter" – "Qarabağ": heyətlər müəyyənləşdi" (az.). Qol.az. 2 oktyabr 2014. 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
  55. ""Dnepr" – "Qarabağ": heyətlər müəyyənləşdi" (az.). Qol.az. 23 oktyabr 2014. 2014-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
  56. ""Qarabağ" – "Dnepr": heyətlər müəyyənləşdi" (az.). Qol.az. 6 noyabr 2014. İstifadə tarixi: 10 yanvar 2015.[ölü keçid]
  57. ""Sent-Etyen" – "Qarabağ": heyətlər müəyyənləşdi" (az.). Qol.az. 27 noyabr 2014. 2016-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
  58. ""Qarabağ" – "İnter": heyətlər müəyyənləşdi" (az.). Qol.az. 11 dekabr 2014. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
  59. "Rəşad Sadıqovun yubiley oyunu" (az.). Qol.az. 20 dekabr 2014. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
  60. "Futbol ictimaiyyəti Qara Qarayevi seçdi" (az.). Qol.az. 30 dekabr 2014. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
  61. "Qarabağ Rudar". UEFA.com. 2015-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  62. "Rudar Qarabağ". UEFA.com. 2015-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  63. "Seltik Qarabağ". UEFA.com. İstifadə tarixi: 29 sentyabr 2015.
  64. "Qarabağ Seltik". UEFA.com. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  65. "Young Boys Qarabağ". UEFA.com. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  66. "Qarabağ Young Boys". UEFA.com. 2015-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  67. "Rashad F Sadygov". UEFA.com. 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2015.
  68. "Рашад САДЫХОВ: Таких успехов к концу своей карьеры я не ожидал". azerisport.com. azerisport.com. 4 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2016.
  69. "Rəşad Fərhad Sadıqov". national-football-teams.com. 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2014.
  70. "R.F. SADIQOV". soccerway. 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2014.
  71. "RASHAD SADIGOV". TFF. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2014.
  72. "Azerbaijan – Wales". FİFA. 2013-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
  73. "Football PLAYER: Rəşad Sadıqov". eu-football.info. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
  74. "Football MATCH: 12. aprel 2006 Azerbaijan v Turkey". eu-football.info. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
  75. "Şahin Diniyev: "Rəşad, get, futbolunu oyna!"" (az.). Qol.az. 17 noyabr 2008. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
  76. Z. Səfərov. "Azərbaycanın futbol üzrə yığmasının kapitanı yenidən Rəşad Sadıqov ola bilər" (az.). Trend.az. 15 noyabr 2007. İstifadə tarixi: 29 dekabr 2013.[ölü keçid]
  77. Vüqar Xeyrullayev. "Rəşad Sadıqov – 50" (az.). Apasport.az. 16 oktyabr 2008. İstifadə tarixi: 29 dekabr 2013.[ölü keçid]
  78. "Turkey Azerbaijan". transfermarkt. İstifadə tarixi: 2 yanvar 2014.
  79. "Russia Azerbaijan". transfermarkt. İstifadə tarixi: 2 yanvar 2014.
  80. "Football MATCH: 29. may 2010 Azerbaijan v Macedonia". eu-football.info. 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
  81. "Football MATCH: 7. sentyabr 2010 Germany v Azerbaijan". eu-football.info. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
  82. "Rəşad Sadıqov rekord qırdı" (az.). Milli.az. 8 oktyabr 2011. İstifadə tarixi: 1 yanvar 2014.
  83. "Football MATCH: 12. oktyabr 2010 Azerbaijan v Turkey". eu-football.info. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2013.
  84. "Xorvatiya Azərbaycan yığmasına "fokus" göstərdi" (az.). Apasport.az. 14 oktyabr 2014. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2015.
  85. "Rəşad Sadıqov millidəki 100-cü oyununa görə mükafatlandırıldı" (az.). Azerisport.az. 11 oktyabr 2015. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2015.
  86. Oqtay Əliyev. "Azerbaijan captain Sadygov receives 100-cap honour" (İngiliscə). UEFA.com. 10 oktyabr 2015. İstifadə tarixi: 17 oktyabr 2015.
  87. "Arxivlənmiş surət". 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-19.
  88. "ı, i və ya saxta statistika". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-07.
  89. "Şahin Diniyev: "Rəşad, get, futbolunu oyna!"" (az.). Qol.az. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-25.
  90. "Şahin Diniyevdən böyük jest" (az.). Sportal.az. 2013-12-07. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-25.
  91. ""Qarabağ"da yumruq davası" (az.). Piasport.az. 27 sentyabr 2015. İstifadə tarixi: 4 oktyabr 2015.[ölü keçid]
  92. "Rəşad Sadıqov Azərbaycanda ilin ən yaxşı futbolçusu oldu" (az.). Milli.az. 21 dekabr 2010. İstifadə tarixi: 1 yanvar 2014.
  93. ""Birinci olacağımı qətiyyən gözləmirdim"" (azərb.). Futbol+ qəzeti. 11 yanvar 2014. İstifadə tarixi: 14 yanvar 2014.
  94. "Капитан сборной Азербайджана по футболу и защитник "Коджаелиспора" Рашад Садыхов признан посетителями azerisport.com лучшим спортсменом Азербайджана по итогам февраля" (rus). Azerisport.az. 9 mart 2008. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  95. "Unibank Premyer Liqasının qalibləri mükafatlandırıldı" (az.). Milli.az. 24 sentyabr 2010. İstifadə tarixi: 1 yanvar 2014.
  96. "Milli komandaların ən yaxşıları mükafatlandırıldı" (az.). Milli.az. 19 dekabr 2011. İstifadə tarixi: 1 yanvar 2014.
  97. "Milli komandalarımızın ən yaxşıları bəlli oldu" (az.). Qol.az. 17 dekabr 2013. 2013-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  98. ""İmarət" ilə yekun vurdu" (az.). Qol.az. 22 dekabr 2013. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  99. "UniBank, futbolla yaşa!" (az.). Qol.az. 19 oktyabr 2009. 2016-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2014.
  100. "Rəşad Sadıqovun yeni müqaviləsi "həyat dəyişdirdi"" (az.). Publika.az. 3 dekabr 2013. 2013-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2014.
  101. "Rəşad Sadıqov idman tarixinə düşüb" (az.). Azadlıq Radiosu. 15 noyabr 2006. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2014.
  102. ""Qarabağ"ın futbolçuları polşalıları çaşdırdı" (az.). Milli.az. 28 iyul 2010. İstifadə tarixi: 1 yanvar 2014.
  103. "Рашад Садыхов стал баскетболистом" (rus). Exo. İstifadə tarixi: 1 yanvar 2014.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]