Ramiz Mehdiyev
Ramiz Mehdiyev | |
---|---|
23 oktyabr 2019 – 14 fevral 2022 | |
Əvvəlki | Akif Əlizadə |
Sonrakı | İsa Həbibbəyli |
7 fevral 1995 – 23 oktyabr 2019 | |
Sonrakı | Samir Nuriyev |
4 fevral 1994 – 7 fevral 1995 | |
Sonrakı | Mail Rəhimov |
8 dekabr 1983 – 31 may 1988 | |
Birinci katib | Kamran Bağırov Əbdürrəhman Vəzirov |
oktyabr 1978 – 30 sentyabr 1980 | |
Əvvəlki | Həsən Həsənov |
Sonrakı | Heydər İsayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 aprel 1938 (86 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | sosiologiya[1], politologiya[1] |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ramiz Ənvər oğlu Mehdiyev (17 aprel 1938, Bakı) — Azərbaycan ictimai-siyasi və elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019–2022), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995–2019), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Həqiqi Dövlət Müşaviri.[2][3][4]; Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü; Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin (1993–05.03.2021) və Veteranlar Şurasının üzvü (05.03.2021–h.h.)
Həyatı
[redaktə | mənbəni redaktə et]Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.
1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Buradakı təhsilini başa vurduqdan sonra 1961-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1968-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub.
1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.
Ramiz Mehdiyev professor Kamilə Əliyevanın və fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevin atasıdır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma" İdarəsində işləyib. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967–68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.[4]
1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.
23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. AMEA-ya rəhbərliyi dövründə akademiyanın bir sıra üzvləri və heyəti tərəfindən bir sıra tənqidlərlə üzləşib.[5][6][7]
14 fevral 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa ərizəsini Azərbaycan Prezidentinə təqdim edəcəyini açıqlamışdır.[8][9] 19 fevral 2022-ci ildə AMEA ümumi yığıncağında Mehdiyevin istefası qəbul edilmiş, prezident səlahiyyətlərini icra etmək birinci-vitse prezident Arif Həşimova tapşırılmışdır.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə təyin edilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.[4]
1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib.[4] Həmin dövrdə Ramiz Mehdiyev Azərbaycanda ateizmin təbliği ilə aktiv şəkildə məşğul olurdu.[10]
1983-cü ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunmuş və 1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunmuşdur.
1980–1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. 4 fevral 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsində işləyib.
7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuşdur. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı. Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən sonra Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü təyin edilib.[11]
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.[12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncamda dəyişiklik edilməsi barədə 8 sentyabr 2020-ci il tarixində imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri Ramiz Mehdiyev vəzifəsindən azad edilmiş,[13] onun əvəzinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev sədr təyin edilmişdir.[14]
Jurnalist Eynulla Fətullayev Ramiz Mehdiyevin bir dövr Azərbaycan Kommunist Partiyası üzvü olduğunu iddia etmişdir.[15]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]"V. İ. Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyasının mövzusu isə "Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri" olmuşdur. Həm namizədlik, həm də doktorluq mövzuları sosial fəlsəfə sahəsinə aiddir.[16]
Müxtəlif vəzifələrdə işlədiyi müddətdə elmi fəaliyyətini də davam etdirən Ramiz Mehdiyev 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilən Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 23 oktyabr 2019-cu ildə — Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunmuşdur.[17]
Ramiz Mehdiyev həmçinin, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası tərəfindən nəşr edilən "Fəlsəfə, Sosial və Siyasi Elmlər" jurnalının redaksiya heyətinin sədridir.[16][18]
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru, elmi rütbəsi professor olan Ramiz Mehdiyev postsovet Azərbaycanının inkişafına fokuslanan 250-dən çox elmi məqalənin müəllifidir.[19] Onun məqalələrinin əsas mövzusu sosial fenomen, iqtisadi inkişaf, fəlsəfə və dialektikadır. O, həmçinin 26 kitabın müəllifidir. Kitablarından 7-i müxtəlif xarici dillərə tərcümə olunmuşdur. 7 kitab, 81 məqaləsi həmçinin, xaricdə nəşr edilmişdir.[19] Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrinin sayı isə 39-dur.[19]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın inkişaf dialektikası. Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2000. 288 s.
- Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri. Bakı, 2000.
- Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.
- XXI əsrdə milli dövlətçilik: Demokratik inkişaf və müxalifət. Bakı: XXI-Yeni Nəşrlər Evi, 2003.- 248 s.- Mətn Azərbaycan və rus dillərində.
- Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri . Bakı: XXI-Yeni Nəşrlər Evi, 2005.-464 s.
- Vətəndaş cəmiyyətinə yol açan ideyalar. Bakı, 2006.
- Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: I cild (iyun 1971 – iyun 2001), II cild (yanvar 2002 – dekabr 2006). Bakı, 2006.
- Demokratiya yolunda: irs haqqında düşünərkən. Bakı: "Şərq-Qərb", 2008.
- "XX əsrin sonunda millətlərarası münasibətlər" (Bakı, 1995), (rus dilində)
- "Azərbaycanın inkişaf dialektikası" (Bakı, 2000),
- "Fəlsəfə" (Bakı, 2003),
- "Azərbaycan: qloballaşma dövrünün tələbləri" (rus və Azərbaycan dilində, Bakı, 2004),
- "Azerbaycan: küreselleşmenin talepleri" (türk dilində, İstanbul, 2005),
- "2005-ci il parlament seçkilər i: ilkin təhlil" (Azərbaycan və rus dilində, Bakı, 2006),
- Yeni siyasət: inkişafa doğru: İkicildlik. Bakı, 2008..- 344 s.
- Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti. Bakı: Şərq-Qərb, 2008.- 216 s.-Mətn Azərbaycan, ingilis və rus dillərində.
- "Modernləşmə xətti yenə də gündəlikdədir" (Azərbaycan, rus və ingilis dilində, Bakı, 2008),
- "Azərbaycan – 2003–2008: zaman haqqında düşünərkən" (Azərbaycan, rus və ingilis dilində, Bakı, 2009)
- "Fəlsəfə" (Bakı, 2010),
- Gorus-2010: absurd teatrı mövsümü. Bakı: Şərq-Qərb, 2010.- 77, [1] s., [16] s.
- İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı: [s. n.], 2010.- 413, [1] s.
- Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində. Bakı: Şərq-Qərb, 2014.- 77, [3] s.- Mətn paralel Azərbaycan və rus dillərindədir.
- Шах Исмаил Сефеви : портрет правителя и воина Ч. 1.-Баку: "Şərq-Qərb", 2014.-253, [3] с.
- İkili standartların dünya nizamı və müasir Azərbaycan. Bakı: Şərq-Qərb, 2014.- 125, [3] s.-Mətn paralel olaraq Azərbaycan və rus dilindədir.
- Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti: Dünya nizamından "nizamsızlığa" doğru. /Ramiz Mehdiyev.- Bakı: Şərq-Qərb, 2015.- 197, [3] s.
- İkili standartların dünya nizamı və müasir Azərbaycan. Bakı: Şərq-Qərb, 2015.- 221, [3] s.-Mətn paralel olaraq Azərbaycan və rus dilindədir.
- Tarixi idrakın elmiliyi problemlərinə dair. Bakı: Şərq-Qərb, 2015.- 317, [3] s.- Mətn paralel olaraq Azərbaycan və rus dillərindədir.
- Yeni dünya nizamı və milli ideya. Bakı: Şərq-Qərb,2016.- 277, [3] s.- Mətn Azərbaycan və rus dillərində paralel verilmişdir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 1980, 1986 — "Qırmızı əmək bayrağı" ordeni
- 17.04.2008 — "İstiqlal" ordeni
- 14.05.2008 — "Dostluq" ordeni
- 21.09.2011 — Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı[20]
- 17.04.2013 — "Şərəf" ordeni
- 16.04.2018 — "Şöhrət" ordeni[21]
- 26.04.2018 — "Şərəf" ordeni[22][23]
- 23.10.2019 — "Heydər Əliyev" ordeni[24]
- 22.12.2021 — Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında inzibati vəzifələr tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 349 nömrəli Sərəncamı Arxivləşdirilib 2023-09-05 at the Wayback Machine (az.)
- ↑ "Ramiz Mehdiyev". modern.az. 2022-03-31 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 "http://anl.az/el/emb/R.Mehdiyea lim.html". anl.az. 2022-03-31 tarixində arxivləşdirilib.
- ↑ "İdris Abbasov: "AMEA sanki, əyləncə mərkəzidir" — VİDEO". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
- ↑ ""Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğuldur, sabah istefa verəcəyəm" — AMEA-da qalmaqal". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
- ↑ "Elton Məmmədov Ramiz Mehdiyev haqqında: "AMEA-nı ailə biznesinə çevirib" – EKSKLÜZİV". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
- ↑ "Ramiz Mehdiyev istefa verib". sputnik.az (az.). Sputnik Azərbaycan. 14 fevral 2021. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fev 2022.
- ↑ "Ramiz Mehdiyev AMEA Prezidenti postundan istefa verib - VİDEO - YENİLƏNİB". apa.az (az.). Azəri Press Agentliyi. 14 fevral 2021. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fev 2022.
- ↑ "Köhnə ateistin metamarfozu". 2020-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
- ↑ "Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvü təyin edilməsi haqqında fərman". 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
- ↑ "Ramiz Mehdiyev, hər iki Əli Həsənov və Siyavuş Novruzov YAP-ın İdarə Heyətindən çıxarıldılar". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
- ↑ "Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edilib". Aze Voice (az.). 8 sentyabr 2020. 2020-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.
- ↑ Əliyev, İlham. ""Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). 8 sentyabr 2020. 2020-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.
- ↑ "Arixvlənmiş surət". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
- ↑ 1 2 "Fəlsəfə və sosial-siyasi elmlər - jurnalı beynəlxalq status almışdır". www.anl.az (az.). 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
- ↑ "R.Ə.Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
- ↑ "Fəlsəfə dünyası". felsefedunyasi.org (az.). 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
- ↑ 1 2 3 "Mehdiyev Ramiz Ənvər oğlu". www.science.gov.az. 2021-03-04 tarixində arxivləşdirilib.
- ↑ "RAMİZ MEHDİYEVƏ POLŞA MİLLİ TƏHLÜKƏSİZLİK BÜROSUNUN XATİRƏ MEDALI VERİLDİ". 2011-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-22.
- ↑ "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edib". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- ↑ "Academician Ramiz Mehdiyev awarded the Order of Honor of Russia". science.gov.az (ingilis). AMEA. 26.04.2018. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fev 2022.
- ↑ "Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif edilib". report.az (az.). Report İnformasiya Agentliyi. 26.04.2018. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fev 2022.
- ↑ "R.Ə.Mehdiyevin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 17 apreldə doğulanlar
- 1938-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin məzunları
- Bakı Dövlət Universitetinin məzunları
- Fəlsəfə elmləri namizədləri
- Fəlsəfə elmləri doktorları
- Akademiklər
- "Heydər Əliyev" ordeni ilə təltif edilənlər
- "İstiqlal" ordeni ilə təltif edilənlər
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Nizami Gəncəvi adına Qızıl medal ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ramiz Mehdiyev
- Azərbaycan Milli Məclisinin I çağırış deputatları
- AMEA-nın həqiqi üzvləri
- Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərləri
- Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri
- Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri
- Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri
- Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri