40°10′23″ şm. e. 44°30′08″ ş. u.HGYO

Sərdar sarayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sərdar sarayı
Xəritə
40°10′23″ şm. e. 44°30′08″ ş. u.HGYO
Ölkə Rusiya imperiyası
Şəhər İrəvan
Yerləşir Hazırda sarayın yerində İrəvan Ararat Şərab Zavodu yerləşir.
Memar Mirzə Cəfər Xoylu
Tikilmə tarixi XVI-XVII əsrlər
Üslubu Azərbaycan memarlığı
Vəziyyəti Dağıdılıb
Sərdar sarayı (Ermənistan)
Sərdar sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərdar sarayı (Xan sarayı)İrəvan qalasının şimal-şərqində yerləşən keçmiş xan sarayı.

Azərbaycan memarlığının şah əsərlərindən olan Xan sarayı, yaxud Sərdar sarayı 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikdirilmiş və qala ilə üzbəüz, Zəngi çayının sağ sahilində iri bağ salınmışdı.[1]1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762–1783) tərəfindən təkmilləşdirilmişdir. 1827-ci ildə rusların İrəvanı işğal etməsindən sonra saray ciddi dağıntılara məruz qalmışdı. 1837-ci ildə tərtib edilmiş planda sarayın təqribən 1 hektar ərazini əhatə etdiyi aydın olmuşdur. Sarayda 19-cu əsrin ortalarında təmir-bərpa işləri aparılmışdır. 1867–1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim İrəvani həyata keçirmişdir. XX əsrin əvvəllərindən etibarən Xan sarayı sürətli şəkildə dağıdılmağa başlanılmışdır. Saray hələ 1913-cü ildə erməni millətçilərinin təcavüzünə məruz qalaraq qismən dağıdılmışdı. 1918-ci ildə ermənilər sarayın binasını yerlə-yeksan etdilər. Səfəvi və Qacar dövrünə məxsus olan saray memarlığının gözəl bir nümunəsi yer üzündən silindi[2]

Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797–1834), Abbas Mirzənin (1784–1833) Rüstəm və Söhrabın portretləri vardı.[3] Saray 1913–1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalmış, dağıdılmışdır. 1914-cü ildə sarayın tamamilə dağıdılmasından sonra Saraydakı portretlər çıxarılaraq Tiflisə aparılmış və onun içərisindəki portretlər sökülərək Gürcüstana aparılmışdır.[4] Həmin əsərlər hazırda Gürcüstan Dövlət Muzeyində saxlanılmaqdadır. Xan sarayının yerlə-yeksan edilməsindən sonra onun ərazisində konyak zavodu inşa edilmişdir.[5] 1918-ci ildə isə ermənilər sarayı tamamilə yerlə-yeksan etmişlər.[6] Xan sarayının Güzgülü salonu və Xan bağındakı yay imarəti 1791-ci ildə Hüseynəli xanım oğlu Məhəmməd xan (1784–1805) Qacar tərəfindən inşa etdirilmiş, bununla da saray kompleksi tamamlanmışdı. Abidə 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı şəkildə təmir edilmiş və ona bir sıra yeni tikililər əlavə olunmuşdu.[7]Xan sarayının divarlarındakı rəsm əsərləri isə 1815-ci ildə Təbriz rəssamlıq məktəbinin nümayəndəsi olan Mir Əbdürrza Xan tərəfindən tamamlanmışdı.[8]Qərbi Azərbaycanda 1800-dən çox türk-müsəlman mənşəli tarixi-mədəniyyət abidəsi ya erməniləşdirilib, ya da tamam məhv edilib. Bunların arasında İrəvan sərdarlarının və xanlarının iqamətgahı olmuş İrəvan qalasındakı Sərdar sarayı və ya İrəvan Xan sarayı da var.[9]

Sarayın tərtibatı

[redaktə | mənbəni redaktə et]

Divarları bəzəyən portret və süjetli kompozisiyalardan ibarət monumental boyakarlıq əsərlərindən ibarət olub. İrəvan Xan sarayının daxili tərtibatı haqqındakı yazılar, 1828-ci ildə rus rəssamı akademik V. Maşkovun, 1840-cı illərdə arxeoloq alim və rəssam Q. Qaqarinin, XIX əsrin 60-cı illərində fotoqraf D. Yermakovun, əsrin sonunda ingilis səyyahı H. Linçin bilavasitə naturadan çəkdiyi rəsm və fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu, forma və üslubu, professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir.[10]

Güzgülü zal və yay köşkünün divarlarını bəzəyən ilkin rəsmlərin müəllifi bəlli deyil. Dekorativ və süjetli divar rəsmləri həmin dövrdə mövcud olmuş sənət kanonlarına və ənənəyə əsaslanır. Divarların yuxarı səthində taxçalarda və taxçalararası pannolarda həndəsi və stilizə edilmiş nəbati motivlərdən ibarət dekorativ kompozisiyalar, gül-çiçəklərin, heyvan və quşların canlı, real təsvirləri verilib. Sarayın bədii tərtibatının əsasını portret təsvirləri və çoxfiqurlu süjetli kompozisiyalar təşkil edib. Bir sıra Avropa səyyahları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü zalını, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir ediblər. İngilis səyyahı H. Linç İrəvan sarayın Güzgülü zalını belə təsvir edib:

Şəbəkəli tağların saysız-hesabsız güzgüləri ətrafa büllur kimi şölə saçır. Salonun tavanı başdan-başa bəzəyə qərq olub. Tavanın aşağısı bolluca nəbati naxışlarla bəzənib ki, bunlar da əsasən süsən və qızılgüllərdən ibarətdir

Güzgülü zalın dərin çatma tağlı ön divarında ornamental pannolarla tavan arasında qalan zolaqda oxşar və eynibiçimli çərçivə daxilində Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın, dastan qəhrəmanları Rüstəm Zalın, onun oğlu Zöhrabın portretləri, İran-rus müharibəsindən döyüş səhnələri təsvir olunubmuş. İrəvanın rus qoşunları tərəfindən işğalından (1829) sonra tədricən baxımsızlıq üzündən yararsız hala düşən, nəmişlikdən divar rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayında qismən də olsa bərpa işləri aparılıb.[11]

Bərpa işlərini Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1825–1875) həyata keçirib. Sarayın bərpadan əvvəlki və sonrakı tərtibatına aid əyani materialın müqayisəli təhlili göstərir ki, divar rəsmlərinin ancaq bir hissəsi – portretlər və dekorativ pannolar bərpa edilib. Qalan rəsmləri bərpa etmək mümkün olmadığından onların yerində yeni ornamental-dekorativ pannolar çəkilib. Portretləri bərpa edərkən M. Q. İrəvani yeni texniki vasitələrlə, əvvəlkilərdən fərqlənən yeni əsərlər yaradıb. Böyük ölçülü kətan üzərində yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış bu əsərlər əslində realist monumental boyakarlığın ilkin nümunələri idi.

  1. Миклашевская Н. IV // Художники XIX века Мирза Кадым Эривани и Мир Мохсун Навваб. — Искусство Азербайджана. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1954.
  2. “İrəvan quberniyasının yaddaş kitabı”. . 1902.
  3. Erich Kettenhofen, George A. Bournoutian and Robert H. Hewsen. Encyclopædia Iranica. Erevan.
  4. "İrəvan Xanlığı Sərdar sarayının əmlakı". /teref.az. İstifadə tarixi: 12 iyun 2023.
  5. Luke H. C. Anatolica. London. 1924.
  6. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 180. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
  7. "İrəvanda bir saray vardı". medeniyyet.az. İstifadə tarixi: 12 iyun 2023.
  8. Nazim Mustafa. Erməni vandallarının yox etdiyi Xan sarayı. Bakı. 2016.
  9. "İrəvan saray kompleksi". anl.az. İstifadə tarixi: 12 iyun 2023.
  10. "Xan sarayı". iravan.preslib.az. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2023.
  11. "ASərdar sarayı". ikisahil.az. İstifadə tarixi: 12 iyun 2023.
  • Xan sarayı
  • Кольчицкий, Александр. Зеркальный зал в Сардарском дворце, в гор. Эривани (1). Весь Кавказ. 1903. səh. 7-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]