40°45′44″ şm. e. 46°22′17″ ş. u.HGYO

Sərkar (Samux)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sərkar
40°45′44″ şm. e. 46°22′17″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sərkar xəritədə
Sərkar
Sərkar

SərkarAzərbaycan Respublikasının Samux şəhərinin inzibati ərazi vahidində kənd.

Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur.[1]

Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Səfərəliyev rayonunun, sonra isə Gəncə şəhərinin tərkibində idi.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Sərkar kəndində olan Sarvan bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir.

Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir. Əhalisinin sayı 5047 nəfərdir.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisinin əsas məşğuliyyətiNİ əkinçilik və maldarlıq təşkil edir.

Kənddə 1 mədəniyyət evi və bir park var.

Kənddə 1 uşaq bağçası və 1 məktəb fəaliyyət göstərir.

  1. Sərkar (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.