Serbofobiya
Serbofobiya (serb. Србофобија) — Serbiyaya, serblərə, serb dilinə və ya Serb Pravoslav Kilsəsinə qarşı nifrət və ya düşmənçilik hisslərini tərif etmək üçün istifadə edilən ümumi sosial-siyasi termin. Bu fenomen tarixən serb xalqının və sosial qrupunun təqib edilməsinə, təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Serbofobiya termini indiki dövrdə bütün xalqla əlaqəli olaraq serblərə tarixi nifrətin tərifi kimi qəbul edilir, serblərə bağlı hər şeyin, xüsusilə də serb dövlətçiliyinin rəddi və onlara nifrət hissi ifadə edir. Digər tərəfdən, Serb Respublikasının Bosniya və Herseqovina daxilində ayrıca bir muxtar serb bölgəsi olaraq rədd edilməsi də buna aiddir.
Bu fikrin ən parlaq nümayəndəsi XIX–XX əsrlərdə mövcud olan Xorvatiya Hüquqlar Partiyası idi. Bu partiyanın ən ifrat elementləri İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya krallığında hakimiyyətə gələn və serblər, yəhudilər, qaraçılar və dissidentləri hədəf alan irqi qanunlar qəbul edən ustaşlar xorvat faşist təşkilatı olmuşdur. Bu, serblərin və Müstəqil Xorvatiya Dövlətində (1941–1945) yaşayan digər azlıq qruplarının üzvlərinin soyqırımı ilə nəticələnmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyasında
[redaktə | mənbəni redaktə et]- Kosovo
Serbofobiya 1877–1897-ci illər arasında baş verən Osmanlı–Serb və Osmanlı–Yunan müharibələri nəticəsində Kosovo vilayətində böyüyür. 1878-ci ildə baş tutan Vranye döyüşü ilə minlərlə alban əsilli Osmanlı qoşunu və albaniyalı mülkilər Osmanlının Kosovo vilayətinin şərq hissəsinə qaçmalı oldular.[1] Mühacir olaraq bilinən bu məcburi köçkünlər qaçdıqları bölgələrdə serblərə qarşı böyük düşmənçilik hissi bəsləyirdilər.[2] Bu düşmənçilik serbofobiyanı gücləndirir və nəticədə albanlar Priştina və Buyanovaç bölgələri də daxil olmaqla bütün vilayətdə serb mülkilərinə qarşı qətl, talan və təcavüz kimi genişmiqyaslı vəhşiliklər törədir.
Serblərə qarşı törədilən vəhşiliklər 1901-ci ildə də pik nöqtəyə çatır. Buna səbəb 1897-ci il Osmanlı–Yunan müharibəsindən sonra bölgənin osmanlılara geri verilməyən silahlarla dolu olması idi. Albanlar qırğınlar, təcavüzlər, talanlar və deportasiya da daxil olmaqla Priştina və Şimali Kosovo bölgələrində çoxsaylı vəhşiliklər törədirlər.[3] Müxtəlif mənbələrə görə, albanlar o dövrdə homogen bir ərazi yaratmağa çalışdıqları üçün xristian serblərə etnik təmizlənmə təşkil edirdilər.
- Makedoniya
Serblərə Qarşı Cəmiyyət 1897-ci ildə Osmanlı imperiyasının Saloniki şəhərində qurulmuş bolqar milliyətçi təşkilatı idi. Təşkilatın fəalları həm Daxili Makedoniya İnqilab Təşkilatının, həm də Ali Makedoniya-Ədirnə Komitəsinin üzvləri idilər. Onlar 1902-ci ilə qədər ən azı 43 nəfəri öldürmüş və 52 nəfəri yaralamışdılar. Qurbanların arasında serbdilli məktəblərin sahibləri, müəllimlər, serb pravoslav ruhaniləri və Osmanlı imperiyasında yaşayan digər tanınmış serblər var idi.[4] Bolqarlar Makedoniyada serb mənşəli olmayan, lakin serblərlə eyni müqəddəratı təyin edənlər üçün "serbmənlər" ifadəsini istifadə edirdilər.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bataković, Dušan. The Kosovo Chronicles. Plato. 1992. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- ↑ Frantz, Eva Anne. "Violence and its Impact on Loyalty and Identity Formation in Late Ottoman Kosovo: Muslims and Christians in a Period of Reform and Transformation". Journal of Muslim Minority Affairs. 29 (4). 2009: 460–461. doi:10.1080/13602000903411366.
- ↑ Iain King; Whit Mason. Peace at Any Price: How the World Failed Kosovo. Cornell University Press. 2006. səh. 30. ISBN 0-8014-4539-6. 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- ↑ Hadži Vasiljević, Jovan. Četnička akcija u Staroj Srbiji i Maćedoniji. 1928. səh. 14.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kitablar
- Banac, Ivo. The National Question in Yugoslavia: Origins, History, Politics. Cornell University Press. 1988. ISBN 978-0-8014-9493-2.
- Bataković, Dušan T., redaktorHistoire du peuple serbe [History of the Serbian People] (French). Lausanne: L’Age d’Homme. 2005. ISBN 9782825119587. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Carmichael, Cathie. Ethnic Cleansing in the Balkans: Nationalism and the Destruction of Tradition. Routledge. 2012. ISBN 978-1-134-47953-5. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Ćirković, Sima. The Serbs. Malden: Blackwell Publishing. 2004. ISBN 9781405142915. 2020-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Ekmečić, Milorad. Srbofobija i antisemitizam. Beli anđeo. 2000.
- Klajn, Lajčo. The Past in Present Times: The Yugoslav Saga. University Press of America. 2007. səh. 17. ISBN 978-0-7618-3647-6. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Korb, Alexander. A Multipronged Attack: Ustaša Persecution of Serbs, Jews, and Roma in Wartime Croatia // Eradicating Differences: The Treatment of Minorities in Nazi-Dominated Europe. Newcastle upon Tyne: Cambridge Scholars Publishing. 2010. 145–163. ISBN 9781443824491. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Krakov, Stanislav. Plamen četništva (Serbian). Belgrade: Hipnos. 1990 [1930]. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20. (serb.)
- Jelavich, Charles; Jelavich, Barbara. The Establishment of the Balkan National States, 1804–1920. University of Washington Press. 1986. ISBN 978-0-295-96413-3. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Jovanović, Batrić. Peta kolona antisrpske koalicije : odgovori autorima Etnogenezofobije i drugih pamfleta. 1989. 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Little, David. Peacemakers in Action: Profiles of Religion in Conflict Resolution. Cambridge University Press. 2007. ISBN 978-0-521-85358-3. 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- MacDonald, David Bruce. Balkan Holocausts?: Serbian and Croatian Victim Centred Propaganda and the War in Yugoslavia. Manchester University Press. 2002. ISBN 0-7190-6466-X.
- McCormick, Rob. "The United States' Response to Genocide in the Independent State of Croatia, 1941–1945". Genocide Studies and Prevention. 3 (1). 2008: 75–98. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Meier, Viktor. Yugoslavia: A History of Its Demise. Routledge. 2013. ISBN 978-1-134-66511-2. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Mitrović, Andrej. Serbia's Great War, 1914-1918. West Lafayette, Indiana: Purdue University Press. 2007. ISBN 978-1-55753-476-7.
- Pavlowitch, Stevan K. Serbia: The History behind the Name. London: Hurst & Company. 2002. ISBN 9781850654773. 2020-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Pavlowitch, Stevan K. Hitler's New Disorder: The Second World War in Yugoslavia. Columbia University Press. 2008. ISBN 978-0-231-70050-4. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Ramet, Sabrina P. Nihil Obstat: Religion, Politics, and Social Change in East-Central Europe and Russia. Duke University Press. 1998. ISBN 978-0-8223-2070-8. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Ramet, Sabrina P. The Three Yugoslavias: State-building and Legitimation, 1918-2005. Indiana University Press. 2006. ISBN 978-0-253-34656-8. 2020-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Ramet, Sabrina P. The Independent State of Croatia 1941-45. Routledge. 2007. ISBN 978-0-415-44055-4. 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Skendi, Stavro. The Albanian National Awakening. Princeton University Press. 2015. ISBN 978-1-4008-4776-1. 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Štrbac, Savo. Gone with the Storm: A Chronicle of Ethnic Cleansing of Serbs from Croatia. Knin-Banja Luka-Beograd: Grafid, DIC Veritas. 2015. ISBN 9789995589806. 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Tomasevich, Jozo. War and Revolution in Yugoslavia, 1941–1945: Occupation and Collaboration. 2. San Francisco: Stanford University Press. 2001. ISBN 0-8047-3615-4. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Trbovich, Ana S. A Legal Geography of Yugoslavia's Disintegration. Oxford University Press. 2008. ISBN 978-0-19-533343-5. 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Wingfield, Nancy M., redaktorCreating the Other: Ethnic Conflict & Nationalism in Habsburg Central Europe. Berghahn Books. 2003. ISBN 9781782388524.
- Jurnallar
- Božić, Sofija. "Serbs in Croatia (1918–1929): Between the myth of "Greater-Serbian Hegemony" and social reality". Balcanica. 41. 2010: 185–208.
- Məqalələr
- Marsden, Chris. "British documentary substantiates US-KLA collusion in provoking war with Serbia". WSWS. 16 March 2000. 13 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2020.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ovey, Michael. "Victim Chic? The Rhetoric of victimhood". Cambridge Papers. 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-20.
- Globalizing the Holocaust: A Jewish "useable past" in Serbian nationalism Arxivləşdirilib 2022-01-09 at the Wayback Machine, by David McDonald, University of Otago, New Zealand
- Neue Serbophilie und alte Serbophobie Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine, "New Serbophilia and Old Serbophobia", a 2000 Junge Welt article by Werner Pirker (alm.)
- Marc Fumaroli at the Wayback Machine (archive index), a 1999 article by Catherine Argand from Lire, a French literary magazine (fr.)
- Europa e nuovi nazionalismi, a 2001 article by Luca Rastello (ital.)
- Бомбы или гражданская война at the Wayback Machine (archive index), a 2000 Sevodnya article by Alexei Makarkin (rus.)
- Ku është antimillosheviqi? Arxivləşdirilib 2021-07-23 at the Wayback Machine, a 2000 AIM article by Igor Mekina (alb.)