Sergey Markedonov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sergey Markedonov
Doğum tarixi 18 dekabr 1972(1972-12-18) (51 yaş)
Doğum yeri
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]
Təhsili
  • Rostov Dövlət Universiteti[d]

Sergey Miroslavoviç Markedonov (rus. Серге́й Мирославович Маркедонов ; 18 dekabr 1972, Rostov-na-Donu) — Rusiya tarixçisi və politoloqu. O, Moskvada yerləşən Siyasi və Hərbi Təhlil İnstitutunun Etnik Münasibətlər Problemləri Departamentinin direktorudur. Markedonov Rostov-na-Donu Dövlət Universitetində və Rostov-na-Don Dövlət Pedaqoji Universitetində tarix və təhsil üzrə elmi dərəcələr almış, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.[1]

Markedonov "Central Asia and The Caucasus Journal of Social and Political Studies and Russia in Foreign Affairs" kimi akademik jurnallarda Qafqaz, Rusiyanın Qafqaz respublikaları və postsovet münaqişələri haqqında geniş məqalələr yazmışdır. O, həmçinin "The New York Times",[2] "The Washington Post",[3] "Russia Today", "The Washington Times"[4] və "RİA Novosti" də daxil olmaqla qlobal media nəşrlərində çoxlu müsahibələr vermiş və ekspert rəyləri dərc etmişdir.