Sergey Xaçirov
Sergey Xaçirov | |
---|---|
Doğum tarixi | 1 mart 1918[1] |
Vəfat tarixi | 15 oktyabr 2007 (89 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair |
Sergey Xaçirov (oset. Хацырты Сергей; 1 mart 1918[1] – 15 oktyabr 2007, Vladiqafqaz) — Sovet və Cənubi Osetiya şairi, nasir və dramaturq.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]1918-ci ildə Aşağı Suben kəndində kəndli ailəsində anadan olmuşdur. Erkən yaşlarında yetim qalır, nənəsinin himayəsində böyüyür[2]. İlk təhsilini Zakkor kəndindəki alır, sonra 1933-cü ildə Şimali Osetiyaya köçür və təhsilini Alaqirdəki yeddi illik məktəbdə davam etdirir. 1934-cü ildə Şimali Osetiya Pedaqoji Texnikumuna daxil olur, sonra “Gənc kommunist” qəzetinin redaksiyasında mədəniyyət və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışır. 1937-ci ildə ilk şeirlərini Şimali Osetiya dövri mətbuatı səhifələrində dərc etdirir. 1942-ci ildə Şimali Osetiya Pedaqoji İnstitutunu bitirib Trau kəndindəki orta məktəbdə direktor işləməyə başlayır. 1943-1945-ci illərdə Orjonikidzedə "Rastcinad" qəzetinin komsomol həyatı şöbəsinin müdiri, 1945-1948 -ci illərdə Şimali Osetiyanın Qlavlitində işləmiş və 1948-1951-ci illərdə Şimali Osetiya Pedaqoji İnstitutunun aspiranturasında oxumuşdur.
1955-ci ildə Cənubi Osetiyaya qayıdır və Tsxinvalidəki "İriston" kitab nəşriyyatının direktoru vəzifəsində işləməyə başlayır. Daha sonra Cənubi Osetiya radiosunun ədəbi və musiqili yayımının redaktoru, "Fidiuaq" ədəbi jurnalının nəsr rəhbəri vəzifələrində çalışır.
Çoxsaylı hekayələrin, şeirlərin, pyeslərin, romanların, tənqidi məqalələrin müəllifidir. 1988-ci ildə ilk şeirlər toplusunu ayrıca olaraq nəşr etdirir. Onun lirik poeziyası osetin bəstəkarları Kristofer Pliev, Zinaida Xabalova, Dudar Xaxanov, Timur Xarebovun[2][3]. diqqətini cəlb etmişdir. "Şəhərdə bir qızla tanış oldum" (oset. «Горӕты фембӕлдтӕн чызгыл»), "Liaxva dərələrdə oxuyur" (oset. «Арф кӕмтты Леуахи зары»), "Səni harada tapa bilərəm" (oset. «Кӕм дӕ агурон») şeirlərinə musiqi bəstələnmiş, möhtəşəm sənət əsəri ortaya çıxmışdır. Sovet dövründə populyarlaşmış və xalq mahnıları kimi qəbul olunmağa başlanmışdır[3][4]. Osetiya teatrlarının səhnələrində səhnələşdirilən "Dostlar" (oset. «Ӕрдхӕрдтӕ»), "Qəhrəmanlar haqqında poema" (oset. Ӕхсарджынты кадӕг), "Yuvarlanan daş" (oset. «Тулгӕ дур») pyeslərini yazmışdır. Osetiya dramaturgiyasında ilk satirik pyes sayılan “Dudar və dostları” (oset. «Дудар ӕмӕ йӕ хӕлӕрттӕ») pyesinin müəllifidir.
Osetiya xalqının müstəqilliyi uğrunda mübarizəsinə həsr etdiyi "Narahatlıq" romanı (oset. «Хӕхты фӕдисон») Osetiya ədəbiyyatında ikinci tetralogiya olur.
2007-ci ildə Vladiqafqazda vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://respublikarso.org/culture/1971-sergey-hachirov-podzabytoe-nacionalnoe-dostoyanie.html.
- ↑ 1 2 Рада Дзагоева, Сергей Хачиров — подзабытое национальное достояние Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine
- ↑ 1 2 Уляна Джиоева, Песни на стихи Сергея Хацырты стали народными Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine
- ↑ "СЕГОДНЯ ДЕНЬ РОЖДЕНИЯ ХАЧИРОВА СЕРГЕЯ — ОСЕТИНСКОГО СОВЕТСКОГО ПОЭТА, ПИСАТЕЛЯ, ДРАМАТУРГА И ПУБЛИЦИСТА". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 260—261, ISBN 978-5-7534-1499-01
Mənbə
[redaktə | mənbəni redaktə et]- Рада Дзагоева, Сергей Хачиров — подзабытое национальное достояние
- Уляна Джиоева, Песни на стихи Сергея Хацырты стали народными