Sevak Xanağyan
Sevak Xanağyan | |
---|---|
erm. Սևակ Խանաղյան | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 28 iyul 1987[1] (37 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], musiqiçi |
Fəaliyyət illəri | 2015-ci ildən |
Janrlar | pop musiqisi, caz |
Musiqi alətləri | klavişli alət[d] |
Səs tembri | tenor |
Vikianbarda əlaqəli mediafayllar |
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987[1], Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir.
Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[2][3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Sevak Khanagyan // https://pantheon.world/profile/person/Sevak_Khanagyan.
- ↑ "Armenia: Sevak Khanagyan to Eurovision 2018". Eurovoix. 25 fevral 2018. 2018-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
- ↑ "Armenia: It's Sevak Khanagyan for Lisbon!". ESCToday. 25 fevral 2018. 2018-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
Əvvəlki: Artsvik "Fly With Me" |
Ermənistan Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Srbuk "Walking Out" |