Stepan Lianozov
Stepan Lianozov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 avqust 1872 |
Doğum yeri |
|
Vəfat tarixi | 10 avqust 1949 (77 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, vəkil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Stepan Qeorqiyeviç Lianozov (erm.Ստեփան Գևորգի Լիանոսյան; 9 avqust 1872, Moskva – 10 avqust 1949, Paris) — Rusiya (Bakı) sənayeçisi, mesenat və siyasi xadim. Rusiyanın ən iri neftxudası. Atası S. M. Lianozov 1873 ildə Xəzər dənizinin cənub hissəsində balıq tutmaq üçün İran şahından konsessiya almışdır[1].
Qimnaziyanı 1894 ildə bitirdikdən sonra Moskva universitetinin təbii elmlər fakültəsinə daxil olur. 1898 ildə onu bitirir. İki il Moskva məhkəmə palatasında vəkil kimi çalışır. 1901 ildə Bakıya köçür və neft işi ilə məşğul olmağa başlayır. 20 dən artıq neft və başqa şirkətlərin icraçı direktroru olur.
1907 ildə Peterburqda 2 mln. əsas kapitalı olan "Lianozov Q. M və oğulları"(tovarişestvo) yoldaşlığı yaradır. Onun icraçı direktoru olarkən o Rusiyanın ən iri sənayeçilərindən bir olan, Sankt Peterburq mexaniki və çuqun-əritmə səhmdar cəmiyətlərinin sahibi olan A. Putilovu yoldaşlığın rəhbərliyinə daxil edir. İri həcmli investisiyaların cəlb olunması ilə yoldaşlıq sürətlə inkişaf etməyə başlayır, belə ki 1907 ildə — 240,7 min pud neft, 1908 ildə — 1,168 min, 1910 ildə isə — 2,133 min pud neft hasil edilir. Neft mədənlərindən başqa Bakıda bir neçə müəssisə yoldaşlığın mülkiyətində idi, ağ neft və yağ zavodları, ağ neft və mazutun saxlanması üçün çənlər; Xəzər dənizi sahilində — neft kəməri, neft tökmə yanalma — limanı, Batumda rezervuar və saxlanclar. Bakı şəhər dumasının və Bakı birja komitəsinin qlasnısı seçilmişdir. 1912 ildə Lianozov Londonda, əsas kapitalı 2,5 mln funt sterlinq olan, “Rus baş neft korporasiyasını” ("Russian General Oil Corporation") qısaldılmış Oyl yaradır . Korporasiyanın tərkibinə üç erməni və bir rus neft şirkəti daxil edilir. 1912 ildə İngiltərədə "British Lianosoff Wite Oil Company", yaradılır. Fransada "La Lianosoff Français", Almaniyada "Deutsche Lianozoff Mineralöl Import Act.Ges". İnqilabdan sonar Finlandiyaya köçür və orada əksinqilabi fəaliyətlə məşğul olur. 1919 ilin yanvarında Vıborqda baş verən sənayeçilərin yığıncağında iştirak edir. Yudeniçin yanında olan Siyasi şuraya daxil olur. İngilis generalı Marşın təşkil etdiyi Şimal-Qərb hökumətinə daxil olur.
1949 ildə Parisdə ölüb və Passi qəbiristanlığında dəfn edilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Очерки новой истории Ирана. Изд. "Наука" Главная редакция восточной литературы Москва 1978