Təbaşir dövrü
Təbaşir dövrü — Mezozoy erasının sonuncu dövrü Yura dövründən sonra gələn dövr. Radioloji məlumatlara görə Təbaşir dövrü 145,5 milyon il bundan əvvəl başlamış, təqribən 66 miyon il əvvəl sona çatmışdır.[1] 79 milyon il davam etmə müddəti ilə Fanerozoy eonunun ən uzun dövrüdür. Beynəxalq Statiqrafik Cədvəldəki adı "cretaceous" Latın dilindəki "creta" təbaşir sözündən götürülüb. Buna səbəb dövrün ikinci yarısının təbaşirli çöküntülərin zəngin olması olub. Adı adətən alman dilinəki tərcüməsi olan "Kreide" sözünün baş hərfi - "K" kimi qısaldılır.
Tədqiqat tarixi
[redaktə | mənbəni redaktə et]Müstəqil geoloji dövr kimi ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua tərəfindən Paris hövzəsinin təbəqələrini təsvir edərkən "Təbaşir relyefi" (Terrain Crétacé) adı ilə ayrılmışdır. Təbaşir adlanrıımasına səbəb Qərbi Avropada Üst Təbaşir aşlı süxurlarda təbaşirin (kalsium karbonat) üstünlük təşlik etməsi olub. "Cretaceous" sözü latın dilində "creta" təbaşir deməkdir.[2]
Geologiya
[redaktə | mənbəni redaktə et]Stratiqrafik bölgülər
[redaktə | mənbəni redaktə et]Təbaşir dövrü hər biri 6 mərtəbədən ibarət olan 2 şöbəyə bölünür: Alt və Üst. Alt şöbə Berrias, Valanjin, Hoteriv, Barrem, Apt, Alb, Üst şöbə isə Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt mərtəbələrindən ibarətdir.
Tektonika
[redaktə | mənbəni redaktə et]Təbaşirin başlanğıcında qitələr tam parçalanmamışdı. Ancaq dövrün sonlarına doğru Lavrasiya Şimali Amerika və Avrasiaya, Qondvana isə Afrika, Cənubi Amerika, Avsraliya və Antarktidaya parçalandı. Madaqasqar və Hindistan hələ də bir-birinə bitişik idi. Ancaq Təbaşirdən sonra onlar ayrılmağa başladı və Hindistanın Avrasiya ilə kolliziyasından Himalay dağları əmələ gəldi.[2]
Təbaşir dövrünün birinci yarısı ümumiyyətlə qalxma hərəkətlərinin üstünlüyü ilə səciyyəvidir. Dövrün birinci yarısının sonunda, Alb əsrində enmə prosesi başlamış, Üst Təbaşirdə daha inkişaf etmiş və böyük transqressiya (yer daxilində ən böyük transqressiyalardan biri) ilə müşahidə olunmuşdur. Təbaşir dövrünün sonunda yenidən qalxma hərəkətləri baş vermiş və dəniz hövzələri xeyli kiçilmişdir. İntensiv, qırışıq əmələgəlmə prosesləri, əsasən Sakit okean geosinklinal qurşağında olmuşdur.
Təbaşir dövrünün ortalarında Şərqi Asiyada qırışıq əmələgəlmə prosesləri qurtarmışdır. Sonrakı hərəkətlər Oxotyanı zonanı əhatə etmişdir. Təbaşir dövrünün sonunda And dağlarının şimal hissəsi və qayalı dağlar formalaşmışdır. Aralıq dənizi geosinklinalında tektonik hərəkətlər zəif olmuşdur. Təbaşir dövründə iri yarıqlar əmələ gəlmiş (xüsusilə cənub materiklərində) Qondvananın parçalanma prosesi tamamlanmışdır.
Üst Təbaşirdə güclü vulkan püskürmələri olmuşdur. Təbaşir dövrü çöküntülərində əhəngdaşına çevrilmiş əhəngli və əhəngli-gilli lil, mergel və yazı təbaşiri üstünlük təşkil etmişdir.
Pelontologiya
[redaktə | mənbəni redaktə et]Onurğasızlardan ammonit və beleminitlər daha da inkişaf etmiş, inoseramlar, əyri kirpilər, onurğalılardan sürünənlər geniş yayılmışdır. Ciftli məməlilər meydana gəlmişdir.
Təbaşir dövrünün sonunda sürünənlərin çoxu, ammonitlər, belemnitlər, və s. qırılmışdır. Təbaşir dövrünün florası çılpaqtoxumluların və qıjıkimilərin üstünlüyü ilə xarakterizə olunur. Təbaşir dövründə də çiçəkli bitkilər əmələ gəlmiş və inkişaf etmişdir. Təbaşir dövrü çöküntüləri bütün qitələrdə yayılmışdır. Şərqi Avropa platformasında Krım, Karpat və Qafqazın dağlıq sahələrində geniş yer tutur.
Azərbaycanın Təbaşir çöküntüləri
[redaktə | mənbəni redaktə et]Təbaşir dövrü çöküntülərinin Azərbaycanda Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-də çıxışları var, Quba-Xəzəryanı bölgədə və Kür-Araz ovalığında qazma quyularında açılmışdır. Terrigen, karbonat və maqmatik suxurlardan ibarətdir. Bu çöküntülərdə Təbaşir dövrünə xas onurğasız heyvanların bütün nümayəndələrinin daşlaşmış qalıqları var. Təbaşir dövrü çöküntülərində bir çox faydalı qazıntı yataqları (kömür, neft, qaz, boksit, qalay, qurğuşun, civə və s.) aşkar edilmişdir.[3]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- UCMP Berkeley Cretaceous page
- Bioerosion website at The College of Wooster Arxivləşdirilib 2012-12-01 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ INTERNATIONAL CHRONOSTRATIGRAPHIC CHART. 2022/02 Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine. stratigraphy.org
- ↑ 1 2 Cretaceous Period Arxivləşdirilib 2022-06-07 at the Wayback Machine. scienceviews.com
- ↑ AZƏRBAYCANIN GEOLOGİYASI 2015. I CİLD.