Tayra no Kiyomori
Naviqasiyaya keç
Axtarışa keç
Tayra no Kiyomori | |
---|---|
yap. 平清盛 | |
Doğum tarixi | |
Doğum yeri | Yaponiya |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Vəfat səbəbi | qızdırma |
Fəaliyyəti | Samuray, siyasətçi, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Tayra no Kiyomori (yap. 平 清盛, 1118-1181) — Heyan dövrünün sonunda yaşamış məşhur yapon sərkərdəsi.
1153-cü ildə etibarən Tayra klanının başçısı olmuşdur. 1156-cı ildə, Minomoto klanının başçısı Minomoto no Yesitomo ilə birlikdə Höqen üsyanının yatırılmasında iştirak etmişdir. Bu hadisə Minomoto və Tayra klanlarının nüfuzunu artırmışdır. 1159-cu ildə bu iki başçının arasında münaqişə yaranmış, nəticədə Minomoto no Yesitomo öldürülmüşdür. Tayra klanı paytaxtı təkbaşına idarə etməyə başlamışdır. İmperator Qo Sirokava Kiyomoriyə hamilik edir, ona və klanına yüksək vəzifələr vermişdir.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |