Troya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Troyanın xəritəsi

Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir.

Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar.

Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi. Troyanın ordusu şərqdə ən güclü ordu hesab olunurdu. Onun başçısı isə Hektor idi. Troyanı işğal etməyə bir çox dövlətlər cəhd etmişlər. Yunan ordusu 50 000-lik qoşunla Troya sahillərinə yan aldı. Uzun mübarizədə Troyanı zəbt edə bilməyən yunanlar hiylə işlətməyə məcbur oldular. Odissey başda olmaqla yunanlar böyük bir taxta at düzəltdilər, sonra donanmanı geri Yunanıstana göndərdilər. Əslində atın içində yunan əsgərləri var idi və donanma isə yaxınlıqdakı adada gizlənmişdi. Troyalılar bunun qənimət olduğunu fikirləşib şəhərə apardılar və qələbə münasibətilə bayram etdilər. Gecə yunanlar atın içindən çıxaraq şəhərin darvazalarını açdılar və ordunu çağırdılar. Minlərlə yunan əsgəri şəhərə daxil olub hər şeyi dağıtdı və Troyanı zəbt etdi.

  • Homerin "İllida" əsəri.