Vüqar Qaradağlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vüqar Qaradağlı
Doğum tarixi 24 noyabr 1966(1966-11-24) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Aydın Qaradağlı
Anası Gültəkin Cabbarlı
Elm sahəsi şərqşünaslıq
Elmi dərəcəsi dosent
Elmi rəhbəri Vasim Məmmədəliyev
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010

Vüqar Aydın oğlu Qaradağlı (24 noyabr 1966, Bakı) — müəllim, alim, jurnalist, BDU-nun dosenti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2010).

Vüqar Qaradağlı 1966-cı il noyabrın 24-də Bakıda anadan olub. 1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985–1987-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. Bu universitetin baş laborantı (noyabr, 1990 – may, 1991), tədris hissəsinin böyük inspektoru (1991, may – oktyabr, 1992), Ərəb filologiyası kafedrasının müəllimi (oktyabr, 1992 – mart, 1994), Baş müəllimi (mart, 1994 – dekabr, 2006) vəzifələrində çalışıb. 1994-cü ilin fevralından 1999-cu ilin sentyabr ayınadək BDU-nun İlahiyyat fakültəsinin ilk dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının dosentidir. 2012–2017-ci illərdə Azad Azərbaycan MTRK-nın prezidenti olub. [1] [2]

2022-ci ilin fevral ayından Ərəb filologiyası kafedrasının müdiridir. Filologiya üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 2 övladı var.

Aydın Qaradağlı ilə Gültəkin Cabbarlının övladıdır. Həsənəliağa xan Qaradağskinin nəticəsidir.

1991–2011 Qurani-Kərimin Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində Azərbaycan dilində çapdan çıxmış 12 nəşrinin redaktorudur.

2007, 1882 və 1888-ci illərdə A. O. Çernyayevski ilə S. H. Vəlibəyovun müəllifliyi ilə çıxmış "Vətən dili" kitabının əski əlifbadan transfoneliterasiyasının, ön söz, qeyd və cədvəllər, şərhlərin müəllifidir (92,5 çap vərəqi).

2012 "Təcvid" kitabının müəllifidir (22,5 çap vərəqi).

2012 "Qurani-Kərim: latın qrafikası ilə fonetik transkripsiyası (təcvidli, vurğulu)" kitabının müəllifidir (40 çap vərəqi).

Elmi-pedaqoji fəaliyyətlə yanaşı media sahəsində də mühüm işlərdə çalışıb. 1999-cu il mayın 5-dən işıq üzü görən "Bizim əsr" və elə həmin il iyunun 4-dən nəşrə başlayan "Naş vek" qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan "Radio Lider"in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan "Lider" televiziyasının daxil olduqları "Media-Holdinq"in baş direktoru işləyib (2006-cı il sentyabrın 1-dək). "Mərkəz" qəzetinin baş redaktoru olub (2008-ci ilin noyabr ayından 2010-cu ilin oktyabrınadək). 2012-ci il mayın 14-dən 2017-ci il sentyabrın 26-dək Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub. Azərbaycanda ilk klassik musiqi televiziya kanalının (ATV-Vivaçe) yaradıcısıdır.

2018, 1882 və 1888-ci illərdə A. O. Çernyayevski ilə S. H. Vəlibəyovun müəllifliyi ilə çıxmış "Vətən dili" kitabının əski əlifbadan transfoneliterasiyasının, ön söz, qeyd və cədvəllər, şərhlərin müəllifidir (II nəşr. 143,5 çap vərəqi).

2022, 1882 və 1888-ci illərdə A. O. Çernyayevski ilə S. H. Vəlibəyovun müəllifliyi ilə çıxmış "Vətən dili" kitabının əski əlifbadan transfoneliterasiyasının, giriş sözü, şərhlərin müəllifidir (III nəşr. 15,5 çap vərəqi).