Vəfa Allahyarova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vəfa Allahyarova (Cəfərova)
Doğum tarixi 14 may 1965(1965-05-14) (59 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti rəssam, pedaqoq
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vəfa Allahyarova-Cəfərova (14 may 1965, Bakı) — qrafik, miniatürist, karikarurist.

Vəfa Allahyarova 14 may 1965-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildən respublika və beynəlxalq müsabiqələrdə," Bacarıqlı əllər" və digər verlişlərdə rəssam kimi iştirak edib. 1980–1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1984–1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib.

1991 ildən — Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyətə başladı. 1990 — SSRİ Rəssamlar İttifaqin üzvü oldu. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Karikaturaçılar Birliyin sədr müavini kimi çalışdı.

2000–2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika" kafedrasında müəllim kimi çalışdı. 2004 – 2010-cu illərdə baş müəllim kimi fəaliyyət göstərib. 2007 ildən "Təsviri sənət" fakültəsində Fakültə Elmi Şurasının katibi təyin olunub. 2010–2012-ci illərdə dekan müavini, dosent vəzifələrində çalışdı.

2006–2012-ci illərdə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyin idarə heyətində çalışıb. FEKO-nun üzvü olub.

1998–2012-ci illərdə Qadın hərəkatında, "Uşaqdan Uşağa Sülh Şəbəkə"sində və Respublikada keçirilən müxtəlif tədbirlərdə təmənnasız əməkdaşlıq edib. Mövcud olan proqramların çərçivəsində yeni istiqamətlər yaradırdı, sərgilər və müsabiqələrin təşkilində, onların keçirilməsində iştirak edirdi. Kitab, plakat, bukletlər tərtib edir, logotip, emblemlər yaradırdı.

2008–2012-ci illərdə "Qadın və İnkişaf Mərkəz"in idarə heyətinin üzvü kimi çalışdı. 1 medal, diplom (2 birinci dərəcəli diplom, 2 xüsusi mükafat diplomu, 1 həvəsləndirici mükafat) və fəxri fərmanlarla (birinci dərəcəli fərman) təltif olunub, müsabiqə və sərgi kataloqlarında əsərləri çap olunub.

Hal –hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyir.

9 proqramın, 2 metodiki göstəriş və vəsaitin, "Azərbaycan rəssamların yaradıcılığında akvarel" elmi işin müəllifidir. 10 jurnal ilə mütamadi olaraq əməkdaşlıq edib. 80-dan artıq kitab tərtib edib.

Miniatür, karikatura və həməsr incəsənətini yönəmində gənclərin qabiliyyətini, maraqlarını təyin edib, yönləndirib, ölkə və xarici müsabiqələrə, sərgilərə və s. hazırlayıb. Bir sıra respublika insan, qadın və uşaq hüquqları ilə bağlı konfransların tərtibatında, sərgilərin təşkili və keçirilməsində iştirak edib.

Konfrans, sərgi və mədəniyyət gecələrinin tərtibatını təşkil edir. Tələbələri respublika və beynəlxalq sərgi və tədbirlərdə uğurla iştirak edir, yaradıcı və pedaqoji fəaliyyətlərində müvəffəqiyyətlər qazanırlar.

Yaradıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın SSR Əməkdar Mədəniyyət işçisi (1977), Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1972), Azərbaycanın Əməkdar jurnalisti, " Molla Nəsrəddin" jurnalın əməkdaşı Qulam Məmmədli Azərbaycan jurnalistin VII qurultayında Vəfa Allahyarovanın ilk qadın karikaturaçı olduğunu və çəkdiyi karikatura " Krokodil" jurnalının oxucuları arasında genış əks- səda doğurduğunu qeyd etdi.

SSR-in xalq rəssamı professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirləl Nehru adına beynəlxalq mükafatın, Azərbaycan SSR dövlət mükafatı laureatı və rəssamın müəllimi Mikayıl Abdullayevin sözləri: O, çox erkən vaxtdan başlayaraq sərgilərin iştirakçısı olub. Bakı Respublika və Ümumittifaq rəssamlıq sərgilərinin fəal iştirakçısı olaraq, sənətsevərlərin hüsnü- rəğbətini qazanmışdır. Vəfa Allahyarova əsl rəsm ustasıdır. Formanı çox yaxşı hiss edir. Plastikanı gözəl duyur. Onun qurduğu kompozisiyalarda bütün bu cəhətlər… vəhdət yaradaraq uğurlu nəticələr verir. Vəfada əsl rəssam zövqü vardır. Rəssamın mövzu dairəsi genişdir. Yaradıcılığında həm klassik, həm də müasir poeziyaya cəsarətlə müraciət edir. Texnologiya diapozonu da genişdir- ofort, akvasinta, sinkoqrafiya, rəqli- linoqravüra və qarışıq texnikadan da məharətlə istifadə edir. O, özünə tələbkar və yeni- yenı sənətin bədii qatlarını axtarır."

Tarix Elmləri doktoru, yazıçı- publisist Sabir Gəncəli də öz kitablarında rəssamın yaradıcılığını dəfələrlə əhatə edib: Əsərləri ilə ilk tanışlıqdan hiss etdim ki bu istedadlı qızın rəssamlıq sənəti aləmində öz yeri olacaq. Vəfa xanım təbiəti, gözəllik aləmini çoxların görə bilmədikləri məna çalarları ilə görür. Vəfa xanım yağlı və sulu boya ilə məharətlə işləyir. Qrafik vasitələrin bir çox növləri ilə çəkdiyi rəsmlərin, əsərlərin hər birində fəlsəfi fikir, rəmzi məna, estetik duyum vardır. Vəfa İbrahim qızı Azərbaycanın ilk karikaturaçı rəssamlarından biri kimi tanınmışdır. Karikaturalarında dərin məna və incə gülməzə vardır. Azərbaycanın qocaman jurnalisti Qulam Məmmədli Azərbaycan jurnalistlərin VII qurultay çıxışında, Vəfa xanımın istedadına yüksək qiymət vermış, onu gənclərə nümunə kimi göstərmişdir…"

Əməkdaşlıq etdiyi Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanı da rəssamın fəaliyyəti biganə qalmamışdı: Ayri- ayrılıqda gözəl qadın, gözəl rəssam, gözəl ana, səmimi insan olanlar var. Vəfa xanım isə öz simasında bu keyfiyyətlərin hamısını çox ahəngdar (harmonik) şəkildə, təbii olaraq vəhdətini təşkil edir. … Vəfa xanım həm də kitab qrafikası sahəsində tanınmış rəssamlarımızdandır. Onun kitablara verdiyi nəfis tərtibat, bənzərsiz illüstrasiyalar, plakatlar, milli üslubda işlənmiş miniatürlər zərifliyi, orijinallığı ilə diqqəti cəlb edir. Azərbaycan Rəssamlar Birliyin, Karikaturaçılar Cəmiyyətinin üzvü olan Vəfa Allahyarovanın təsviri incəsənətimizin mühüm qolu olan və Ə. Əzimzadə ənənələrinə söykənən milli karikatura sənətinin inkişafında böyük əməyi var. Vəfa Allahyarova xalqımızın mədəniyyət və incəsənətin tərəqqisi və çiçəklənməsində dəyərli töhfəsi var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]