Vağzal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Vağzal — dəmiryol, su və hava nəqliyyatında sərnişinlərin və onların yüklərinin qəbulu və yola salınması üçün xüsusi bina və qurğu kompleksi. Nəqliyyat növündən asılı olaraq dəmiryol, dəniz, çay və aerovağzallar olur. .

Adın yaranması

[redaktə | mənbəni redaktə et]

Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing. Vauxhall) sözündən yaranıb. Bu, London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb.[1].

Digər versiyaya görə, XIX əsrdə parklarda yay estradaları "kurzal" adlanırdı. Çox sayda insanların toplaşması sonradan sözün vağzalların adlanması üçün istifadə edilməsinə səbəb olub.

  1. http://www.slovopedia.com/22/194/1631778.html Arxivləşdirilib 2022-05-04 at the Wayback Machine этимологический словарь русского языка М.Фасмера