Valeh Hacılar
Valeh Hacılar | |
---|---|
Doğum tarixi | 15 aprel 1951[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 yanvar 2010[1] (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi adı | professor |
İş yeri | İ.Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti |
Valeh Hacılar (15 aprel 1951[1], Darbaz, Bolnisi rayonu – 23 yanvar 2010[1], Tbilisi) — İ. Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti, Gürcüstan ƏA-nın akademiki, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Valeh Hacılar 1951-ci ildə Gürcüstanın Borçalının ağır ellərindən olan Darbaz kəndində dünyaya göz açıb. İmirhəsən məktəbində ilk, Darvaz məktəbində orta, M. F. Axundov adına Azərbaycan Dövlət Dillər institutunun rus-Azərbaycan filologiyası fakültəsində ali təhsil almışdır (1968–1973).
1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar Ittifaqlarının zəmanətləri ilə Tbilisi Dövlət pedaqoji institutuna işə göndərilmişdir.
1985-ci ildən filologiya elmləri namizədi, dosent, 1993-cü ildən filologiya elmləri doktoru, professor, 2000-ci ildən isə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademikidir.
1989-cu ildə TDPI-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmişdir. Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində görkəmli alimlər sırasındadır. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən Şərəf ordeni ilə təltif edilib. On yeddi kitab müəllifidir. Elmlə yanaşı, poeziya da onun yol yoldaşıdır. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunub. Gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri olub.
2010-cu ildə vəfat edib. Vəsiyyətinə əsasən doğulduğu Darbaz kəndində torpağa tapşırılıb.
Məqalələri
[redaktə | mənbəni redaktə et]- "Ahıskalı sənətkarlar". "Ozan dünyası" jurnalı, № 2(5). 2011-ci il.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Borçalı Mehralı bəy tarixi həqiqətlərdə, Tbilisi-Bakı, 2001. Arxivləşdirilib 2005-08-26 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Library of Congress Authorities (ing.). Library of Congress.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2005-08-26 at the Wayback Machine
- 525-ci qəzet [ölü keçid]
- [2] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- 15 apreldə doğulanlar
- 1951-ci ildə doğulanlar
- Bolnisi rayonunda doğulanlar
- 23 yanvarda vəfat edənlər
- 2010-cu ildə vəfat edənlər
- 58 yaşında vəfat edənlər
- Tbilisidə vəfat edənlər
- Bolnisi rayonunda dəfn olunanlar
- Əlifba sırasına görə alimlər
- Alim qaralamaları
- Azərbaycanlı alimlər
- Azərbaycan yazıçıları
- Azərbaycan şairləri
- Borçalıda doğulanlar