Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2021
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Yelena Radionova — Rusiyanı təmsil edən fiqurçu. Yelena Radionova 2015-ci ildə baş tutan Dünya Çempionatının bürünc, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarının isə gümüş medallarına sahib olub. Radionova həmdə ISU Qran-Pri Finallarında 2014–2015-ci illər mövsümündə gümüş, 2015–2016-cı illər mövsümündə isə bürünc medallar qazanıb. Karyerası ərzində 9 dəfə ISU Qran-Pri mərhələlərində podiumda olub; ISU ABŞ Qran-Prisi (2013-cü ildə bürünc, 2014-cü ildə qızıl), ISU Çin Qran-Prisi (2015 və 2017-ci illərdə bürünc, 2016-cı ildə qızıl), ISU Fransa Qran-Prisi (2014-cü ildə qızıl), ISU Rusiya Qran-Prisi (2015-ci ildə qızıl, 2016-cı ildə gümüş), ISU Yaponiya Qran-Prisi (2013-cü ildə gümüş).
Yelena Radionova həmdə 2013-cü ilin "Nebelhorn Trophy", 2017-ci ilin "Shanghai Trophy" yarışlarının və 2017-ci ildə Qazaxıstanın ev sahibliyində baş tutan XXVIII Qış Universiada Oyunlarının qalibi olub. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Azərbaycanda Stalin repressiyaları — 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən Stalin repressiyalarına verilən ad. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlilərlə bərabər bütün Azərbaycan əhalisinə toxunmuşdur.
Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqda şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi. Repressiyalar öz pik həddinə yuxarı idarəetmə orqanlarının təlimatlarına uyğun olaraq XDİK tərəfindən həyata keçirilən 1937–1938-ci illərdə baş tutmuş Böyük terror və ya Yejovşina dövründə çatdı. Bu dövr Azərbaycanı 20 il idarə etmiş Mir Cəfər Bağırovun rəhbərliyi illərinə təsadüf edirdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
"Earth Song" — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, Devid Foster və Bill Bottrel təşkil etmişlər. Mahnı tənqidçilər tərəfindən qarışıq rəylər alsa da, Almaniya və Böyük Britaniya çartlarında ilk yerləri tutmuşdu.
Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Reynhard Heydrix — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəisi (1939-1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941-1942). SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən).
Heydrix Böyük Britaniya xüsusi xidmət orqanı "Xüsusi Əməliyyatlar İdarəsi" və Çexoslovakiyanın Qurtuluş Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) tərəfindən hazırlanan və həyata keçirilən "Antropoid" diversiya əməliyyatı nəticəsində sui-qəsd cəhdindən sonra ölmüşdür. Sui-qəsdin birbaşa icraçıları agentlər Yozef Qabşik və Yan Kubiş idilər. Heydrixin ölümü günü nasistlər çex əhalisinə qarşı kütləvi terror kampaniyasına başladılar. Praqada kütləvi axtarışlara başlanıldı və 201 qadın da daxil olmaqla 1331 çex öldürüldü. 1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidice və Lezaki kəndləri təmamilə məhv edildi. Əhalisi güllələndi və konsentrasiya düşərgələrinə göndərildi. Sui-qəsdçiləri gizlətdiyi üçün Çex Pravoslav Kilsəsinin yepiskopu və bir çox ruhaniləri güllələndi. Çex Pravoslav Kilsəsinin özü isə qadağan edildi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
İspan qripi — 1918-1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası. Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur.
Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir. Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50-100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bərabərdir və bu günə qədər bəşər tarixi üçün ən genişmiqyaslı fəlakət hesab olunur. İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə