Viktor Şagjapoviç Kök-ool
Viktor Kök-ool | |
---|---|
Көк-оол, Виктор Шогжапович | |
Doğum tarixi | 1 mart 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 20 fevral 1980 (74 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Tuva türkü |
Təhsili |
|
Fəaliyyəti | Yazıçı, dramaturq, rejissor |
Əsərlərinin dili | Tıva dili |
Mükafatları |
Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d] – 20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri.[1] Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur.[2] Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir.[3]
Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır.[4] "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir. "Sambajık" adlı pyeslər antologiyası 1966-cı ildə, "Ədəbiyyat Antologiyası" 1976-cı ildə, "Baylak çurtum" adlı mahnı antologiyası isə 1988-ci ildə nəşr edilmişdir.[5]
1942-ci ildən bəri Tuvanın, 1945-ci ildən isə SSRİ-nin Yazıçılar Birliyinin üzvüdür. Rusiya Teatr İşçiləri cəmiyyətinin üzvüdür. Sovet dövründə müxtəlif orden və medallarla mükafatlandırılmışdır.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Edebiyat Antolojisi (Çogaaldar çıındızı) (Kızıl şehri, 1976);
- "Çalım-Haya" (Kızıl, 1935);
- Yurdu Unutmayınız ("Çurttu utpаalıñar") (Kızıl, 1935),
- "Sambajık" (Kızıl, 1966; 2004 yılında Eduard Mijit'in hazırladığı "Kara-Dagnıñ kazırgı-bile" adındaki tek kitapta tekrar çıkmıştır),
- Zengin Yurdum ("Baylak çurtum") (Kızıl, 1988)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Viktor Şagjapoviç Kök-ool". pisateli-tuvy.ru. 29 iyun 2020 tarixində arxivləşdirilib.
- ↑ Тува литературная. Вып.2 : биобиблиогр. справочник / НБ им. А. С. Пушкина Респ. Тыва; авт.-сост.: М.А. Хадаханэ, Л. М. Чадамба, Е. М. Ак-кыс, Г.М. Комбу — Кызыл, 2008. səh — 73
- ↑ "Viktor Şagjapoviç Kök-oolun rejissorluq fəaliyyəti". theatre-tuva.ru/. 29 iyun 2020 tarixində arxivləşdirilib.
- ↑ Комбу С. С. Кок-оол Виктор Шогжапович / С. С. Комбу // Тувинская литература : словарь / С. С. Комбу; под ред.: Д. А. Монгуша, М. Л. Трифоновой. — Новосибирск: 2012. səh — 98.
- ↑ Кок-оол Виктор Шогжапович : о нем // Тыванын чогаалчылары=Писатели Тувы. — Кызыл, 2001. səh −5.