Viktor Qutırya
Viktor Qutırya | |
---|---|
Doğum tarixi | 11 sentyabr 1910 |
Vəfat tarixi | 21 oktyabr 1983 (73 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | |
Mükafatları |
Viktor Qutırya (11 sentyabr 1910 – 21 oktyabr 1983, Kiyev) — görkəmli neft kimyaçısı olmaqla yanaşı həm də dövlət xadimi idi. İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək bayrağı, "Şərəf nişanı", "Oktyabr inqilabı" ordenləri və medallarla təltif edilmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]11 sentyabr 1910-cu ildə doğulub.
21 oktyabr 1983-cü ildə Kiyevdə vəfat edib.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-kimya şöbəsini bitirdikdən sonra 37 il ərzində Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda çalışmışdır. 1942-ci ildə həmkarları ilə birlikdə aviabenzinin hazırlanması və sənaye miqyasında tətbiqinə nail olduğuna görə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. 1944-cü ildə dissertasiya müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi almış, 1949-cu ildə Azərbaycan EA-nın həqiqi üzvü, 1953-cü ildə isə SSRİ EA-nın müxbir üzvü seçilmişdir.
Onun rəhbərliyi ilə seolitlər üzərində aparılmış alkilləşmə (transalkilləşmə) disproporsiyası reaksiyaları nəticəsində meti ləvəzli aromatik karbohidrogenlərin alınma reaksiyası kəşf edilmişdir[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |