Xosrov (Vedibasar)
kənd | |
Xosrov | |
---|---|
40°01′20″ şm. e. 44°54′54″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Vedibasar mahalı]] |
Rayon | [[Vedi rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Xosrov — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kusqayasu çayının yanında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə[2] qeyd edilmişdir.
Toponim Xosrov şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873-cü ildə 155 nəfər, 1886-cı ildə 182 nəfər, 1897-ci ildə 269 nəfər, 1904-cü ildə 199 nəfər, 1914-cü ildə 388 nəfər, 1916-cı ildə 315 nəfər azərbaycanlı yaşamışdır[3].
1918-ci ildə kəndin sakinləri qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır[3].
Kənd 1930-cu illərin ortalarında ləğv edilmişdir. İndi xaraba kənddir.
Təbiəti
[redaktə | mənbəni redaktə et]Xosrov meşəsi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda meşə sahəsi. Bu meşəni II Xosrov ov üçün saldırmışdır[4]. Rayonda 1930-cu illərə qədər fəaliyyət göstərmiş Xosrov kəndinin ərazisində yerləşir və meşənin adı eyni adlı kəndin adi əsasında yaranmışdır. İndi dövlət statuslu qoruqdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.104
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86–87, 154–155
- ↑ 99, s.462