Yuli Ayxenvald

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yuli Ayxenvald
Doğum tarixi 12 (24) yanvar 1872[1]
Doğum yeri
Vəfat tarixi 17 dekabr 1928(1928-12-17) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi tramvay qəzası[d]
Təhsili
Fəaliyyəti ədəbiyyat tənqidçisi, jurnalist
Əsərlərinin dili rus dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuli İsayeviç Ayxenvald və ya Yuli Eyxenvald (Tam adı: rus. Ю́лий Иса́евич Айхенва́льд; 12 (24) yanvar 1872[1], Balta[d], Podolsk quberniyası[d][1]17 dekabr 1928, Berlin) — milli estetizmi inkişaf etdirmiş rus-yəhudi əsilli ədəbi tənqidçi. Rus əsilli ABŞ yazıçısı Vladimir Nabokov Ayxenvaldı "Rusiyanın Volter Pateri" adlandırırdı.[2]

Ayxenvald Odessa vilayətinin Balta şəhərində ravvin ailəsində anadan olub. Odessada yerləşən Yeni Rusiya Universitetində təhsil alıb və burada Şopenhauerin ideyalarını mənimsəyib. 1895-ci ildə Moskvaya köçdükdən sonra Yu. Ald (rus. Ю. Альд) və B. Kamenetski (rus. Б. Каменецкий) təxəllüslərindən istifadə etmişdir.

Ayxenvald Şopenhauerin fikirlərini dəstəkləyərək belə hesab edirdi ki, incəsənət irrasionaldır və onun mahiyyətini yalnız intuisiya vasitəsilə duymaq olar. O, əksər rus ədəbi tənqidçilərinin ədəbiyyata sosial və utilitar meyarları tətbiq etməsini və bədii tənqid adı altında siyasi jurnalistikanı formalaşdırmalarını sərt tənqid edirdi.

Rusiya inqilabının ardınca müəllifin "İnqilab: Liderlər və idarə edilənlər" essesi dərc olunur. Həmin essedə şəxsən Lev Trotskini hədəf alan Ayxenvald qısa müddətə həbs olunur və 1922-ci ildə Almaniyaya sürgün edilir.[3] Almaniyada ikən Rulj kimi bir neçə nüfuzlu mühacir nəşrlərinə qoşulur.

Yuli Ayxenvald Berlində tramvay qəzasında həyatını itirir.

  • Lev Ayxenvald (1873–1954) — qardaşı, psixiatr, məhkəmə-psixiatrik ekspertizası və psixiatrik qayğının təşkili barədə əsərlərin müəllifi.
  • Aleksandr Ayxenvald (1904–1941) — oğlu, iqtisadçı və Buxarin məktəbinin üzvü.
  • Boris Ayxenvald (1902-1938) — oğlu, tərcüməçi və filosof.
  • Tatyana Ayxenvald (1900-1963) — qızı, tanınmış riyaziyyat müəllimi.
  • Yuri Ayxenvald (1928–1993) — nəvəsi, şair, yazıçı və müxalif.
  • Aleksandra Ayxenvald (1957) — nəticəsi, dilçi.
  • Nataliya Şvedova (1916–2010) — doğma qızı, leksikoqraf və rus dilinin sintaksisi üzrə mütəxəssis.
Ayxenvaldın "Rusiya yazıçılarının silueti" kitabının 1923-cü il nəşri

Özünün ən məşhur kitabı olan "Rusiya yazıçılarının silueti" (1909) kitabında Ayxenvald görkəmli rus müəlliflərinin və onların əsərlərinin bir sıra yaddaqalan impressionistik eskizlərini təqdim edir. İvan Turgenevin ikinci dərəcəli yazıçı olması ilə bağlı fikirləri mühafizəkar ədəbi mühitin etirazlarına səbəb olmuşdu.

  • "Ədəbi hərəkat deyə bir şey yoxdur, yalnız yazıçılar vardır. Cəmiyyət yoxdur, yalnız insanlar vardır."
  1. 1 2 3 4 Белинков А. В. Айхенвальд // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 1.
  2. "Russian version of Walter Pater - Google Book Search at books.google.com
  3. Chamberlain, Lesley. The Philosophy Steamer. Great Britain: Atlantic Books. 2006. ISBN 978 184354 093 9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]