Məzmuna keç

vurğu

Wiktionary saytından

azərbaycanca: vurğu [1]

Mənalar :

  1. Vuruş, zərbə. Yan alan gəmilərin vurğusundan qorumaq üçün əsasın qabaq hissəsində xüsusi qoruyucu qoyulur. Quliyev. Günəş şüalarından düzgün istifadə etmədikdə, dərinin yanması, ümumi əzginlik, Günəş vurğusu kimi hallar baş verə bilər. Babayev. // Vurma. Bir əsər yaranır hər düşüncədən; Hər qəlb vuruşunun öz mənası var. S.Vurğun. Döyüşlərə çağırır saatların vurğusu. S.Rüstəm.
  2. məc. Afət, bəla. [Nəsib əmi:] Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi, vurğudu, qarğışdı, nədi bilmirəm! Mir Cəlal.

azərbaycanca: vurğu [2]

Mənalar :

  1. qram. Kəlmədə müəyyən səsin (səslinin) ucalması və bunun üçün o səsin və ya hərfin üzərinə qoyulan işarə. Vurğu işarəsi.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]