Şəmsi Ruhsar Xatun
Şəmsi Ruhsar Xatun | |
---|---|
شمسى روحار هاتون | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | qul[d] |
Həyat yoldaşı | III Murad |
Uşağı | Ruqiyə Sultan |
Şəmsi Ruhsar Xatun (osman. شمسى روحار هاتون) (v. ən geci 1613, İstanbul) — Osmanlı imperiyasının 12. padşahı və 91. İslam xəlifəsi III Muradın hasəkilərindən biri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şəmsi Ruhsar Xatunun əsli haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə yunan, bəzilərinə görə isə Qafqaz əsilli zadəgan ailəsinə mənsubdur. Hərəmxana dəftərlərində Hātun binti Abd-ül-Gaffar (yəni, Əbdül Qaffaq qızı) olaraq qeyd olunur.[1] Erkən yaşda hərəmxanaya alınaraq III Murada təqdim olunmuş, ardından onun ən sevimli hasəkilərindən biri olmuşdur. Çox keçmədən yeganə qızı Ruqiyə Sultanı dünyaya gətirmişdir.[2]
Saray ənənələrinə görə, yalnız şahzadə anaları hasəki hesab olunurdu. Bu səbəbdən tarixi mənbələrdə və saray dəftərlərində Şəmsi Ruhsar Sultan yox, Xatun rütbəsilə anılır.
1595-ci ildə III Muradın vəfatı, ardından onun Safiyə Sultandan doğulan digər oğlu III Mehmedin taxta çıxması ilə mərhum padşahın bütün hərəmxanası Köhnə Saraya köçürülmüş, ancaq Şəmsi Ruhsar Xatun və qızı sarayda qalmışdır. Bunun səbəbi kimi onun hasəki sultan olmaması və dövlət işləri ilə maraqlanmaması olaraq göstərilir. Bu illərdə xeyriyyə işləri ilə məşğul olan Şəmsi Ruhsar Xatunun Mədinə şəhərindəki Quran oxuyucularına vəqf etdiyi bir külliyyəsinin olduğu bilinir.[3]
Şəmsi Ruhsar Xatun haqqındakı son məlumat isə 1613-cü ildəki ölümü ilə bağlıdır.
"…Merhum Hazret-i Murad Han tabe serahu evlâd-ı emcadından Rukiye Sultan Hazretlarinin valide-î macideleri olub bundan akdem takdir-î rabbanî birle veda-î âlem-î fânî eden merhum ve mebrure sahibetü'l-hayrat ve'l hasenet ve rağibatü's-sadaqat ve'l-meberrat Şemsiruhsar Hatun ibn Abdülgaffar nam müteveffiyenin…"[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840–5. p.74
- ↑ Sakaoğlu, 2008, p. 213
- ↑ "The Rise of the Turks and the Ottoman Empire". 2012-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.