Xədim Məsih Mehmed Paşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məsih Mehmed Paşa
هادم ميسيه مهمد باشا
1 noyabr 1585 – 14 aprel 1586
ƏvvəlkiÖzdəmiroğlu Osman Paşa
SonrakıKanijalı Siyavuş Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1485
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Dini islam

Xədim Məsih Mehmed Paşa (1485, Bosniya əyaləti1592, İstanbul) — III Murad dönəmində 1 noyabr 1585 – 14 aprel 1586 tarixlərində ümumilikdə 5 ay 13 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Əslən bolqar olan Məsih Mehmed Paşa kiçik yaşlarında xədim edilərək saraya alınmışdır, burada təhsil aldıqdan sonra hərəmdə vəzifələndirilmişdir. Ardından bir müddət xəzinədar olan Mehmed Paşa 1574-cü ilin oktyabrında Misir bəylərbəyiliyinə gətirildi. Osmanlı tarixçilərindən İbrahim Peçəvi, Gəlibolulu Mustafa Əli və onları mənbə olaraq alan digər tarixçilərin yazdığına görə, II Səlim dövründə saray anbarında böyük bir yanğın çıxmış, sarayın bütün ərzaq və ləvazimatları məhv olmuşdu. Bu səbəblə saray anbarını yenidən təmin etmək üçün saray ağalarından Məsih ağaya paşa ünvanı verilərək Misirə göndərilmişdir.

5 il bu vəzifədə qalan Məsih Mehmed Paşa idarəçilikdəki bacarığı ilə məşhurlaşmış, 1579-cu ildə paytaxta çağırılaraq ikinci vəzir olaraq divan məclisinə alınmışdır. Sədrəzəm Özdəmiroğlu Osman Paşanın yerinə paytaxtda qalaraq sədarət naibi oldu. Ancaq sədrəzəmin səfər əsnasında xəstələnib ölməsi ilə 1 noyabr 1585 tarixində III Murad tərəfindən sədrəzəmliyə gətirildi. Sədrəzəm olaraq padşahınsaray əhlinin dövlət idarəsinə qarışmasına qarşı idi. 1586-cı ilin aprelində vəzifəsindən razı olmadığı rəis-ül küttab Həmzə ağanın vəzifədən alınmasını istəmiş, ancaq bu istəyi padşah tərəfindən qəbul edilməmişdir. Ardından "istiqlalı olmayan bir sədrəzəmin xeyri də olmaz" deyərək vəzifədən öz istəyilə ayrılmış, bundan sonra heç bir vəzifəyə gətirilməmişdir. Məsih Mehmed Paşa 1592-ci ildə İstanbulda vəfat etmiş, inşa etdirdiyi Məsih Mehmed Paşa məscidindəki türbəsinə dəfn olunmuşdur.

  • Uzunçarşılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.346
  • Koç, Havva, "Mesih Paşa (Hadım) ", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A. Ş. C.2 s.204–205 ISBN 975-08-0072-9
  • Mehmed Süreyya (haz. Nuri Akbayar), "Mesih Süleyman Paşa" (1996), Sicill-i Osmani, C. IV say. 368, İstanbul:Tarih Vakfı Yurt Yayınları ISBN 975-333-0383
  • Sicill-i Osmani'de ismi Mesih Süleyman Paşa olarak verilmiştir. XX. yy başlarında hazırlanmış olan bu kaynakta bulunan tarihler de diğer kaynaklardan değişiktir. Örneğin ölüm tarihi genellikle 1592 olarak verilmekte iken bu kaynakta bu tarih (Nisan-Mayıs 1589) olarak geçmektedir.
  • Mustafa Âli (1285/) Künhü'l-Ahbar 4 cilt", İstanbul
  • İbrahim Peçevi (haz. Murat Uraz) (1968) Peçevi Tarihi, İstanbul
  • Hadım Hasan Paşa 3 Kasım1597–9 Nisan1598 döneminde sadrazamlık yapmıştır.
  • Bu camiye, bulunduğu mevkiye atıfla, bazı kayıtlarda "Sütçü Murad Camii" veya harap iken 19.yy sonlarında Fetva Emini Hacı Nuri Efendi tarafından yeniden restore edildiği için "Fetva Emini Camii" adları da verilmektedir. bknz. Fatih Müftülüğü websitesi "Mesih Mehmet Paşa Camii" bilgileri Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine.