Ərəb milliyətçiliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ərəb milliyətçiliyinin ən məşhur simvollarından biri olan bayraq, Osmanlıya qarşı olan üsyanda istifadə edilmişdir. Bayrağın dizaynı Pan-Ərəb rəngləridən istifadə edir. Bu rənglər bir çox ərəb ölkələrində istifadə edilmişdir.

Ərəb milliyətçiliyi (ərəb. القومية العربية, al-Qawmiyya al-`arabiyya‎) — Ərəblərin bir millət olduğunu və ərəb xalqının birliyini təbliğ edən, ərəb sivilizasiyasını, ərəb dilini və ədəbiyyatını qeyd edən, ərəb dünyasında cavanlaşma və siyasi birliyə çağırış edən millətçi ideologiya.[1] Onun mərkəzi məqsədi Atlantik okeanndan Hind okeanına qədər ərəb dünyasının xalqları ümumi etnik, linqvistik, mədəni, tarixi, milliyyətçi, coğrafi və siyasi oxşarlıqları ilə ümumi bir millət yaratmaqdır.[2][3] Ərəb millətçiliyinin əsas hədəflərindən biri ərəb dünyasında qərbin təsirinin sona çatmasıdır, ərəb gücünün "nemesisi" kimi qəbul edilən və bu ərəb hökumətlərinin qərb gücündən asılı olduğu hesab olunur. XX əsrin əvvəllərində Osmanlı İmperiyasının zəifləməsi və məğlubiyyəti ilə meydana gəlmişdir. Firkin təsiri Altıgünlük müharibədə ərəb ordusunun məğlubiyyətindən sonra azalmışdır.[1][2]

Ərəb millətçiliyinə əlaqədar olan şəxslər və təşkilatlara İraq kralı I Feysəl, Misir prezidenti Camal Əbdül Nasir, Ərəb Milliyyətçi Hərəkatı, Libya lideri Muəmmər Qəddafi, İraqda bir neçə il hakimiyyətə gələn və hal-hazırda Suriyada haimiyyətdə olan Ərəb Sosialist BƏƏS Partiyası və onun qurucusu olan Mişel Əflaqı aid etmək olar. Ərəbçilik fikridə bu fikrə oxşar bir ideologiyadır.

Misir Prezidenti Əbdül Nəsir

Ərəblərin özləri bu anlayış anlayışı üçün iki sözdən birini istifadə edə bilərlər: "Kəvmiyyə" (ərəb. قومية‎, "qəbilə" mənasını verən bir sözdən gəlir və daha çox "qan millətçiliyi" deməkdir) və "Vətəniyyə" (ərəb. وطنية‎, "vətən" mənasını verən bir sözdən gəlir və daha çox "torpaq millətçiliyi" deməkdir). Xalqın təyin olunması üçün, "Şaab" (ərəb. الشعب‎, Şubiyyə)[4] sözündən istifadə olunur. Buna görə də ərəb ölkələrində (məclis, ərəb. المجلس‎) ən yüksək nümayəndəlik orqanı "milli" (əl-vətani, ərəb. صحيفة الوطني‎) və ya "xalq"dır (əş-şaab, ərəb. الرماد الشعب‎).[3]

Tanınmış ərəb milliyətçilər

[redaktə | mənbəni redaktə et]

Mütəfəkkirlər

[redaktə | mənbəni redaktə et]

Milliyətçi liderlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 "Adiid Dəvişa, Requiem for Arab Nationalism Arxivləşdirilib 2019-09-09 at the Wayback Machine", Middle East Quarterly (azərb. Orta Şərq Üç Ayda‎), Qış 2003
  2. 1 2 Luiz Fausett, Çarls Smit, The Arab-Israeli Conflict, in International Relations in the Middle East (azərb. Orta Şərqdə Beynəlxalq Münasibətlər‎), səh. 220.
  3. 1 2 Sela, Avraam. "Arab Nationalism." The Continuum Political Encyclopedia of the Middle East. Ed. Sela. Nyu-York: Continuum, 2002. səh. 151
  4. Hucurat49:13.
  5. Sela, Avraam. "Arab Nationalism." The Continuum Political Encyclopedia of the Middle East. Ed. Sela. Nyu-York: Continuum, 2002. səh. 154

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]