Aqnostik ateizm
Ateizm |
---|
Aqnostik ateizm ateizmi və aqnostisizmi əhatə edən fəlsəfi mövqedir. Aqnostik ateistlər ateistdirlər, ona görə ki onların heç bir tanrı və ya ilahi varlığa inancları yoxdur və ona görə aqnostikdirlər ki, tanrının varlığının prinsip olaraq bilinə bilməz olduğunu və ya ən azından hal hazırda bilinə bilməyəcəyimiz hesab edirlər.
Aqnostik ateizm bir və ya daha çox ilahi varlığın mövcudluğuna inanan, ancaq bu varlıqların mövcudluğunun və ya yoxluğunun bilinə bilməyəcəyini düşünən aqnostik teizmin əksi ola bilər.[1][2][3]
Epistemoloji arqumentlər
[redaktə | mənbəni redaktə et]Ateistlər həmçinin tanrının varlığının bilinəməyəcəyini və ya varlığının isbatlanamayacağını müdafiə edirlər. İkinciyə müxtəlif formalar alan aqnostisizm deyilir. İmmanens fəlsəfəsində ilahilik insan zehni də daxil olmaqla dünyanın özündən ayrılmazdır və hər bir insanın şüuru subyektə kilidlidir. Aqnostisizmin bu formasına görə, perspektivdə bu cür məhdudiyyət tanrıya olan inancdan onun mövcudluğunun iddialarına hər hansı bir obyektiv nəticə çıxarmanın qarşısını alır. Kantın rasionalistik aqnostisizmi və maarifçilik yalnız insan rasionallığı əsasındakı bilgiləri qəbul edir; bu növ ateizmə görə, tanrılar prinsipal olaraq müəyyən edilə bilən olmadıqlarına görə onların mövcudluqları bilinə bilməz. Yumun fikirlərinə əsaslanan skeptisizm hər şey haqqda əminliyin mümkün olmadığını iddia edir və buna görə də bir tanrının mövcud olub-olmadığı bilinə bilməz. Yum hesab edirdi ki, bu cür müşahidə edilə bilməyən metafizik anlayışlar "səfehlik və illüziya" olaraq rədd edilməlidir.
İqnostisizm də daxil olmaqla ontoloji və epistemoloji olaraq təsnif edilən ateizmin arqumentlərinə görə, "tanrı" kimi əsas terminlər və "tanrı hər şeyə qadirdir" kimi ifadələr mənasız və ya aydın deyil. Teoloji qeyri-koqnitvizm "tanrı mövcuddur" ifadəsinin bir müdəa olmadığını, ancaq cəfəngiyat və ya idrak baxımından mənasız olduğunu söyləyir. Bu cür düşünən şəxslərin hansılarının ateist, hansılarının aqnostik olaraq təsnif edilməsi müzakirə edilmişdir. Alfred Ayer və Teoder Drenq hər iki kateqoriyani inkar edib "Tanrı mövcuddur" ifadəsinin ateist və aqnostiklər tərəfindən müdəa olaraq qəbul edildiyini hesab edirlər: bunun əvəzinə qeyri-koqnitvizmi öz kateqoriyasına yerləşdirirlər.[4][5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Harrison, Alexander James. The Ascent of Faith: or, the Grounds of Certainty in Science and Religion. London: Hodder and Stroughton. 1894. səh. 21. OCLC 7234849. OL 21834002M. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.
Let Agnostic Theism stand for that kind of Agnosticism which admits a Divine existence; Agnostic Atheism for that kind of Agnosticism which thinks it does not.
- ↑ Smith, George H. Atheism: The Case Against God. 1979. 10–11. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.
Properly considered, agnosticism is not a third alternative to theism and atheism because it is concerned with a different aspect of religious belief. Theism and atheism refer to the presence or absence of belief in a god; agnosticism refers to the impossibility of knowledge with regard to a god or supernatural being. The term "agnostic" does not, in itself, indicate whether or not one believes in a god. Agnosticism can be either theistic or atheistic.
- ↑ Barker, Dan. Godless: How an Evangelical Preacher Became One of America's Leading Atheists. New York: Ulysses Press. 2008. səh. 96. ISBN 9781569756775. OL 24313839M. 2020-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.
People are invariably surprised to hear me say I am both an atheist and an agnostic, as if this somehow weakens my certainty. I usually reply with a question like, “Well, are you a Republican or an American?” The two words serve different concepts and are not mutually exclusive. Agnosticism addresses knowledge; atheism addresses belief. The agnostic says, “I don't have a knowledge that God exists.” The atheist says, “I don't have a belief that God exists.” You can say both things at the same time. Some agnostics are atheistic and some are theistic.
- ↑ Drange, Theodore M. (1998). "Atheism, Agnosticism, Noncognitivism Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine". Internet Infidels, Secular Web Library. Retrieved 2007-APR-07.
- ↑ Ayer, A. J. (1946). Language, Truth and Logic. Dover. pp. 115–116. In a footnote, Ayer attributes this view to "Professor H. H. Price".