Blanş Monye

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Blanş Monye
fr. La Séquestrée de Poitiers
Blanş Monye 1901-ci ildə aşkarlanan zaman çəkilmiş fotosu. (23 may, 1901)
Blanş Monye 1901-ci ildə aşkarlanan zaman çəkilmiş fotosu. (23 may, 1901)
Doğum tarixi 1 mart 1849(1849-03-01)[1][2]
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1913(1913-10-13)[1] (64 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti Fransız
Tanınır 25 il ev həbsində saxlanılması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Blanş Monye (fr. La Séquestrée de Poitiers; 1 mart 1849[1][2], Puatye, Vyenna13 oktyabr 1913[1], Blua, Luar və Şer) — Fransanın Puatye şəhərində anası tərəfindən yaşadığı evin kiçik bir otağında 25 il saxlanılmış fransız qadın. Monye 25 il ərzində günəş işığı düşməyən otaqda tək saxlanılmışdır.[3][4][5]

Blanş Monye 1849-cu ildə Fransada anadan olmuşdur. 1876-cı ildə Monye Fransa cəmiyyətinə yeni-yeni addımlarını atan gənc xanım kimi tanınırdı. Gənclik illərində özündən yaşça böyük hüquqşünasla münasibət qurması anası tərəfindən xoş qarşılanmamışdır. Anası öz işində uğursuz olan və yaşça böyük bir şəxslə qızının görüşməsini və ailə həyatı qurmasını arzulamırdı.

Hadisələr bir gün Monyenin qəfildən yoxa çıxması ilə nəticələnir. Yaxınları və qızı tanıyanlar Monyenin mistik şəkildə itməsinə təəccüblənirlər. Anası və qardaşı gənc qızın yasını saxlayaraq baş vermiş hadisəyə heç bir izah gətirə bilmir. 1901-ci ildə Monyenin itkin düşməsi və ya oğurlanması ilə bağlı Paris prokuroruna anonim məktub ünvanlanır.[6][7] Məktubda deyilir:

" Hörmətlii prokuror, sizi misli görülməmiş bir hadisə ilə bağlı narahat edirəm. Xanım Monyenin evində gizli şəkildə saxlanılan bir xanım haqqında danışıram. Qadının vəziyyəti çox pisdir və aclıqdan ölüm təhlükəsi ilə qarşı-qarşıyadır. "

Göndərilən məktubda Parisin kübar cəmiyyətində uğurla təmsil olunmuş xanım Monyenin evində illərdir saxlanılan bir qadından söhbət gedirdi. Aristokrat ailəyə mənsub olması və cəmiyyətin bir çox mükafatlarına layiq görülməsi həmin zaman belə bir hadisənin baş verməsini mümkünsüz edirdi. Bir qrup polis məmuru evə basqın edərək, malikanəni axtarmağa başladı. Axtarışlar nəticəsində evin ikinci mərtəbəsində gizli girişi olan otaq aşkarlanır. Pəncərəsi icəridən bağlanan, nataməzlik icərsində olan otaqda ağır vəziyyətdə olan Blanş Monye aşkarlanır. Monyenin çəkisi illər ərzində 25 kiloqrama qədər düşmüş, ağır psixoloji sarsıntılar yaşamışdır.

Polis tərəfindən aparılan araşdırmalar nəticəsində məlum oldu ki, Monye 25 il ev həbsində saxlanıldığı müddət ərzində evdən çölə çıxmamış, anası və qardaşından başqa heç kimin üzünü görməmişdir. Parisdə və dünyada baş verən hadisələr haqqında da heç bir məlumat verilməmişdir. Hadisədən sonr Blanş Monyenin anası məhkəmənin hökmü əsasında həbsxanaya göndərilir. Hadisənin üstü açıldığı ayda Monyenin anası həbsxanada vəfat edir. Vəfatından əvvəl polis tərəfindən hər bir şeyi etiraf etməyə məcbur olmuş və öz əməlini qızının sözünə qulaq asmaması ilə əsaslandırmışdır.[6][8]

Saxlanılan şəxslərin ifadələrinə əsasən, Blanş Monye cəzalandırılmaq məqsədi ilə evin ikinci mərtəbəsində yerləşən gizli otağda saxlanılmışdır. Həmin cəza sonradan izaholunmaz bir şəkildə qeyri-müəyyən müddətə qədər davam etmişdir. 1885-ci ildə Monyenin aşiq olduğu hüquqşünasın vəfat etməsi belə onun həmin otaqdan çıxarılmasına səbəb olmamışdır. Monyenin qardaşı Marseldə məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərdən biri kimi dindirilmişdir. Məhkəmə Blanş Monyenin vəziyyətindən xəbərdar olması və bu barədə hüquq mühafizə orqanlarına məlumat verməməsi səbəbindən Mişelə 15 aylıq həbs cəzası verildi. Mişel isə Blanş Monyenin evdə həbs edilmədiyini, istədiyi vaxt otaqdan çıxmaq imkanın olduğunu, ancaq özünün bu imkandan istifadə etmədiyini iddia etmişdir.

Monyenin həyatını xilas edən məktubun kim tərəfindən göndərildiyi bu günə qədər naməlumdur. Ehtimallar evin yalnız ilk mərtəbəsində işləməsinə icazə verilən xidmətçilərin şübhələri əsasında məktubun göndərilməsi ilə bağlıdır. 1947-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanmış, fransız yazıçısı Andre Jidin (fr. La Séquestrée de Poitiers) adlı əsəri Blanş Monyenin əsarət həyatından bəhs edir.[6][9]

  1. 1 2 3 4 Bibliothèque nationale de France Blanche Monnier // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Blanche Monnier // GeneaStar.
  3. This Woman's Family Shockingly Locked Her Away In A Dungeon For 25 Years. [1] Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine
  4. Augustin, Jean-Marie.
  5. Vivi, Janouin-Benanti.
  6. 1 2 3 Pujolas, Marie.
  7. Jacques Pradel et RTL reviennent sur l'incroyable histoire de la Séquestrée de Poitiers Charente Libre.
  8. Moreillon, Laurent.
  9. Levy, Audrey.