Cənnətin krallığı (film, 2005)
Cənnətin krallığı | |
---|---|
ing. Kingdom of Heaven | |
Janr | Epik film, dram filmi, döyüş filmi, tarixi film, müharibə filmi |
Əsas mövzu | Balian İbelin |
Baş rollarda |
|
Operator |
|
İstehsalçılar | 20th Century Fox, Babelsberg Studio[d] |
Distribütor | InterCom[d], 20th Century Fox, Disney+ |
İlk baxış tarixi | 4 may 2005, 5 may 2005[2], 6 may 2005[3], 2005 |
Müddət | 144 dəq.[4], 190 dəq.[4] |
Büdcə | 135.000.000 $ |
Gəlir | 164.000.000 $ |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Mərakeş |
IMDb | ID0320661 |
Cənnətin krallığı (ing. Kingdom of Heaven) — 2005-ci ildə çəkilən Amerika filmi, rejissor Ridli Skottun tarixi eposu. Film 1189-1192-ci illərin Üçüncü Səlib yürüşündən əvvəl sərbəst şəkildə təqdim olunmuş tarixi hadisələrə əsaslanır: Yerusəlim krallığı ilə Əyyubilər arasında müharibə və Səlahəddin tərəfindən Yerusəlimin fəthi (1187).
Süjet
[redaktə | mənbəni redaktə et]Cənubi Fransa. 1184-cü il. Baron Qotfrid İbelinski bir kəndə gəlir, orada yaşayan dəmirçi Baliyanın oğlu vəfat etmiş və onun həyat yoldaşı intihar etmişdir. Qotfrid gəncliyini xatırlayır və Baliyana onun atası olduğunu söyləyir. Baliyanı Fransada daha heçnə saxlamadığını görən Qotfrid onu Yerusəlimə getməyə və həyata yenidən başlamağa dəvət edir. Baliyan təklifdən imtina edir.
Axşam Baliyanın ögey qardaşı olan keşiş dəmirçixanaya gəlir və arvadının günahını yumaq üçün onu Müqəddəs Torpağa getməyə inandırmağa çalışır. Söhbət əsnasında Baliyan, kahininin sinəsində vəfat etmiş arvadının bədənindən gizli şəkildə çıxarılan xaçı görür. Hirsindən qardaşını qılıncla öldürür və cəsədini atəşə atır, eyni zamanda dəmirçixananı yandırır. Baliyan Qotfrid və onun cəngavərlərinə çatır. Axşam yepiskopun əmri əsasında Baliyanı cinayətinə görə mühakimə etmək məqsədi ilə Qotfrinin qardaşı oğlu kənd şerifi əsgərlərlə birlikdə düşərgəyə gəlir. Əhl-səliblər əsgərlərlə döyüşə başlayırlar və nəticədə Qotfrid ölümcül yaralanır. Dəstə zəvvarların Şərqə yollandığı yer, Siciliyadaki Messinaya çatırlar. Qotfrid ölür və etdiyi son hərəkət Baliyanı cəngavər və baron elan etməsi olur.
Yerusəlimə gedən yolda, fırtına və gəmi qəzası nəticəsində sahilə sağ çıxan yeganə şəxs Baliyan olur. Səhrada o, suriyalı zadəgan və onun xidmətçisi İmad ilə qarşılaşır. Suriyalı onun torpağında olduğu üçün Baliyanı atı ona verməyə razı salmağa çalışır, amma cəngavər imtina edir və təkbətək döyüşün sonunda suriyalını öldürür. İmad Baliyanı Yerusəlimə müşayiət edir, burada cəngavər onu azad edir, özü isə Qolqofanı ziyarət edir. Ertəsi gün Qotfridin xadimləri Baliyanı tapırlar və onu atasının əmlakına müşayiət edirlər. O, mülkə baş çəkən kralın bacısı şahzadə xanım Sibilla və cüzamlı kral Balduin ilə tanış olur. Baliyan və atasının hospitalyer xadimi Yərusəlim qoşun başçısı Tiberi ilə birlikdə Müqəddəs Torpaqdakı hadisələri müzakirə edirlər. Tiberi məruzə edir ki, Misir sultanı Səlahəddin Əyyubi və kral çətinliklə mütərəddid sülhü saxlayırlar. Ərazidəki vəziyyəti, papanın bütün müsəlmanları öldürmək çağırışını yerinə yetirməyə çalışan Şatilyonlu Reynald və Luzuinyalı Qayın başçılıq etdiyi Avropadan gələn fanatiklər pozurlar.
Kral Baliyanı atasının Fələstindəki malikanəsinə göndərir. O, bölgənin abadlaşdırılması ilə məşğul olur, sakinlərə suvarma sistemi qurmağa kömək edir. Baliyanın müdrik rəhbərliyi altında bir zamanlar atasının torpağı çiçəklənən diyara çevrilir. 1187-ci ildə Sibilla onu ziyarət edir və sevgisini ona etiraf edir. Ertəsi gün səhər Yerusəlimdən xəbər gəlir ki, Səlahəddin Şatilyonlu Reynalda məxsus Kerak qalasına böyük ordu göndərir, çünki saratinlərin karvanı məbəd cəngavərləri tərəfindən talan edilmişdir. Baliyan və cəngavərləri sayca az qalmalarına baxmayaraq kralın ordusu gələnə qədər şəhəri saratinlər ordusundan müdafiə edirlər. Baliyanın döyüşçülərinin çoxu ölür, ancaq vəzifələrini yerinə yetirirlər, kral yığdığı ordu ilə Keraka yaxınlaşır.
Kral Səlahəddin ilə sülhə razılaşır və Şatilyonlu Reynaldın həbs olunmasını əmr edir, lakin uzun sürən kampaniya səbəbindən bir neçə gün sonra ölür. Luzuinyalı Qay kral olduqdan sonra Şatilyonlu Reynaldı həbsxanadan çıxardır və ona müsəlmanları qovmaq üçün işlərə başlamağı əmr edir. Məbədçilər minlərlə günahsız ərəbi və hətta Səlahəddin bacısını qətlə yetirilər. Yerusəlimə gələn səfir Yerusəlimin təslim edilməsi və məbədçilərin onlara təhvil edilməsini tələb edir, lakin yeni kral səfiri edam edir. O, Səlib yürüşünün çərçivəsində bir ordu toplayır və saratinlərə qarşı müharibəyə başlayır. Yaxınlıqdakı mənbələrin olmaması səbəbindən qoşunların yarısı yolda ölür. Nəhəng ordu ilə Səlahəddin Hattin təpələrində xaçlıları gözləyir və qanlı döyüş nəticəsində xristian ordusu məğlub olur. Təzəcə vəzifə almış kral əsirə düşür və Səlahəddin Şatilyonlu Reynaldı edam edir. Baliyan və Tiberi döyüşdən sonra Hattinə gəlirlər. Tiberi acıq və ümidsizliklə, Yerusəlimin müdafiə etmək şansın olmadığını elan edir, bundan sonra Kipr adasına yollanır. Baliyan ilə yalnız bir ovuc cəngavər qalır, buna görə o, sılahdar və başqa kiçik rütbəli döyüşçülərə cəngavər titulunu verir. Yerusəlimin kiçik qarnizonu mühasirəyə hazırlaşır. Səlahəddin Yerusəlimə ordu göndərir. Cəngavərlər şəhəri çarəsiz şəkildə müdafiə edirlər və Baliyanın taktiki şücaəti və sakinlərin fədakarlığı sayəsində Səlahəddin ordusuna müqavimət göstərməyi bacarırlar. Səlahəddin danışıqlara başlayır, nəticədə Baliyan cəngavərlər və mülki şəxslərin həyatının qorunması şərti ilə şəhəri təslim edir. Səlahəddin zəfərlə Yerusəlimə girir və İmad ona bağışlanan atı Baliyana qaytarır.
Baliyan, tacı rədd edən Sibilla ilə birlikdə Fransaya qayıdır. Messinaya gedərkən Yerusəlimin qoruyucusu Baliyanı axtaran Şirürəkli I Riçard onun dəmirçixanasına təşrif buyurur ki, onu Səlahəddinə qarşı kampaniyaya qatılmağa dəvət etsin. Ancaq Baliyan sadə bir dəmirçi olduğunu söyləyir. Kral onu tərk edir. Sibilla ilə birlikdə Baliyan yeni həyata qədəm qoyurlar. Arvadının məzarının yanından keçərkən bir müddət dayanır, bundan sonra yoluna davam edir, bu da özünü bağışlamağı bacarmaq və həyata sıfırdan başlamağa hazır olduğunu göstərir.
Aktyorlar
[redaktə | mənbəni redaktə et]Aktyor | Rol |
---|---|
Orlando Blum | İbelinli Baliyan |
Yeva Qrin | Sibilla Yerusəlimli |
Ceremi Ayrons | Tiberi |
Marton Çokaş | Luzuinyalı Qay |
Edvard Norton | kral IV Balduin Yerusəlimli |
Brendan Qlison | Şatilyonlu Reynald |
Qəssan Məsud | Səlahəddin Əyyubi |
Liam Nison | Qotfrid İbelinli |
Devid Tyulis | hospitalyer |
Aleksandr Siddiq | İmad |
Maykl Şin | keşiş, Balianın ögey qardaşı |
Con Finç | İrakli | Yərusəlimin patriarxı
Nikolay Koster-Valdau | kənd şerifi, Qotfrinin qardaşı oğlu |
Kevin Makkidd | Messinadaki ingilis çavuşu |
İen Qlen | Şirürəkli I Riçard |
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Mərakeşdə çəkilən filmlər
- Əlifba sırasına görə filmlər
- Ridli Skottun filmləri
- İngiliscə filmlər
- Birləşmiş Krallığın dram filmləri
- İspaniyanın dram filmləri
- ABŞ-nin dram filmləri
- Almaniyanın dram filmləri
- Birləşmiş Krallığın tarixi filmləri
- İspaniyanın tarixi filmləri
- ABŞ-nin tarixi filmləri
- Almaniyanın tarixi filmləri
- 20th Century Fox filmləri
- Birləşmiş Krallığın müharibə filmləri
- Səlib yürüşləri haqqında filmlər
- XII əsr haqqında tarixi filmlər
- Almaniyanın müharibə filmləri
- ABŞ-nin müharibə filmləri
- İspaniyanın müharibə filmləri
- Ərəbcə filmlər
- Ölüm haqqında filmlər
- İslam haqqında filmlər
- Din haqqında filmlər
- Zorakılıq haqqında filmlər
- Latınca filmlər
- Scott Free Productions filmləri