Diktator — Qədim Romada Roma Respublikası dövründə e.ə. V — I əsrin ikinci yarısına qədər ən çoxu 6 ay müddətinə, senatın qərarı ilə təyin olunmuş fövqaladə səlahiyyətli vəzifəli şəxs, magistrat.
Təyinat proseduruna görə senat qərar verir: "Qoy konsullar qərara gəlsinlər ki, dövlət ziyan çəkməsin". Bundan sonra konsullar diktatorun adını elan edirlər və tabeliklərindəki liktorları azad edirlər. Beləliklə onlar diktator qarşısında azad vətəndaşlara çevrilmiş olurdular və diktator xalq tribunlardan başqa onlar eləcə də bütün vətəndaşlar üzərində mütləq hakimiyyətə malik olurdu. Konsullar adətən 12 liktora malik olduqları halda diktator 24 liktora malik olurdu. Diktator seçildikdən sonra dərhal özünə köməkçi — suvarilər rəisini — lat.magister equitum təyin edirdi. Diktator tam və mütləq dövlət hakimiyyətinə malikdir. Diktator təyin edildikdə onun tituluna mütləq seçilmə səbəbi əlavə olunurdu (məsələn: "Hərbi təhlükəyə görə seçilmiş diktator" — lat.Dictator rei gerundae causa). Diktator əməllərinə görə müddət bitdikdən sonra cinayət məsuliyyətinə cəlb oluna bilməzdi.
İlk olaraq diktator patrisilərdən təyin olunurdu, sonralar e. ə. 356 cı ildən plebeylərdən də seçilirdi.
Bəzən konkret bir hadisə üçün də diktator seçilirdi. Məsələn, bayramlarda dini mərasimdə "Mıx çalmaq üçün diktator".
Sulle və Sezarın zamanında diktator müddətsiz — lat.dictator perpetuus təyin olunurdu ki, sonralar bu monarxiya xarakteri almağa başlamışdır. Diktator vəzifəsi e. ə. 44 cü ildə Mark Antoni tərəfindən ləğv edilmişdir.