Dilfirib xanım
Naviqasiyaya keç
Axtarışa keç
Dilfirib xanım | |
---|---|
سيدة ديلفريب | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Həyat yoldaşları |
V Mehmed ikinci evliliyi |
Uşağı | 1 oğul |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Dilfirib xanım (d. 1890 — ö. 1952) — 35. Osmanlı sultanı V Mehmedin beşinci xanımı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əslən çərkəz olan Dilfirib xanım 1890-cı ildə İstanbulda dünyaya gəlmişdir. Çox gənc yaşda saraya verilmiş, burada saray təhsili almışdır. Xidmət etdiyi illərdə Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 1907-ci ildə onunla vəliəhd sarayında evləndi. Sultan Mehmed Rəşadın 1918-ci ildə vəfatından sonra bir müddət sarayda qaldı və daha sonra Ərənköydəki bir villaya köçdü. Bir müddət sonra bir həkimlə evlənən Dilfirib xanımın bu evlilikdən bir oğlu dünyaya gəldi. Uzun müddət burada yaşadıqdan sonra, Vaniköydəki villasında 1952-ci ildə xərçəng xəstəliyindən vəfat etdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- https://books.google.com/books?qGAtAQAAIAAJ
- Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-9-759-96109-1
- M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları