Eldar Həsənov (hüquqşünas)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eldar Həsənov
bayraq
Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri
bayraq2
28 mart 2013 – 17 avqust 2020
SonrakıVilayət Quliyev
bayraq
Azərbaycan Respublikasının Rumıniyadakı Fövqaladə və Səlahiyyətli Səfiri
bayraq2
28 mart 2001 – 28 mart 2013
bayraq
Birləşmiş Millətlər Təşkilatı Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq Proqramının Türkiyə və MDB ölkələri üzrə Koordinatoru
bayraq2
sentyabr 2000 – mart 2001
22 mart 1995 – 21 aprel 2000
ƏvvəlkiƏli Ömərov
SonrakıZakir Qaralov
bayraq
Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini
bayraq2
9 noyabr 1993 – 22 mart 1995
Baş prokurorƏli Ömərov
Sonrakıİsa Nəcəfov
bayraq
Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
bayraq2
1993 – 25 may 1993
ƏvvəlkiMəmmədağa Cəfərov
SonrakıQabil Məmmədov
bayraq
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi
bayraq2
1992 – 1993
ƏvvəlkiVəzifə təsis edildi.
1990 – 1992
ƏvvəlkiZahid Dünyamalıyev
SonrakıNadir Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1955(1955-10-10) (69 yaş)
Doğum yeri
Fəaliyyəti diplomat
Rütbəsi
II dərəcəli dövlət ədliyyə müşaviri

Təltifləri "İgidliyə görə" medalı "Azərbaycan Bayrağı" ordeni

Eldar Hümbət oğlu Həsənov (10 oktyabr 1955, Laçın, Kəlbəcər rayonu) — Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, MonteneqrodaBosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri.

Eldar Həsənov Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır.[2]

1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışmışdır.[3]

Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunmuşdur.[4][5] Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir.

  • Professor, hüquq elmləri doktoru
  • Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru
  • Serbiya Kral Akademiyasının üzvü

Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olmuşdur.

2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur. Bu illər ərzində hər iki ölkə arasında siyasi sahədə əməkdaşlıq, çoxtərəfli münasibətlərdə daimi dəstək, ikitərəfli əməkdaşlıq əlaqələrində isə qarşılıqlı anlaşma və etimad daha da artmış və möhkəmlənmişdir. Azərbaycan Respublikası və Rumıniya arasında səmimi və şəffaf dostluq, əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər daha da intensiv xarakter daşımağa başlamışdır. Bir sıra yeni mühüm sənədlər və sazişlər imzalanmışdır.

Səfir E. Həsənov fəaliyyətində hər iki xalqın bir-birinə daha da yaxınlaşdırılması məqsədilə elmi, mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Belə ki, 2001-ci ildə səfirliyin təklifi və dəstəyi ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiyasiyası yaradılmışdır və ikitərəfli elmi, mədəni əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə çox aktiv fəaliyyət göstərməkdədir.

2001-ci ildən səfir kimi fəaliyyətə başladıqdan sonra Azərbaycan Respublikası ilə Rumıniya arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və narkotizm, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparılmasında böyük töhfələr vermişdir.

Həmçinin E. Həsənov Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri kimi fəaliyyət dövründə Azərbaycan Respublikası ilə bu ölkələr arasında bütün sahələrdə əlaqələr yüksələn xəttlə inkişaf edərək starteji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır.[6]

Azərbaycanın ("İgidliyə görə" medalı, "Qanunun və ictimai asayişin təmin edilməsində xidmətlərinə görə" medalı, "Azərbaycan bayrağı" ordeni), Rumıniyanın ("Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni), Serbiyanın ("II dərəcəli Serbiya bayrağı") dövlət mükafatları və medalları ilə təltif olunmuşdur.

Rus, türk, ingilis və rumın dillərini bilir.

Evlidir, 3 övladı var.

  • 1972–1977 — Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsi;
  • 1977–1990 — Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhərinin Nizami rayonunun daxili işlər şöbəsinin rəisi;
  • 1990–1992 — Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi;
  • 1992–1993 — İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi;
  • 1993 — Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini;
  • 1993–1995 — Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini;
  • 1995–2000 — Azərbaycan Respublikasının Baş Prokuroru;
  • 2000 — Azərbaycan Pedaqoji Universitetinin müəllimi;
  • 2001 — Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndirici;
  • 2001–2013 — Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri.
  • 2013–2020 Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri[7]

Korrupsiya ittihamları

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq və Azərbaycan mətbuatında Eldar Həsənov haqqında çox sayda yazılar və araşdırmalar dərc edilib.[6][8][9][10][11][12][13] 2020-ci ilin avqustun 13-də Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.[14] Həbs olunduqdan sonra 17 avqust 2020-ci ildə səfir vəzifəsindən geri çağırılıb.[15]

  1. "Arxivlənmiş surət". 2018-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  2. "Arxan Laçınqaya "" önün Murovdur - Eldar Həsənov "" 60". moderator.az. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  3. ""ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM"". musavat.com. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  4. "327 - E. H. Həsənovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsindən azad edilməsi haqqında". www.e-qanun.az. 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.
  5. "Arxivlənmiş surət" (PDF). 2021-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-21.
  6. 1 2 "Arxivlənmiş surət". 2019-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
  7. "E.H.Həsənovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  8. "Arxivlənmiş surət". 2019-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.
  9. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.
  10. "Căpitan SRI, Ovidiu Marincea, consilierul directorului SRI: 9 luni afacerist la SRI. Conexiunile secrete şi periculoase cu reţeaua magnatului Gabriel Comănescu - TOMIS NEWS".[ölü keçid]
  11. "ELDAR HƏSƏNOVUN KORRUPSİYA ŞƏBƏKƏSİ (Foto fakt)". Xeberman - Azad Xəbər Məkanı.[ölü keçid]
  12. "Eldar Həsənova qarşı yeni iddialar... - İTTİHAM VAR". Teref.az. 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  13. [1] [ölü keçid]
  14. "Eldar Həsənov həbs olundu". virtualaz.org. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  15. "İlham Əliyev Eldar Həsənovu səfir vəzifəsindən azad etdi". virtualaz.org. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.