40°06′24″ şm. e. 46°02′17″ ş. u.HGYO

Kəlbəcər rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Kəlbəcər rayonu haqqındadır. Kəlbəcər şəhəri üçün Kəlbəcər səhifəsinə baxın.

Kəlbəcər haqqında sxemlə məlumat:

Rayon
Kəlbəcər

40°06′24″ şm. e. 46°02′17″ ş. u.HGYO


Ölkə
Daxildir Şərqi Zəngəzur
İnzibati mərkəz Kəlbəcər
İcra başçısı Azər Qocayev[1]
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 2314[2] km²
Hündürlük
1.961 m
Əhalisi
Əhalisi 93 100 nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-KAL
Telefon kodu +994 26
Poçt indeksi AZ 3200
Avtomobil nömrəsi 32
Rəsmi sayt
Kəlbəcər xəritədə
Kəlbəcər xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəlbəcər rayonuAzərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.

1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si KərəmliNarınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.

15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.[3][4]

Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.[5]

Nəhayət 25 noyabr 2020-ci ildə noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

İlk insan məskəni

[redaktə | mənbəni redaktə et]

1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr — Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Cəlal kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.

Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş, Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun "Qaragöl" və "Zalxa gölləri" sahillərində, "Ayıçınqıllı" və "Pəriçınqıllı" dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kəlbəcər döyüşü

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.[6]

1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur, lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi işğal dövründə talan olunub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdı.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi

[redaktə | mənbəni redaktə et]

15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.

Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.

Nəhayət 25 noyabr 2020-ci ildə noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

Kəlbəcər rayonunun dağ meşələri

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Kəlbəcər rayonunun xəritəsi

Relyefi dağlıqdır . Murovdağ (Gamışdağ 3724 m, Böyük Hinaldağ d. 3367m),Şərqi Göyçə, Mıxtökən,Qarabağ silsilələrininQarabağ Vulkanik yaylasının (Dəlidağ d. 3616m) bir hissəsi yerləşir. Qıpçaq aşırımı, Ağababa dağı, Ayıçınqılı, Buzluq dağı, Çilət, Çilgəz, Dikpilləkən, Egeryurd, Gömürdağ, Xocayurd, İlandağ, Keçəldağ, Ketidağ, Kilsəlidağ, Qırxqız dağı, Qoçdağ, Qonqurdağ, Laçın dağı, Məmmədvəli dağı, Oyuqludağ, Rumbahar, Sağsağan, Sarıbulaq, Sarımsaqlı, Siçanlıdağ, Suzluq, Timarri, Yüzbulaq zirvələri də yerləşir. Yura, Təbaşir, Paleogen, NeogenAntropogenin çökmə, vulkonogen- çökmə və vulkan mənşəli süxurları yayılır.

Ərazinin yüksək keçən soyuq və dağ tundra iqlimi üstünlük təşkil edir. Yanvarın orta temperaturu −3 °C –dən −10°C-yə qədər, iyulda 5°C-dən 20 °C –yə qədərdir. İl ərzində 700–900 mm yağıntı düşür.

Mineral suları

[redaktə | mənbəni redaktə et]

Çayları və gölləri

[redaktə | mənbəni redaktə et]

Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu

Rayonun ərazisində mineral sulardan İstisu və yüksək debitə malik olan Narzan tipli turş su bulaqları, Yuxarı İstisudan 1–2 km cənub-şərqdə rodonlu sular var. Həmin sular sinir, oynaq, ürək-damarları xəstəlikləri zamanı istifadə olunur. Aşağı İstisuda çıxan mineral suyun tərkibi Çexoslovakiyadaki Karlovı Varı mineral suyunun tərkibindən keyfiyyətcə çox yüksəkdir. Bu ərazilərdə 3 mindən çox bulaq var.[7]

Kəlbəcər rayonu axar çaylarla zəngindir. Onlardan ən böyüyü Tərtərçaydır. Onun iri qolları Tutxun çayı, Lev çayı, Zəylik çayı, Keşdək çayı (Alolar suyu) və Qaraağac (Sərkər suyu) çayıdır.

  • Tunel-Başlıbel bölgəsində ən böyük çay Tutxun çayıdır. Tutxun çayının qolları bunlardır: Zərqulu suyu, Kilsəli su, Moz çayı, Qara su, Qaraxan çayı, Sağ Başlıbel suyu, Sol Başlıbel suyu, Barıtlı su, Dəlidağ suyu, Keçiliqaya çayı, Altıkövşən çayı, Qazıxanlı çayı, Qalaboynu çayı, Ağzıbir su, İldırım su, Zülfüqarlı çayı, Çovdar çayı.
  • Qamışlı Ağdaban bölgəsinin çayları: Torağaçay, Ağdaban çayı, Bulanıqlı su(qolları; Ağ su və Balıqlı su), Nadirxanlı çayı.
  • Lev-Yanşaq bölgəsinin çayları: Levçay, Ağ çay, Söyüdlü çayı, Meydan çayı, Yanşaq çayı, Qonur çay, Qaradırnaq çayı.
  • Ayrım bölgəsinin çayları: Ayrım çayı, Dal Qılışlı çayı.
  • Dəlidağ-Sarıyer bölgəsinin çayları: Qaraağac çayı (Sərkər suyu), Sarımsaqlı çayı, Haçılabış (Quru selaf) çayı, Məmmədsəfi çayı, Tövlədərə çayı, Zar çayı, Zəylik çayı, Alolar suyu, Keçəldağ çayı, Qurbağalı çay, Azadçay, Alxaslı-Malbinəsi çayı, Qaraçinar çayı, Qırmızı çay.

Nərgiz çayı, Umudlu çayı, Mərcimək çayı, Maral çayı və bir neçə balaca çaylar birbaşa Tərtər çayına tökülürlər.

Xaçınçay öz mənbəyini Tutxun çayının şərq hissəsində yerləşən dağlardan (Oyuxlu və İldırım dağlarından) götürür və Ağdaban istiqamətində axır.

Tərtərçay Kür çayının sağ qoludur. Kəlbəcər, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisindən axır. Uzunluğu 200 km, hövzəsi 2650 km²-dir. Tərtər çayı Kürün Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Çay Qonqur, Alağöl və Mıxtökən silsiləsinin birləşdiyi sahədə 3120 m yüksəklikdən axan bulaq sularının qovuşmasından formalaşır.

Başlıca qolları soldan Levçay (uzunluğu 36 km), Ağdabançay (uzunluğu 19 km), Torağaçay (uzunluğu 35 km), Dal Qılışlı çayı, Alolar suyu və Zəylik çaylarıdır. Çayın ən çox sululuğa malik olan sağ qolu Tutxun çayı və bir neçə kiçik çaylardan (Araqçay, Umudlu çayı və s.)ibarətdir.

Axımın 14%-i yağış, 28%-i qar, 58%-ı isə yeraltı sular hesabına formalaşır. Yaz-yay aylarında qar suları, çayda daşqınlar əmələ gətirir. Bu zaman illik axımın 65–70%-ni keçir. Avqust-sentyabr aylarında çayda su azalır. Oktyabr-noyabr yağışları yenidən çayda daşqınlar yaradır.

Çayın orta su sərfi 22 m³/s, illik axım həcmi isə 693,8 mln.m³-dir. Bunun 31%-i yazda, 35%-i yayda, 20%-i payızda, 14%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyun, avqust aylarında) keçən axım illik axım həcminin 18–20%-ni təşkil edir. Asılı gətirmələrin orta sərfi 7,35 kq/san, orta lillənməsi 334 q/m³-dır. Aprel-may aylarında asılı gətirmələrin 50–80%-i nəql edilir. Suyun minerallaşması hidrokarbonatlardan ibarətdir. Onun orta minerallaşması 30–50 mq/l təşkil edir.

Məşhur İstisu kurortu Tərtər çayın yuxarı axım hissəsində yerləşir. Burada səthə çıxan İstisu mineralsu mənbələri tərkibinə görə Çexoslovakiyanın Karlovı Varı, Şimali QAfqazın Yesentuki mineral bulaqlarına oxşayır.

Torağaçay qolunun qovuşduğu yerdən 3,5 km yuxarıda 1977-ci ildə çayın qarşısı 120 m hündürlükdə bənd ilə kəsilmişdir. Bəndin qarşısında su tutumu 430 mln. m³ olan Sərsəng su anbarı yaradılmışdır. Qarabağ düzünün 120 min hektar əlavə əkin sahəsi Sərsəng su anbarının suyu ilə suvarılırdı.[8]

Levçay Tərtərçayın sol qoludur, rayonun ərazisindən axır. Uzunluğu 36 km, hövzəsinin sahəsi 367 km²-dir. Mənbəyi Hinaldağın cənub yamacında dəniz səviyyəsindən 3250 m yüksəklikdən başlayır. Axımı qar, yağış və yeraltı sulardan formalaşır. Suyu suvarmada istifadə edilir.

Torağaçay Tərtərçayın sol qoludur. Mənbəyini Gamışdağın şimal yamacında dəniz səviyyəsindən 3300 m yüksəklikdən alır və Ağdərə istiqamətinə axır. Axımı əsasən yeraltı (64%), qismən də qar (21%) və yağış (15%) sularından formalaşır. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə illik axımın 65–70%-ni keçir. İllik asılı orta gətirmələr 0,42 kq/s, lillənməsi 137 q/m³-dır. Çayın suyundan suvarmada istifadə edilir.

Tutxun çayı Tərtərçayın sağ qoludur. Rayonun ərazisindən axır. Uzunluğu 35 km, hövzəsinin sahəsi 521 km²-dir. Mənbəyi Kiçik Qafqazın dəniz səviyyəsindən 2200 m yüksəklikdən başlayır. Axımını əsasən yeraltı (45–60%), qar (30–40%), qismən də yağış sularından (10–15%) alır. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımın 45–50%-ni keçir. Yayda yağan yağışlar bəzən suyu yaz daşqınlarından fəqli olan daşqınların əmələ gəlməsinə səbəb olur. Çayda ən az su sərfi yanvar ayında müşahidə edilir. Bu dövrdə keçən axım illik axım həcminin 2–3%-ni təşkil edir. Tutxun cayından suvarmada geniş istifadə edilir.

Qaraxançallı çayı
[redaktə | mənbəni redaktə et]

Qaraxançallı çayı Tutxun çayının sol qoludur. Rayonun ərazisindən axır. Uzunluğu 24 km, hövzəsinin sahəsi 181 km²-dir. Mənbəyini Kiçik Qafqazın şimal-şərq yamacında dəniz səviyyəsindən 2820 m yüksəklikdən alır. Axımı yeraltı, yağış və qar sularından formalaşır. Çayın suyu qismən suvarma işlərində istifadə olunur.

Qaraarxac çayı (Sərkər suyu)
[redaktə | mənbəni redaktə et]

Qaraarxac çayı (Sərkər suyu) Tərtərçayın sol qoludur. Uzunluğu 15 km-ə qədərdir. Mənbəyini Keçəldağ və Allagöllər-Sarıyer yüksəkliklərindən götürür. Axımı yeraltı, yağış və qar sularından formalaşır. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Çayın suyundan qismən suvarmada istifadə olunur.

Zəylik çayı Tərtərçayın sol qoludur. Uzunluğu 12 km-ə yaxındır. Mənbəyini Keyti dağının şərq, Qonurdağ silsiləsinin cənub yüksəkliklərindən götürür. Axımı yeraltı, yağış və qar sularından formalaşır. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Çayın suyundan suvarma işlərində istifadə olunur.

Zar çayı Zəylik çayının sağ qoludur. Uzunluğu 9 km-ə yaxındır. Mənbəyini Keyti dağının cənub-qərb və qərb, Ağduzdağ dağının şərq və Qazanuçan dağ silsiləsinin şimal-şərq yüksəkliklərindən götürür. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Çayın suyundan suvarma işlərində istifadə olunur.

Keşdək çayı (Alolar suyu)
[redaktə | mənbəni redaktə et]

Keşdək çayı (Alolar suyu) Tərtərçayın sol qoludur. Mənbəyini Qonqur dağının şərq və Qumlu dağın cənub yüksəkliklərindən götürür. Axımı yeraltı, yağış və qar sularından formalaşır. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Çayın suyundan suvarma işlərində istifadə olunur.[9]

Su mənbələrinin blokadaya alınması
[redaktə | mənbəni redaktə et]

Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan üçün həyati məsələdir. Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və b. özləri ilə düzən ərazilərə bol su gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır. Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir.

Göstərilən Tərtər hidrokompleksinin yaratdığı Sərsəng su anbarı və elektrik stansiyası hazırda Ermənistan hərbi qüvvələrinin nəzarəti altındadır. Sərsəng su anbarında suyun həcmi 560 min kub metrdir. Bu anbardan öz başlanğıcını götürən magistral kanallar düzən hissədə yerləşən Tərtər, Ağdam, Bərdə, Goranboy rayonları ərazilərində 80,1 min hektar torpaq sahəsini suvarırdı. Hazırda Sərsəng su anbarından kanallara verilən suyun qabağı işğalçı ermənilər tərəfindən kəsildiyinə görə Azərbaycanın göstərilən rayonlarında əkinlər məhsul vermir.[10]

İstisu mineral suları
[redaktə | mənbəni redaktə et]

Kəlbəcərdə çıxan İstisuyun kimyəvi analizi ilk dəfə 1927-ci ildə aparılmışdır. Təbii termal sularda suyun hərarəti 22–25 °C, bulaqların dibiti 0,1–4 1/san, minerallaşma 4–5 q/l arasında dəyişir.

Buruq quyuları 25–62 m dərinlikdə 62–75 °C hərarətlə, bəzi quyularda isə daha yüksək istilikdə olur. 1,0–2,0 1/san debitə, 4,2–6,9 q/l minerallaşmaya malik termal sular aşkar edilir. Zonanın bütün termal suları kimyəvi tərkibinə görə karbonqazlı, sulfat-xlorid-hidrokarbonat-natriumludur, bu da Kəlbəcər rayonunun termal sularının formalaşma şəraitinin eyni olduğuna dəlalət edir. Termal suların qaz faktoru çox yüksəkdir, təbii çıxışlarda və quyuların suyunda qaz tamamilə karbon qazından ibarətdir. Suların keyfiyyəti temperaturdan asılı olaraq belə dəyişirː qaynar sularda minerallaşma 0,7 q\l-ə qədər, soyuq sularda isə 3 q\l-dən çox olur.

Akademik Mirəli Qaşqayın bir neçə illik fədakar əməyi nəticəsində Qoturlu istisuyu yerin səthinə çıxarılmış və müalicə üçün istifadəyə verilmişdir.

Rayonun termal sularında radon aktivlik-771 vahid Bağırsaq qrupunda qeyd edilir. Proqnoz istismar ehtiyatları 2171,1 m³\gün təşkil edir.

Aşağı istisuda fəaliyyət göstərən "Mineral sudoldurma" zavodu hər gün minlərlə şüşə qablara mineral istisu doldurub, Azərbaycanın regionlarına və başqa respublikalara ixrac edirdi.

İstisu mineral suları ilə birlikdə yerin səthinə küllü miqdarda karbon qazı çıxır. Bu qaz suların qablaşdırılması prosesində istifadə olunur. Karbon qazının küllü miqdarda olması onun başqa ölkələrə ixrac etməsinə imkan verir.[7]

Xalq arasında İstisu "ocaq yeri" sayılır. Bir neçə yüz il bundan qabaq şikəst və xəstə adamları şəfa tapmaq üçün İstisuya gətirirmişlər.[7]

Azərbaycanın ən məşhur kurortlarından biri — İstisu kurortu da burada yerləşir.

Torpaq tipləri

[redaktə | mənbəni redaktə et]

Çimli dağ-çəmən, qəhvəyi və qonur dağ-meşə torpaları yayılmışdır.

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Rayonun mərkəzi və şərq hissələrində enliyarpaq meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri yayılmışdır.

Heyvanlar aləmi

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində dağ keçisi, cüyür, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, toğlugötürən, qartal əsas heyvan və quş növləridir.

Faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]

Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefri-toidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahirlər aşkar edilib. Bu yataqlardan Söyüdlü və Ağduzdağ yataqları sənaye əhəmiyyəti daşıyır ki, onların bazasında Kəlbəcər rayonunda qızıl sənayesi təşkil etmək olar.

Rayonun mineral xammal ehtiyyalarının aşkarlanması və öyrənilməsində M. Ə. Qaşqayın, Ə. Ş. Şıxəlibəyinin, Ş. R. Əzizbəyovun, M. M. Məmmədovun, O. Həmzəyevin, T. N. Nəsibovun, F. Zeynalovun, Q. İAllahverdiyevin, Z. A. Vəliyevin, S. M. Mikayılovun, Ö. Ə. Musayevin, G. M. Quliyevin, N. İ. Əliyevin, Z. M. Məmmədovun, K. S. Əliyevin, V. G. Ramazanovun, E. S. Süleymanovun, Q. S. Hüseynovun, Z. A. Vəliyevin, Z. M. Atakişiyevin, Şahlar Əzizovun, A. M. Ağakişiyevin, X. X. Feyzullayevin, H. N. Rəhimovanın və digər geoloqların əvəzsiz əməyi olmuşdur.

Kəlbəcər rayonundakı qızıl yataqları

[redaktə | mənbəni redaktə et]
Ağduzdağ filiz sahəsi
[redaktə | mənbəni redaktə et]

Ağduzdağ yatağı Zar çayının yuxarı axarında Kəlbəcər çökəkliyinin şimal hissəsində yerləşir. Yataq Şurtan, Zəylik, Qaraarxacçay qızıl təzhürləri ilə birlikdə Şərqi Göyçə silsiləsi ilə Tərtər çayı arasında geniş bir sahəni əhatə edir.

Ağduzdağ yatağı E. S. Süleymanovun (1982-ci il) təsnifatına görə damar tipli olub vulkanoqen-hidrotermal mənşəlidir.

Yataq qızıl-kvars formasiyasına aid olub, vulkan tiplidir. Geoloji quruluşunda intensiv dəyişilmiş alt təbaşir və zəif dislokasasiyaya uğramış üst təbaşir çöküntüləri iştirak edir.

Ağduzdağ filiz sahəsinin geoloji strukturu onun iri Keytidağ vulkan-tektonik strukturuna bağlılığı ilə müəyyən edilir. Bu tektonik struktura vulkan çökmə kalderasına aiddir. Keytidağ kalderası vulkan-tektonik çökmə tipli olmaqla bir tərəfdən mərkəz tipli intensiv vulkan püskürməsi, digər tərəfdən isə ərazinin əyilməsi nəticəsində əmələ gəlmişdir.

Yataq cavan mioplisen yaşlı hidrotermal mənşəli qızıl filizi yataqlar qrupuna aiddir. Yataq ərazisində geniş yayaılmış törəmə kvaristlər müəyyən dərəcədə qızıllıdır.

Filiz kütlələri ştokverk tipli morfologiyaya malikdir. Yataq ərazisində sulfidləşmiş hidrotermal dəyişilmiş zonalar da geniş yayılmışdır. Filiz kütlələri yerləşən zonaların uzunluğu 15–20 m-dən 2 km-ə, eni isə 150–200 m-ə qədərdir.

Ağduzdağ qızıl yatağının mineraloji tərkibi kifayət qədər sadə olmaqla aşağıdakı minerallardan təşkil olunmuşdurː hipogen filiz minerallarıː sərbəst qızıl, sərbəst gümüş, altait, pirit, xalkopirit, sfalerit, aykinit, hematit, maqnetit, rutilː hipergen filiz mineralları- hetit, hidrohetit, lepidokrit, hematit, bornit, kovellin, malaxit və azuritː damar mineralları- kvars, kalsit, siderit, ankerit.

Filiz sahəsi hüdudlarında Şirvan, Keytidağ, Ağduzdağ, Zəylik, Vaqif, Sabir, Füzuli və s. digər bir-birindən təcrid olunmuş qızıl təzahürləri mövcuddur. Bu təzahürlər məkanca bir-birinə yaxın yerləşən vahid Ağduzdağ yatağını əmələ gətirirlər və Keytidağ kalderası hüdudlarında qövsvari yerləşirlər. Ağduzdağ yatağının proqnoz qızıl ehtiyatları təxminən 20 tondan çoxdur.

Şirvan filiz sahəsi ən perspektivli təzahürdür. Şirvan təzahürü zonasında intensiv kvarslaşma süxurları və qızıl daşıyan kvars damar və damarcıqları geniş yayılmışdır. Filizə nəzarətedici struktur elementi kimi riolit və riodasit tərkibli daykalar əsas rol oynayır.

Keytidağ filiz təzahürü filiz sahəsinin şimal hissəsində yerləşərək andezit dasitlərdən, riodasitlərdən və onların tuflu brekçiyalarından təşkil olunub. Filiz kütlələrinin qalınlığı 0,2–1,5 m (bəzən 7 m-ə qədər), uzunluğu isə 100–200 m-dən 1,5 km-ə qədərdir. Filiz kütlələri kvars damarları və damarcıqları formasındadır. Narın dənəli kvarslar qəndəbənzər, duruzaşəkilli, brekçiyavari və lövhəvari növləri ayrılır. Qızılın sənaye konsentrasiyası əsasən duruzvari kvarsla əlaqədardır. Qızılın yüksək konsentrasiyası tufoqen əmələgəlmələrdə müşahidə olunur.

Ağduzdağ təzahürü bir-birinə paralel yerləşmiş meridional istiqamətli filiz zonaları ilə təmsil olunub. Zonaların qalınlığı 0.3 m-dən 2 m-ə qədərdir.

Zəylik filiz təzahürü eyniadlı çayın orta axımında yerləşib. Qızıl minerallaşması zəif piritləşmiş törəmə kvarsitlərlə əlaqədardır. Törəmə kvarsitlər tektonik proseslər nəticəsində tufogen süxurların intensiv dəyişməsindən əmələ gəlmişdir.

Ağduzdağ filiz sahəsi sadə mineral tərkibə malikdir. Filiz damarında əsas mineral kvarsdır (95–98 %). İkinci dərəcəli minerallardan (pirit, xalkopirit, sfalerit, qalenit, maqnetit, sərbəst qızıl, altait, aykinit, civə və s.) təmsil olunmuş filiz minerallarının payına ümumi filiz kütləsinin 2–3 %-i düşür. Qızıl iki generasiyaya malikdir. Tərkibində gümüşün miqdarı 35–40 % olan qızıl elektrum adlanır.

Ağduzdağ təzahür zonasında mineraləmələgəlmə üç mərhələdə baş vermişdirː kvars-qızılː kvars-qızıl-sulfidː kvars-karbonat. Qızılın əsas kütləsi (70 %-ə qədər) hidrometal prosesin ikinci məhsuldar mərhələsində ayrılıb.

Filiz kütləsinin tərkibində Si, S, Fe, Ca, Ti, Cu, Pb, Zn, As, Sr, Mo, Ag, Au, Hg, Sb, Bi, Co, V, Ni, Cr, Ga, Se müəyyən olunub. Qeyd edilənlərdən ː Ag, Cu, Zn, Mo, Pb, Hg, Sb, As, Ni, Co nisbətən geniş yayılıb. Qızıl əsas komponent olub, əsasən sərbəst şəkildə filiz kütləsində yerləşir. Ağduzdağ filiz sahəsində əsas qızıl daşıyıcı kimi kvars damarlar hesab edilir.

Mehmana filiz rayonu
[redaktə | mənbəni redaktə et]

Qızılbulaq qızıl-mis-kolçedan sahəsi Ağdərə ərazisində Sərsəng SES-in sağ sahilində yerləşir və Mehmana filiz rayonunda ən perspektivli sahə sayılır. Vulkanoqen qrupunun qızıl saxlayan mis-kolçedan formasiyasına aiddir.

Qızıl saxlayan mis-kolçedan formasiyası bazalt maqmatizmi ilə əlaqədardır.

Filiz rayonunda konsentrik-həlqəvi strukturlar ayrılır. Bu strukturlar içərisində Drombon strukturu ölçüsünə görə ən böyükdür. Bu həlqə və strukturlar filiz sahəsinin digər təzahürlərini nəzarət edirlər. Filizləşmənin həlqəvi strukturlarla sıx əlaqəsi müşahidə olunur.

Filiz kütləsi massiv, damarvari, damarcıq-möhtəvi və möhtəvi morfologiyaya malikdir.

Filizlərin tərkibində xalkopirit (5–10 %-dən 70–75 %-ə qədər), pirit (2,0 %-dən 50–55 %-ə qədər), markazit (0,5-dən 30–35 %-ə qədər), arsenopirit, bornit, üstünlük təşkil edirlər. Filiz kütləsinin xeyli hissəsi damar minerallarından (kvars və karbonatlardan) ibarətdir. Üçüncü filiz cismində əsas kütlə limonitləşmiş kvars-kaolinitlərdən ibarətdir. Onun səciyyəvi mineralları oksidləşmə zonası üçün xas olan xalkozin, kovellin, malaxit, azurit, limonit, hematit və s. ibarətdir.

Müəyyən edilib ki, Qızılbulaq filizlərində saxlanılan qızılın əsas hissəsi sərbəst haldadır. Yalnız kiçik bir hissəsi narın dispersi şəklində olub, pirit, xalkopirit və digər sulfid mineralların tərkibində yayılıb.

Yataqdan götürülmüş 43 sınağın nəticəsi belədirː Au(0,20–7,40 q/t), nadir hallarda 20–25 q\t, orta miqdarı 2,00 q\t, bəzi hallarda 4,8 q\tː

Ag (0,40–15 q\t), nadir hallarda 20–74 q\t. orta miqdarı 9,80 q\t-dur.

Zod-Tutxun filiz rayonu
[redaktə | mənbəni redaktə et]

Bu filiz rayonunda iki filiz qovşağı mövcuddurː Söyüdlüçay və Tutxun.

Tutxun filiz qovşağı Tərtər çayının sağ qolu olan eyniadlı çayın hövzəsində yerləşərək, Tutxun filiz sahəsini əhatə edir.

Tutxun filiz sahəsinin geoloji quruluşu və filizliyi M. A. Qaşqay, T. N. Nəsibov, E. Ş. Şıxəlibəyli, E. S. Süleymanov, S. M. Süleymanov, S. A. Bəkdaşi, Z. M. Atakişiyev, V. G. Ramazanov, Q. S. Hüseynov və b. geoloqlar tərəfindən öyrənilmişdir.

İntruziv əmələgəlmələr ultraəsasi süxurlarla və həmçinin qabbro, qabbro-diorit, diorit, kvars-diorit və qranit tərkibli kiçik intruziyalarla təmsil olunublar. Vulkan-intruziv fəaliyyətin müxtəlif mərhələsinə mənsub olan daykalar da geniş intişar tapıb.

Filiz sahəsinin strukturunda diorit-porfirit, kvars-diorit-porfirit daykaları xüsusi əhəmiyyət daşıyırlar.

Tutxun filiz sahəsində Ağzıbir, Qızılitən, Qərbi Qızılitən, Qazıxanlı, Qalaboynu, Tutxun, Zərqulu, Oruclu, Yeni Qalaboynu qızıl təzahürləri aşkar edilib və öyrənilib.

Bunlardan ən əhəmiyyətliləri Ağzıbir və Qızılitən yataqlarıdır. Bu yataqlarda geniş geoloji-kəşfiyyat işləri aparılıb, yataqlar yer səthində və dərinliyə izlənilib və sənaye proqnoz ehtiyatları hesablanıbdır. Bu yataqlar qrupu ikinci bir qızıl sənaye obyekti kimi iqtisadi potensiala malikdir.

Yeni Qalaboynu təzahürü Qazıxanlı antiklinorisinin cənub-qərb cinahında yerləşərək eyniadlı dərinlik qırılması ilə əlaədardır.

Bu təzahür hidrotermal dəyişilmiş, kvarslaşmış, dəmirləşmiş, qalınığı 15–20 sm olan sulfid minerallaşması daşıyan kvars-karbonat damar və damarcıqları ilə təmsil olunurlar.

Filiz damarlarının 10–20 %-ni təşkil edən sulfidlər əsasən pirit, xalkopirit, sfalerit, qalenit və antimonit minerallarından ibarətdir.

Zonanın filizində qızıl, gümüş, sink, mərgümüş vismut və civə kimi elementlər iştirak edirlər. Qızıl və gümüşün miqdarı böyük intervalda dəyişir. Zona yüksək perspektivli hesab olunur.

Qərbi Qızılitən təzahürü Qızılitən yatağının şimal-qərb cinahında yerləşərək, partlayış borusu ilə əlaqədardır.

Hidrotermal dəyişilmə zonaları əsas morfoloji tip olub, intensiv kaolinləşmə və piritləşmə ilə müşayiət olunurlar.

Filizlərin tərkibində pirit, xalkopirit, sfalerit, qalenit, tetraedrit, sərbəst qızıl, bulanjerit, burnonit, antimonit minerallarına rast gəlinir.

Filiz mineralları içərisində pirit daha çox yayılmışdır (filiz kütləsinin 90 %-ə qədəri).

Qızılın miqdarı 0,1–13,2 q\ton arasında dəyişir.

Gümüş filizlərdə həm sərbəst, həm də birləşmələr şəklində müəyyən edilib.

Geoloq-alimlər-V. C. Ramazanov və E. S. Süleymanov tərəfindən aparılan beş rentqenospektral analiz nəticəsində gümüşün üç mineraldaː freybergitdə, tetraetritdə və qalenitdə olduğu aşkar edilib. Gümüşün ən yüksək konsentrasiyası freybergitdədir (16,18 %).

Tutxun filiz sahəsinin qızıllı sahələri əsasən Qazıxanlı antiklinorisinin müxtəlif istiqamətli qırılma və qırışlarla kəsişmə qovşaqlarında yerləşiblər. Belə struktur şəraitlərdə Başlıbel, Mustafa, Çovdar, Ağyataq və s. qızıl, kolçedan və civə təzahürləri yerləşir.

Tutxun filiz qovşağı yataqlarının əmələgəlməsi alp tektonik-maqmatik siklinin erkən orogen inkişaf mərhələsində baş vermişdir. Tutxun filiz sahəsində filizləşmənin görünən şaquli amplutudası 500 m-ə qədərdir.

Geoloq-alim V. G. Ramazanov 1981-ci ildə termobarometrik tədqiqatlarla müəyyən etmişdir ki, Tutxun filiz sahəsində filizəmələgəlmə prosesi 190–240 °C temperatur, 200–250 atmosfer şəraitində baş vermişdir.

Söyüdlüçay filiz qovşağı
[redaktə | mənbəni redaktə et]

Söyüdluüçay filiz qovşağı Lev çayının yuxarı hövzəsində Almalı-Göydərə antiklinal qırışığı hüdudlarında yerləşir. Bu filiz qovşağında iyirmidən çox qızıl təzahürləri (Qonqur, Göydərə, Dəmirçidam, İstibulaq, Alagöllər, Nərimanlı, Zod və s.) aşkar edilmişdir. Bu təzahürlər Zod qızıl filizi qovşağın qərb cinahında yerləşirlər.

Zod yatağı 1951 ci-ildə "Qafqazqızılkəşfiyyat" kontoru tərəfindən aşkar edilmiş və 1956-cı ilə qədər Azərbaycanın Kəlbəcər rayonu ərazisində kəşfiyyat işləri "Gürcüstanqızıl" və "Qafqazqızılkəşfiyyat" kontorları tərəfindən aparılmışdır.

Əldə olan məlumatlara görə 1993-cü il işğal dövründən sonra bu işlərin həcmi və intensivliyi qat-qat artırılıb.

Zod yatağı Söyüdlüçayın yuxarı axarında rayon mərkəzindən 32–35 km aralıda yerləşib.

Yataq rayonunda ultraəsasi və əsasi süxur massivləri, onların damar derivatları geniş yayılır.

Tektonik baxımdan yataq Almalı-Göydərə antiklinin ox hissəsində və cənub-qırb cinahındadır. Yataq bütün tərəflərdə qırılmalarla məhdudlaşmış tektonik blokda yerləşib.

Yatağın əsas filiz nəzarətetdirici strukturası en istiqamətli Zod qırılmasıdır. Filizəmələgəlmədə tektonik zonada yerləşmiş qabbroid massivlərə xüsusi yer verilir.

Filiz kütlələri damar zonaları və sulfid minerallaşması daşıyan linzavari kvars damarları ilə təmsil olunur. Qızıl filizləşməsi əlverişli fiziki-mexaniki xüsusiyyətlərə malik müxtəlif süxurlar daxilində yerləşir.

Mineraləmələgəlmənin altı mərhələsi qeyd olunurː kvarslaşmaː kvars-pirit-arsedopiritləşməː kvars-karbonat-yarımsulfidləşmə qızıl filiziː kvars-qızıl-telluridləşmiş sulfidlər, qızıl filiziː kvars-antimonitləşmiş və kvars-karbonatlı.

Əsas hipogen minerallar aşağıdakılardırː pirit, arsenopirit, markazit, sfalerit, pirrotin, xalkopirit, antimonit. Filizdə qızıl, gümüş, mis, qurğuşun, civə və vismut aşkar edilib. Damar minerallarından kvarsı qeyd etmək olar. Az miqdarda dəmir-maqnezit, ankerit, həmçinin serpentin, xlorit və s. iştirak edir. Yataq qızıl-sulfid-kvars-karbonat formasiyasına aiddir.

Filizləşmədə əsas komponentlər qızıl, gümüş, tellur, vismut, xalkopirit və sfaleritdən ibarətdir. Qızıl əsasən sulfidlərlə cəmləşir. Təxminən 79% qızıl piritlə (58 %), arsenopiritlə (21 %) assosiasiya təşkil edir. Qızıl həm də sərbəst şəkildə təmsil olunub.

Qızıl filizləridə əsasən dispers və sərbəst hissəciklər şəklində sulfidlərdə, tellur damar minerallarında isə narın dispers səkilində yayılır. Qızıla müxtəlif formalarda (0,3 sm-dən 1–1,5 sm² ölçüdə-vərəqvari və löhvəvari0 rast gəlinir.

Qızıl yüksək əyyarlıdır (840–950). Qeyd etmək lazımdır ki, sulfidlərin oksidləşməsi nəticəsində əmələgəlmiş qızıl daha yüksək əyyara malikdir. AuːAg nisbəti 1ː7 — dir. Yataq üzrə qızılın orta miqdarı 9.24 q\t, gümüşün- 15.67 q\t, tellurun- 30,9 q\t-dur.

Zod-Söyüdlüçay filiz sahəsində Zod yatağından başqa 20-dən çox qızıldaşıyan zonalar məlumdur. Bu zonalar Azərbaycanın ərazisinin qərbində yerləşir.

Söyüdlüçay sahəsindəki zonalar əsasən linza-damar şəkilli listvenit kütlələrindəndir. Bu kütlələrin ölçüləri geniş intervalda dəyişir. uzunluğu bir neçə yüz metrdən 5–6 km və daha çox qalınlığı isə 2–15 m-dən 40–50 m-ə çatır. Filiz kütlələri arasındakı məsafə bir neçə metrdən 200–300 m və daha çoxdur.[11]

Kəlbəcər rayonundakı civə yataqları

[redaktə | mənbəni redaktə et]

Rayonun ərazisində civəninin axtarışı və kəşfiyyatı ilə müxtəlif illərdə M. Ə. Qaşqay, S. M. Süleymanov, T. N. Nəsibov, Ə. F. Kərimov, F. Zeynalov, V. M.babazadə, Z. A. Vəliyev və b. məşğul olublar. 1969-cu Azərbaycan geoloqlarının əməyi sayəsində ilk dəfə olaraq Kəlbəcər rayonu ərazisində Ağyataq civə yatağı aşkar edildi. Bundan sonra rayon ərazisində çoxlu sayda yeni yataqlar (Şorbulaq, Ağqaya, Sarıdaş, Güneypəyə, Qılınclı, Şırran, Levçay, Yelizgöl, Qara qaya və s.) aşkar edildi.

Geoloq-alim T. N. Nəsibov 1976-cı ildə Kəlbəcər rayonunun civə yataqlarını sistem şəklinə salaraq onları tiplərinə ayırdıː

  • listvenit tipli yataqlarː Şorbulaq, Ağyataq, Ağqaya, Sarıdaş, Güneypəyə və s.
  • tufogen-qırıntılı süxurlarda çat tipli yataqlarː Yeni Lev, Şırran, Qərbi Lev.
  • casperoid tipli yataqlarːLevçay, Yelizgöl.
  • karbonat tipli yataqlarː Milli, Qamışlı və s.

Qeyd edilmiş yataqların hamısı Kiçik Qafqazın Kəlbəcər rayonu ərazisindən keçən Göyçə-Qarabağ zonasında yerləşmişlər.

Ümumiyyətlə Kəlbəcər rayonunda 40-dan çox civə yataq və təzahürləri aşkar edilib.

Şorbulaq və Ağyataq civə yataqları daha yaxşı tədqiq edilmiş və onların əsasında Şorbulaq civə zavodu tikilmişdir.

Levçay civə yatağı Tərtərçayın böyük sol qolu olan Levçayın yuxarı hövzəsində yerləşir. Yataq məkanca Göygöl-Levçay zonasının şimal-qərbində geniş bir sahəni əhatə edir (20 km-dən çox).

Burada Levçay sürmə-civə yatağından əlavə 10-a qədər təzahür mövcuddur.

Levçay yatağı ərazisində Yeni-Lev, Qərbi-Lev, Şırran, Yelizgöl, Qaraqaya və s. filiz təzahürləri aşkar edilmişdir.

Levçay yatağı üst senon yaşlı əhəngdaşlarından təşkil olunub. Filiz nəzarət edən qırılma Ağdaş antiklinalinin tağı boyu keçir. Antiklinal qırışıq hər yerdə civə minerallaşması daşıyır. Yataqda civə ilə yanaşı həm də sürmə və mərgümüş filizləşməsi də geniş yayılıb.

Yelizgöl təzahürü filiz sahəsinin cənub-şərqində, Yeni-Levçay təzahüründən şərqdə casperoidlərdən təşkil olunmuş süxurlarda yerləşir. Casporoidlərin maksimal eni 200–250 m-ə yaxındır.

Tanrıyoxuşu civə minerallaşma zonası Levçay filiz sahəsinin şimal hissəsində, Susuzluq üstəgəlmə zolağını əhatə edir. Uzunluğu 20 km olan bu üstəgəlmə zonası ilkin oreyollar və nöqtəvi civə minerallaşması şəklində onun civəliyini müəyyən edir.

Seyidlər təzahürü Levçay filiz sahəsinin cənub-qərbində yerləşir. Filiz kütlələri intensiv kvarslaşma, argilləşmə və karbonatlaşma ilə təmsil olunmuş listvenitlərlə əlaqəlidir. Zonanın ümumi qalınlığı 20–30 m-dən 50–100 m-ə çatır və civə minerallaşması 2 km məsafəyə qədər uzanır.

Güneypəyə qrupu Seyidlər təzahüründən cənub-şərqdə yerləşir. Bu qrupa vahid Qamışlı-Cəmilli əks-fay ilə nəzarət olunan və Çiçəkli-Qonqur sinklinali ilə məhdudlaşan Atdaşı və Yalkənd filiz təzahürləri aiddir.

Bu zonanın hüdudlarında listvenitlərlə, listvenitəbənzər süxurlarla, kampanın silisiumlaşmış əhəng daşları, qum daşı, gilli çöküntülərlə əlaqəli bir sıra minerallaşma sahələri qeyd edilmişdir.

Qamışlı yataq və təzahürlər qrupu Levçayın aşağı axımında yerləşmişdir. Civə filizləşməsi çox da böyük olmayan filiz cisimləri əmələ gətirməklə listvenitlərdə toplanmışdır. Qamışlı sahəsində qabbrolarda qızıl filizləşməsi də (0,2–1,0 q/t) qeydə alınmışdır.

Almalı-Göydərə antiklinal zolağının civə təzahürü Söyüdlüçay hövzəsində, bu çayla Tərtər çayının arasındaki Göydərə suayrıcında yerləşir. Bütün bu civə və onunla assosiasiya yaradan qızıl, Şeelit, mis, sürmə və başqa filiz təzahürləri geoloji cəhətdən dəqir öyrənilməmişdir. Məhz bu struktura ilə Zod qızıl yatağı və bir sıra civə yataqları əlaqəlidirlər.

Qılınclı filiz sahəsi eyniadlı kəndin ətrafında, Tərtər çayının sağ və sol yamacını əhatə edir. Bu filiz sahəsinə Arxacdərə, Böyükgüney, Sarıyal, Bulaqlı və s. təzahürləri daxildir.

  • Böyükgüney filiz sahəsi
  • Şorbulaq filiz sahəsi
  • Ağ]yataq filiz sahəsi
  • Ağyataq yatağı filiz sahəsi
  • Zülfüqarlı filiz sahəsi
  • Eyvan filiz sahəsi
  • Ağqaya filiz sahəsi
  • Laçın-Başlıbel qırılmasının civə təzahürü.[12]

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən de-yuri rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşir.[13] Onlar 1 şəhər, 1 qəsəbə və 44 kənd izibati ərazi dairəsi olmaqla 46 inzibati ərazi dairəsinə daxildirlər. Bununla əlaqədər olaraq Kəlbəcər respublikada sahəsinə görə 1-ci rayondur .[13] İstisu qəsəbəsi, Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım,, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı Başkənd, Başlıbel, Bazarkənd, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çərəkdar, Çıldıran, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çormanlı, Çovdar, Dalqılınclı, Damğalı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Dəvədaşı, Dovşanlı, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Hayad, Heyvalı, Həsənlər, Həsənriz, Hopurlu, Xallanlı, Xanqutala, Xoləzəy, İkinci Milli İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kərəmli, Kilsə, Kilsəli, Kolatağ, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Qızılqaya, Qozlu, Qozlukörpü, Quzeyçirkin, Laçın, Lev, Mehmana, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı Moz, Mozqaraçanlı, Nadirxanlı, Narınclar, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şahmansurlu, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Vəngli, Yanşaq, Yanşaqbinə, Yayıcı, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Oratağ, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zardaxaç, Zərqulu Zəylik, Zivel, Zülfüqarlı kəndləri daxil idi. Ağzıbir, Alıkənd, Aşağı Xac, Boyur, Buzduxqar, Çaxmaq-Bina, Çapar, Eger-Yurd, ƏmirallarFərxani, Gazarahox, Gözlübulaq, Xaçkənd, Xanməmməd-Bünaən, İmarət Qərvənd, Kaxat-Xəl, Kalatalıq, Kıavşan, Knaravan, Kürd-Dam, Qaradağlı, Qaraxanlı, Qazarkı-Qomər, Qoturlu, Quş yuvası, Ləmbəran, Maraldam, Məhrablı, Oktyabrkənd, Otaxlar, Sarıgüney, Sarımoğlu, Tamaşa, Təkəçaya kəndləri ləğv edilmiş, Ağdərə rayonunun bir sıra məntəqələri Kəlbəcərə birləşdirilmişdir.

  • Əhalisi (2020): 77003 nəfər.
  • Əhalisinin sıxlığı (nəfər / 1 km²) 39,66 nəfər
  • Şəhər əhalisi: 11 min 766 nəfər.
  • Kənd əhalisi: 65 min 237 nəfər.
  • Kişilərin sayı: 38 min 396 nəfər
  • Qadınların sayı: 38 min 607 nəfər
  • Ərazisi. 3054 kv kilometr
  • Qarabağ müharibəsi əllilərinin sayı −75 nəfər
  • Şəhid ailələrinin sayı −488 ailə
  • Məcburi köçkünlərin sayı — 66985 nəfər

Əhalisi 1 yanvar 2020-ci il tarixə olan məlumata əsasən 77.003 min nəfərdir, o cümlədən Bakı şəhərində 13,6%, Gəncə şəhərində 21,7%, Yevlax rayonunda 5%, Abşeron rayonunda 5,4%, Bərdə rayonunda 9,1%, Goranboy rayonunda 12%, Göygöl rayonunda 7,7%, Tərtər rayonunda 5,4%, digər 46 şəhər və rayonda 20% olmaqla müvəqqəti məskunlaşmışdır.

2019-cu ilin sonlarından etibarən işğal altındakı Kəlbəcər rayonu ərazisində işğalçı dövlət Ermənistan tərəfindən qeyri-qanuni yaşayış məskəni salınmağa başlamışdır.[14]

13–22 aprel 2009-cu ildə həyata keçirilmiş əhali sayımının AzStat tərəfindən elan edilmiş rəsmi yekunlarına əsasən müvafiq tarixdə rayonun ərazisində daimi qeydiyyatda olan de-yuri 80.769 nəfər qeydə alınsa da erməni milliyyətindən olan əhalinin sayı təxminə əsaslanmış, rayonda de-fakto rəsmi qeydiyyatda olan əhali say50.987 nəfər olmuşdur.

Kəlbəcər rayonunda əhalinin milli tərkibi
Etnik qrup 1999 sa.[15] 2009 sa.[16][17] 2020 sa.
cəmi əhali 66 211 80 769 77 003
Azərbaycanlı 55127 70 895 76 916
çeçenlər 9 794 9 794
kürd 1 248 38 41
rus 14 33 34
ukraynalı 9 - 1
ləzgi 9 - 1
yəhudi 4 - -
tatar 3 - 3
digər 3 9 7

İqtisadi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 — Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir. Murovdağ, Şahdağ, Göyçə, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb.

Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Rayonun İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində – rayonunun 29 kilometrliyində yerləşir. "Xudadəng" də adlandırılan abidə kompleksi VI–VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində – bir dərədə yığılaraq suxurlaşmış və kiristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.

Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. "Alban" adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən dağıdılıb.

Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı -"əkiz"lərdir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Kustar şəkildə, bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Bu təsvirlərdən biri belədir: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır. Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer, o biri isə Ay güman olunur.

  1. "İcra Hakimiyyətinin Başçısı". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-22.
  2. "Kəlbəcər daha Azərbaycanın ən böyük rayonu olmayacaq - SƏBƏB". Modern.az (az.). 2023-11-24. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  3. "Ermənistan Azərbaycan Prezidentinin şərtlərini qəbul etdi və təslim oldu" (az.). apa.az. 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2021.
  4. "Ermənistan tərəfi Kəlbəcərin təhvil verilməsinə görə vaxt istədi" (az.). oxu.az. 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2021.
  5. "Arxivlənmiş surət". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.
  6. "Ehtiyatda olan polkovnik: "Döyüşən briqadanı işğal olunmuş rayona göndərmək hərbi cinayət idi"". 2014-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  7. 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  8. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
  9. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
  10. "Arxivlənmiş surət". 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.
  11. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
  12. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  13. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İnzibati ərazi bölgüsü təsnifatının qüvvədə olan variantı (30.05.2013-tarixli nəşri Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine): Kəlbəcər rayonu—60100001 Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine
  14. Azərbaycan Xarici İşlər Nazirliyi. "XİN: Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti davam etdirilir" (az.). AzərTAc. 15.08.2020. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  15. Population statistics of Eastern Europe: Azerbaijan: Ethnic composition: 1999 census Arxivləşdirilib 2017-09-19 at the Wayback Machine
  16. Population statistics of Eastern Europe: Azerbaijan: Ethnic composition: 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  17. "Əhalisi — Kəlbəcər Rayon İcra Hakimiyyəti". Archived from the original on 2015-06-29. İstifadə tarixi: 29 iyun 2015..

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]