Qazıxanlı
Qazıxanlı | |
---|---|
39°58′10″ şm. e. 46°16′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qazıxanlı — Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qazıxanlı - Kəlbəcər rayonunda dağətəyi ərazidədir. Bu yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisində mövcud olmuş Qazıxanlı kəndindən köçmüş əhali salmışdır. Laçın rayonunun Zerti kəndi yaxınlığında Qazıxanlı yeri adlı köhnə kənd yeri də mövcuddur. Qazıxanlı nəsil adıdır. Qızılbaş tayfalarından sayılan təkəli tayfasının əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazı xan olmuşdur. Atası Urmi (Urmiya) hakimi idi və Div Sultanın əmri ilə öldürülmüşdü. Qazı xan Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzənin lələsi oldu, sonralar Ruma getdi. Sultan Süleyman İraq hakimiyyətini ona əta etdi və 947-ci ildə (8.I. 1540 - 26. IV. 1541) beş min nəfərlə o diyardan qaçıb Şah I Təhmasibin hüzuruna gəldi və Şirvanın Bakı, Salyan və Mahmudabad şəhərlərinin hakimi oldu və Alxas Mirzənin təhriki, Şah I Təhmasibin fərmanı ilə öldürüldü. Qazı xan Təkəli 1534-cü ildə Osmanlı hökmdarı Sultan Süleymanın Azərbaycana birinci yürüşü zamanı şaha xəyanət edib Osmanlıların tərəfinə keçmişdi. Qazı xan 1540-cı ildə Bakıya hücum edib çətinliklə şəhəri tutmuş, əhalinin bir hissəsini qılıncdan keçirmişdi. Mülahizələrə görə, Qazıxanlı etnonimi Qazı xanın adı ilə bağlıdır.Kənd əhalisi Oğuzların Salur boyuna mənsubdur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan toponimiyasının ensiklopedik lüğəti. II cild. Bakı, 2007.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |