40°36′27″ şm. e. 46°47′33″ ş. u.HGYO

Goranboy rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Goranboy rayonu haqqındadır. Goranboy şəhəri üçün Goranboy səhifəsinə baxın.
Rayon
Goranboy rayonu

40°36′27″ şm. e. 46°47′33″ ş. u.HGYO


Ölkə
Daxildir Gəncə-Daşkəsən
İnzibati mərkəz Goranboy
İcra başçısı Məhərrəm Quliyev
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi
  • 1.790 km²
Hündürlük
339 m
Əhalisi
Əhalisi
  • 103.300 nəf. (1 yanvar 2018)
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-GOR
Telefon kodu 994 22
Poçt indeksi 2200
Avtomobil nömrəsi 22
Rəsmi sayt
Goranboy rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Goranboy rayonu (əvvəlki adı: Qasım İsmayılov rayonu)Azərbaycan Respublikasında İnzibati-ərazi vahidi. Mərkəzi Goranboy şəhəridir. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km-dir.[1]

Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha (o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.[2]

Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı QaraqoyunluQasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.[3]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Sahəsi 1790 km², əhalisi 107,900 nəfərdir.(01.01.2024). Mərkəzi Goranboy şəhəridir.

Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. (ümumilikdə, 87 yaşayış məntəqəsindən 85-də yaşayış var, 2 məntəqədə GülüstanBaş Qışlaq kəndlərində yaşayış yoxdur.)

Şəhərlərin sayı 2
Kəndlərin sayı 79
Qəsəbələrin sayı 6
İri və orta müəssisələrin sayı ~
Məktəbəqədər uşaq müəssisələrinin sayı 32
Ümumtəhsil məktəblərinin sayı 80
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 1
Xəstəxanalar və tibb müəssisələrinin sayı 66
Mədəniyyət ocaqlarının sayı 113

Azərbaycanın qərb bölgəsində yerləşməklə Göygöl, Samux, Yevlax, Tərtər, Ağdərə, Kəlbəcər rayonları ilə həmsərhəddir. Rayonun şimal sərhədləri Mingəçevir su anbarına birləşir.

Səthi şimal-şərqdə düzənlik, cənub-qərbdə isə dağlıqdır, ayrı-ayrı yerlərdə qobu və dərələrlə kəsilmişdir. Dağlıq sahədə Paleogen və Neogen, düzənlikdə isə Antropogen çöküntüləri yayılmışdır. Dünyada yeganə müalicəvi neft yatağı (Naftalan) buradadır.[1]

Uzunluqları 10–12 km-ə çatan yarğan-qolu şəbəkəsi Qurudərə, Gürzalılar, Aşağı Ağcakənd zonlarında yerləşir. Rayonun cənubunu əhatə edən Murovdağda Kiçik Qafqazın ən yüksək zirvələri-Gamışdağ (3724 m), Murovdağ (3340 m), Keçəldağ (2225 m) yerləşir. Goranboy rayonun təbii şəraitindəki müxtəliflik özünü iqlim dəyişkənliyində də büruzə verir: yüksək dağlıq tundra iqlimi, qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən mülayim-isti iqlim, yayı isti keçən yarımsəhra və quru çöl iqlimi. Dağətəyi və dağlıq zonada qışı nisbətən sərt, yayı isə sərin keçir. İqlimi mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda – 1,5 °C-dən – 1 °C-yədək, iyulda 22 °C-dən 26,5 °C-yədəkdir. İllik yağıntı 300–600 mm-dir. Çayları (Kürəkçay, Gorançay, Korçay) Kür hövzəsinə aiddir. Şabalıdı, dağ boz-qəhvəyi torpaqları var. Əsas bitki örtüyü yovşanlı və yovşanlı-şoranotulu yarımsəhra tiplidir. Meşəliklər var. Korçay Dövlət Təbiət Qoruğu rayonun ərazisindədir.[1][4]

Korçay Dövlət Təbiət Qoruğu

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.

Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir. Ərazinin relyefi düzənlik, təpəlik və alçaq daglıq (Bozdağ) sahələrindən ibarətdir. Ərazidə qışı quraq keçən yarımsəhra və quru bozqır iqlim tipii hakimdir. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş heyvanlardan əsasən ceyranıturacı qeyd etmək olar.

Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.

Qazanbulaq-Naftalan düzənliyi rayonun böyük hissəsini əhatə edir. Mütləq hündürlüyü 300–800 m arasında dəyişir. İncəçayın və Kürəkçayın gətirmə konusları ilə mürəkkəbləşmiş qırıntılı çay daşlarından, qum və gillərdən təşkil olunmuşdur.[1]

Şəhərlər və iri qəsəbələri

[redaktə | mənbəni redaktə et]

Goranboy rayonunda 2 şəhər (Naftalan istisna), 7 şəhər tipli qəsəbə var.

1.Goranboy şəhəri
2.Dəliməmmədli şəhəri
3.Aşağı Ağcakənd qəsəbəsi
4.Goran qəsəbəsi
5.Kürəkçay qəsəbəsi
6.Qazanbulaq qəsəbəsi
7.Qızılhacılı qəsəbəsi
8.Yeni Veysli qəsəbəsi
9.Yuxarı Ağcakənd qəsəbəsi

.

Goranboy rayonunda 79 kənd var.

Goranboy rayonunun təbii şəraitindəki müxtəliflik özünü iqlim dəyişkənliyində də büruzə verir: yüksək dağlıq tundra iqlimi, qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən mülayim-isti iqlim, yayı isti keçən yarımsəhra və quru çöl iqlimi. Dağətəyi və dağlıq zonada qışı nisbətən sərt, yayı isə sərin keçir. İqlimi mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda – 1,5 °C-dən – 1 °C-yədək, iyulda 22 °C-dən 26,5 °C-yədəkdir. İllik yağıntı 300–600 mm-dir. Goranboy rayonunun iqlimi mülayim kontinental iqlim tipinə aiddir. Bu iqlim xüsusiyyətləri, bölgənin coğrafi mövqeyi, yüksəklikləri və təbii şəraiti ilə əlaqədardır. Aşağıda Goranboyun iqlimi haqqında ətraflı məlumat verilmişdir:

Fəsillərə görə iqlim şəraiti

Yaz

Goranboyda yaz fəsli adətən mülayim və yağışlı olur. Temperatur dərəcələri 15–25 °C arasında dəyişir.

Yay

Yay fəsli quru və isti olur. İyul və avqust aylarında temperatur 30 °C-yə qədər yüksələ bilər. Bu dövrdə yağışlar nadir olur.

Payız

Payız fəsli mülayim və soyuqdur. Sentyabrda temperatur tədricən azalır və noyabrda 5–15 °C arasında dəyişir. Yağışlar artmağa başlayır.

Qış

Qış fəslində temperatur 0 °C-dən aşağı düşə bilər. Yanvar ayı adətən ən soyuq ay olur və qar yağışı ilə müşayiət oluna bilər. Qışda iqlim sərt ola bilər, lakin qar örtüyü uzun müddət davam etmir.

Yağıntılar

Goranboyda yağıntılar əsasən yaz və payız aylarında baş verir. Yayıcı yağışlar qışda da ola bilər. İllik yağıntı miqdarı orta hesabla 300–500 mm arasında dəyişir.

Hava Şəraiti

Goranboyun hava şəraiti, dağlıq və düzənlik ərazilərdə fərqlənir. Dağlıq ərazilərdə temperatur daha aşağıdır, hava daha küləkli və dəyişkəndir. Düzənlik ərazilərdə isə hava daha sabit və isti olur.

Klimatik Xüsusiyyətlər

Goranboyun iqlimi, kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Müxtəlif bitki növləri, xüsusilə taxıl, meyvə və tərəvəz yetişdirmək üçün uygundur.

Nəticə:

Goranboy rayonunun mülayim kontinental iqlimi, yerli əhalinin kənd təsərrüfatı fəaliyyəti və gündəlik həyatında mühüm rol oynayır. İqlim şəraiti, bitki örtüyü və su resurslarının mövcudluğu ilə birlikdə Goranboyun iqtisadi inkişafına və ətraf mühitin qorunmasına kömək edir.

Çayları (Kürəkçay, Gorançay, Korçay) Kür hövzəsinə aiddir. Şabalıdı, dağ boz-qəhvəyi torpaqları var. Əsas bitki örtüyü yovşanlı və yovşanlı-şoranotulu yarımsəhra tiplidir. Meşəliklər var. Korçay Dövlət Təbiət Qoruğu rayonun ərazisindədir.[1][5]

Bir ehtimala görə goran atəşpərəstlər məskəni, boy sözü isə qəbilə, tayfa, oba anlamında başa düşülür. Bəzi tədqiqatçılar Goranboy sözünü Starbonun 17 kitabdan ibarət "Coğrafiya" əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan "gel-ger" tayfasının adı ilə bağlayır. Goranın (gelan) gel–ger tayfasının yaşadığı ərazi kimi işləndiyini söyləyirlər. Başqa mənbələrdə Goranboy sözünü "Kitabi – Dədə Qorqud"da işlədilən "gor" sözü ilə bağlayır, "çoxlu ölünün dəfn olunduğu yer – məzar yeri, insanın son məskəni" anlamında başa düşüldüyünü göstərirlər. Digər qrup alimlər isə "goran" sözünü türkmonqol dillərində işlənən "güryan" sözündən yarandığını, düşərgə, ordugah, müharibə edən tərəf, nahiyə mənasını verdiyini göstərirlər. XIV əsr tarixçisi Rəşidəddinə görə, səhrada 1000 ədəd alaçığın dairəvi şəkildə düzülməsi koran adlanıb, mərkəzində isə tayfa başçısının alaçığı yerləşib. Hər hansı tayfanın koran şəklində düzülməsi müdafiə məqsədilə olub. Və nəhayət, başqa bir mənbəyə görə "Goran" sözünü Qarabağın Kolanı tayfasının Goran qolunun adı ilə bağlayırlar.

Qədim dövrlərdən bəri Goranboy ərazisi Cənubi Qafqazda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların yaşadığı bir region olub. Rayonda müxtəlif arxeoloji tapıntılar tapılıb ki, bu da burada insan məskənlərinin eramızdan əvvəlki dövrlərə qədər uzandığını göstərir.

Goranboy rayonu inzibati vahid olaraq 1930-cu ildə yaradılıb və əvvəlcə Qasım İsmayılov adı ilə tanınıb. 1991-ci ildə Azərbaycanın müstəqilliyindən sonra Goranboy adı bərpa edildi. Rayonun ərazisi qədim zamanlarda Qafqaz Albaniyası dövlətinin tərkibində olub və bu ərazidə müxtəlif qəbilələr, o cümlədən albanlar və türk tayfaları məskunlaşıb.

Goranboyun tarixi Azərbaycan tarixində mühüm rol oynayan hadisələrlə zəngindir. Orta əsrlərdə bölgə Səfəvilər, QaraqoyunluAğqoyunlu dövlətlərinin tərkibində olub. XIX əsrdə isə bu ərazi Çar Rusiyası tərəfindən işğal edilib.

Rayonun coğrafi mövqeyi onun iqtisadi və strateji əhəmiyyətini artırırdı. Sovet dönəmində Goranboyda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq və üzümçülük inkişaf etmişdi. Sovet İttifaqının süqutundan sonra Goranboy rayonu Azərbaycanın ərazi bütövlüyünün qorunmasında mühüm rola malik idi, çünki Dağlıq Qarabağ münaqişəsi zamanı rayon müharibənin təsirlərinə məruz qaldı.

Goranboy rayonunun tarixi təkcə müharibələrlə deyil, həm də zəngin mədəniyyəti, adət-ənənələri ilə seçilir. Rayon Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ziyalıların və döyüşçülərin vətənidir.

Tarix və memarlıq abidələri

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində aşağıda adları çəkilən tarix və memarlıq abidələri var:[1]

  • Goran stansiyasından 2,5 km şimalda bizim eradan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları;
  • Goranboy şəhərində Qatır Məmməd abidəsi;
  • Goranboy şəhərindən 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri;
  • Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni, Balakürd kəndi yaxınlığında VII–VIII əsrlərə aid "Tosal ocağı" adlı abidə;
  • XVIII-XIX əsrlərə aid Qızılhacılı məscidi;
  • XVIII-XIX əsrlərə aid Borsunlu məscidi; Borsunlu yeraltı hamamı;
  • XIII-XIV əsrlərə aid Borsunlu türbəsi;
  • VII-XIII əsrlərə aid Mollavələdli türbəsi
  • İlk orta əsrlərə aid 1-ci Kürəkçay qalası (Hazırəhmədli);
  • Orta əsrlərdə inşa edilmiş 2-ci Kürəkçay qalası (Qaradağlı);
  • Xan Qərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə;
  • Səfikürd kəndində XX əsrin əvvəllərində tikilmiş türbə, qala (XIII əsr) və XIX əsrdə tikilmiş məscid;
  • Rəhimli kəndində XVIII–XIX əsrlərə aid türbə kompleksı, XII əsrdə ucaldılmış Şatal qalası, XIX əsrə əid Mirzə Adıgözəl bəy türbəsi;
  • Qazanbulaq kəndində orta əsrlərə aid türbələr;
  • Kürəkçay kəndində XIX əsrə aid qala, Gülüstan kəndində XII–XVII əsrlərə aid Gülüstan qalası.

Gülüstan qalası

[redaktə | mənbəni redaktə et]

XII əsrdə inşa olunmuş və respubilka əhəmiyyətli Gülüstan qalası Murovdağın ətəyində Gülüstan kəndindən 2 kilometr şimalda, dəniz səviyyəsindən 1700 metr hündürlükdə, sıldırım qayalıq üzərində tikilmişdir. Müdafiə xarakterli Gülüstan qalası 3 arakəsmədən ibarətdir. Qala öz formasına görə gəmini xatırladır ki, bu da ərazinin relyefi ilə bağlıdır. Qala divarları boyunca 4 gözətçi məntəqəsi, 12 mazqal (müşahidə gözcüyü) var. Qalanın daxilindəki eniş hissələrdə qar və yağış sularını yığmaq üçün ovdanlar da düzəldilmişdir. Qaladan İncəçaya qədər 200 metr uzunluğunda gizli yol çəkilmişdir. Daimi su ehtiyatı və su kəmərinin olması hər hansı bir qalanın müdafiəsi zamanı böyük əhəmiyyət kəsb edirdi. Çox güman ki, bu gizli yol qalanı su ilə təmin edən kəmər sıradan çıxarılanda yeraltı tunellə çaya enmək və oradan su götürmək üçün tikilmişdir. İçəridəki qalatipli istehkamlardan orta əsr şəhərlərində çox istifadə olunmuşdur. Onlara bəzən "Narın qala" da deyirdilər. Qala içərisində bu cür istehkam tikintisi mövcud olmuşdur.

1813-cü ildə Rusiyaİran dövlətləri arasında Gülüstan sülh müqaviləsi Gülüstan qalasında imzalanmışdır. 1828-ci ildən sonra İran və digər ərazilərdən məqsədyönlü şəkildə Azərbaycana köçürülən və bu ərazidə yerləşdirilən erməni "başbilənləri" öz havadarları ilə bu qalada oturaraq xalqımıza və torpaqlarımıza qarşı çirkin əməlləri davam etdirmişlər. 179 il sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəyə qalxmış vətənpərvər döyüşçülərimiz bu torpaqları düşmənlərdən azad edərək qala üzərində müqəddəs üçrəngli bayrağımızı sancdılar.

Şətəl/Şatal/Şutur qalası

[redaktə | mənbəni redaktə et]

Bu yerlərdə ən çox diqqəti cəlb edən tarix-mədəniyyət abidələrindən biri Rəhimli kəndinin cənub-şərq hissəsindəki Şətəl şəhəridir. Bütövlükdə ərazisi 40 hektardan çoxdur.

Qədim mənbələrdən məlum olur ki, Şatal V–VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl, Şutur kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, BeyləqanaŞəmkirə basqın edərkən, Şatal şəhərini yerlə yeksan etmişlər. Şatal şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır.

Tədqiqatlar göstərir ki, Şətəl qalası üçüncü, beşinci yüzilliklərdə kiçik yaşayış məntəqəsi kimi mövcud olmuş, sonralar xeyli böyüyərək on üçüncü yüzillikdə özünün ən gur inkişaf dövrünü yaşamışdır.

Gündüz Hacıyev Şətəl şəhərinin strateji mövqeyindən xəbər verən maraqlı bir faktı da xatırlatdı. 1231-ci il Gəncə üsyanı zamanı Xarəzmşah Cəlaləddin öz katibi ən-Nəsəvini usta Bəndərlə danışıqlar üçün Şütur (Şətəl) şəhərinə göndərmişdi.

BərdəGəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI–IX əsrlərdə şəhər xeyli böyümüş, X–XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır.

Goranboy ərazisindəki memarlıq abidələri içərisində Borsunlu, SəfikürdRəhimli türbələri xüsusi yer tutur. Bu türbələr milli memarlıq sənətimizin ən yaxşı nümunələrindəndir. Arran memarlıq üslubunda tikilmiş bu abidələr, xəttatlıq, həkkaklıq, memarlıq, epiqrafik, rəssamlıq, sənətşünaslıq və s. baxımından diqqəti cəlb edir, insan əməyinin qüdrətini, sənətkar zovqünün incəliyini nümayiş etdirir. Bu türbələrdə həmin dövrün görkəmli adamları — alimlər, səyyahlar, loğmanlar, şairlər və s. dəfn edilmişlər. Adətən, türbələrin kitabəsi olurdu. Türbələrin giriş qapısı kiçik olurdu. Çox güman ki, bu, ziyarətə gələn adamın türbə sahibinin qarşısında baş əyməsi üçün belə edilirdi.

Türbələr məqbərələrin bina tərzində inşa olunmuş və daxilində xanəsi olan xüsusi formasıdır. Çox hallarda türbələrin yeraltı hissəsi olur ki, o da sərdabə adlanır. Türbələrin tikintisində bir qayda olaraq ağac materialından istifadə edilmirdi. Türbələr yerli tikinti materiallarından — əhəng daşı və ya bişmiş kərpicdən inşa edilirdi. Şirvan — Abşeron, eləcə də dağlıq və dağətəyi Qarabağın türbələri əhəng daşından, Aran Qarabağın, Kürəkbasarın (Goranboy), Milin və Muğanın türbələri isə bişmiş kərpiclə, bəzəkləri isə firuzəyi rəngli kaşıdan istifadə edilərək tikilmişdir.

Borsunlu kəndindəki qəbiristanlıqda yerləşən və çoxbucaqlı türbələr qrupuna daxil edilən eyniadlı abidələr qırmızı kərpiclə hörülmüş, içəridən və çöldən gəclə suvanmışdır. Otağın üstü günbəz vasitəsilə bağlanmışdır. Bu türbələr haqqında yazılı ədəbiyyatda məlumata rast gəlinmir. Lakin abidənin divarları və ətrafında aparılan kəşfiyyat işləri zamanı əldə edilən maddi-mədəniyyət nümunələrinin qalıqları onu XIII–XV əsrlərə aid etməyə imkan verir.

Səfikürd kəndində yerləşən Xudu baba türbəsi XVII əsrdə hörülüb. Memarlıq tarixində Gəncə hörgüsü adı ilə tanınan bu tikinti üslubunun əsas xüsusiyyəti çay daşının bişmiş kərpiclə birlikdə müəyyən naxış şəklində işlədilməsidir.

Rəhimli türbələri Mirzə Adıgözəl bəyin ailəsinə mənsubdur. Türbələr birmərtəbəli və birxanəlidir. Dördü nisbətən böyükdür, bişmiş qırmızı kərpiclə, ikisi isə kiçik olub çay daşından tikilmişdir. Onların hamısı eyni sırada olmaqla bir-birindən 10 metr məsafədə yerləşmişdir. Türbələrin daxili hissəsi çoxbucaqlı fiquru xatırladır və yuxarı hissələrini sönük rəngli karnizlər bəzəyir. Türbələrin üstündəki kitabələrdən belə məlum olur ki, onlardan üçü Mirzə Adıgözəl bəyin ailəsinə və yaxın qohumlarına məxsusdur. Kitabələrdən ilki 1848-ci ildə, sonuncusu isə 1872–1873-cü illərdə doldurulmuşdur.

1845-ci ildə səhhəti pisləşən Mirzə Adıgözəl bəy katibi Mirzə Hüseyn Salaridən söylədiklərini gözəl ifadə ilə yazmağı xahiş edir. Bir müddətdən sonra Azərbaycan tarixşünaslığının ən qiymətli məxəzərindən biri olan "Qarabağnamə" əsəri yaranır. Əsər 1736-cı ildən 1828-ci ilə kimi bir dövrü işıqlandırır. Əsər xüsusən 1813-cü ildən sonra Qarabağda baş verən hadisələri təsvir edən ilk mənbədir. Mirzə Adıgözəl bəy həm də öz dövrünün kamil ziyalısı olub, şeirə, sənətə dərin hörmət bəsləyib.

A. Bakıxanov yazırdı: "Gəncənin yaxınlığında Nizaminin gözəl bir türbəsi vardı. Xarabalığa üz tutmuş bu türbənin bəzi yerlərini Qarabağda yaşayan qazaxlı Mirzə Adıgözəl bəy indi təmir etdirməkdədir".

Rayonun Meşəli, Yuxarı Ağcakənd, Buzluq, Erkəç, Qaraçinar, Börü yaşayış məntəqələrində V-VIII əsrlərdə inşa edilmiş alban məbədləri ərazidə uzun illər albanların yaşadıqlarının təkzibolunmaz yardigarlarıdır. Bu adidələr eramızın I əsrindən XVII–XVIII əsrlərinə qədər böyük bir dövrü əhatə edir. Abidələr vaxtilə ərazidə xristianlığın yayılması ilə bağlı tikilmişdir. Təəssüf ki, torpaqlarımıza qarşı həmişə ərazi iddiası ilə çıxış etmiş bədnam erməni qonşularımız bu abidələrə "sahib çıxmaq" üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Onlar müxtəlif dövrdə bu abidələrin kitabələrini pozmuşlar. Məbədlərin ermənilərə aid olduğunu göstərən saxta yazılar qoyulmuşdur. Məsələn, Meşəli (Xarxaput) kəndində yerləşən alban məbədində aparılmış tədqiqatlar nəticəsində VII əsrə qədər tikildiyi, XII–XIII əsrlərdə isə onun yenidən bərpa edildiyi müəyyən edilmişdir.

Məbəddəki kitabələrdən birində onun tarixi bərpa olunduğu dövrdən, yəni 1230-cu ildən qeyd edilir. Lakin 1984-cü ildə Ermənistandan gəlmiş epiqrafist C. Q. Karapetyan "tədqiqat" adı ilə abidə üzərindəki sözləri erməni dilinə uyğunlaşdırmağa çalışaraq onu Koqeri kilsəsi adlandırmış, üzərindəki xoşbəxtlik rəmzi olan xaç işarələrini dəyişdirməyə çalışmışdır.

Məlumdur ki, Azərbaycanda oda möhkəm inanmış və sitayiş etmişlər. Hələ e.ə. III minillikdə təşəkkül tapmış ölüyandırma adəti son tunc və ilk dəmir dövründə də davam etmişdir. Qədim əcdadlarımız oda qoruyucu, müqəddəs və təmizləyici qüvvə kimi baxmışlar. Xaç, sivastika (çərxi-fələk) kimi işarələr odun, işığın, hərəkətin rəmzi rolunu oynayırdı. E.ə. XIII–XII əsrlərə aid Borsunlu kurqanlığından tapılmış dərin boşqabların səthi xaç nişanının müxtəlif variantları ilə bəzədilmişdir. Sarıçoban (e.ə. XII–XI əsrlər) kurqanlarındakı qəbirin xaç şəklində qazıldığı müəyyən edilmişdir. Göstərilən misallar isə xaç işarəsinin xristianlıq dinindən çox-çox əvvəl mövcud olmasını, onun tamamilə başqa rəmzi məna daşıdığını sübut edir.

Xaç daşları üzərindəki naxışların daha yaxşı nümunələrini öyrənərkən belə qənaətə gəlmək olur ki, onların əsas məzmunu qədim tayfaların dini əqidəsi ilə bağlı olmuş, bütpərəstlik dövründə dini təsəvvür kimi formalaşmış, xiristianlıq dövründə müqəddəs bir bəzək növünə çevrilmişdir. Məhz həmin dövrlərdə inşa edilmiş alban məbədlərində işığın, odun müqəddəsliyinin rəmzi kimi xaç işarələri qoyulurdu. Bu, həm də alban tayfalarının müxtəlif təsirlərə məruz qalmasına baxmayaraq, öz dini etiqad və inamlarına sədaqətinin rəmzi idi. Bunun xaçpərəstlərin, ermənilərin dini etiqadının işarəsi kimi qəbul edilməsi düzgün deyil. Bu ərazilərdə ermənilərin qədimdən yaşaması tamamilə yanlışdır. 1828-ci ildən sonra bu ərazilərə köçürülmüş ermənilər nəinki tarixi abidələri, həmçinin azərbaycanlılara məxsus qədim qəbir abidələrini sındırmış, ərazinin azərbaycanlılara məxsusluğunu sübuta yetirən mənbələri məhv etməyə çalışmışlar.

Yuksək dağlıq hissədə yerləşən Mənəşli kənd qəbiristanlığında qədim qəbirüstü abidələrin sındırılması buna sübutdur. Sındırılmış abidələrdən birinin üzərində ərəbcə yazıda onun 1365-ci ilə aid olduğu göstərilmişdir. Cəlalilər dövrünə aid bu abidənin salamat qalmış hissəsində aşağıdakı sözlər yazılmışdır: "Boyari kərbəlai Həsənin köməkliyi ilə. Hüseynin qəbri". Yaxud ErkəcBuzluq kəndləri arasında hündür qayalıq üzərində tikintisi IV əsrə aid edilən, qaya daşları və əhəng qarışığından tikilmiş məbəd-qurbangaha (hazırda uçmuş vəziyyətdədir) yerli əhali min illər boyunca, pir kimi sitayiş etmişlər. Bu gün də bura azərbaycanlılar tərəfindən ziyarət olunur, qurbanlar kəsilir. Məlumdur ki, müqəddəs inanc yerlərimiz heç də yaxın yüz illərin deyil, min illərin yaşıdıdır. Ən əsası isə ərazidəki yer adlarının bütün tarixi mənbələrdə türk mənşəli olması barədə kifayət qədər tutarlı faktlar var. Bədnam qonşuların saxtalaşdırılmalara cəhdlərinin heç bir əsası yoxdur.

Meşəli, AşağıYuxarı Ağcakənd, Mənəşli kəndləri ərazisindəki XIX–XX əsrlərə aid qəbir daşları üzərindəki erməni yazılarının olması bu ərazilərə ermənilərin sonradan gəlişini göstərir. Yer adlarının türk mənşəli olması, pirlərin, qurbangahların mövcudluğu, məişət, təsərrüfat və əmək məşğuliyyətləri və s. bu ərazilərin qədim türk tayfaları ilə bağlı olduğunu bir daha təsdiq edir.

Tarixi abidələrin elmi bərpası, onların uzunömürlülüyünün artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Elmi Bərpa Mərkəzi ilə işgüzar əlaqələr qurulmuşdur. 2009-cu ildə Mirzə Adıgözəl bəy (Rəhimli) türbələr kompleksinin elmi bərpası və Şətəlşəhər qala yerində arxeoloji qazıntıların aparılması nəzərdə tutulmuşdur. Bölgənin tarixinin öyrənilməsi ilə bağlı Goranboy elmi konfransının keçirilməsi nəzərdə tutulur. Goranboy abidələrindən bəhs edən Goranboy toponomik arxeoloji bələdçi bukleti, Azərbaycan və ingilis dillərində çap edilmiş "Azərbaycan. Goranboya xoş gəlmişsiniz" toplusu oxuculara rayonun tarixi abidələri haqqında zəruri məlumat verir.[6]

Rayonun əhalisi — 107,900[7]nəfərdir. Bundan başqa rayon ərazisində 11847[8]nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

Əhali sayı
1939 1959 1970 1977 1979 1989 1991 1999 2009 2013 2014 2018 2024
36 838 44 825 55 655 59 600 61 113 70 303 72 900 86 645 94 244 98 100 99 100 103 300

107 900

Goranboy rayonunun demoqrafik cədvəli (illər üzrə)[9]
2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021
Goranboy rayonu 96,2 96,2 96,9 98,1 99,1 100,2 101,2 102,4 103,3 104,1 105,0 105,6
Şəhər əhalisi 20,3 20,5 20,6 20,8 21,0 21,2 21,5 21,8 22,0 22,2 22,4 22,5
Kənd əhalisi 75,9 75,7 76,3 77,3 78,1 79,0 79,7 80,6 81,3 81,9 82,6 83,1

1978-ci ildə əhalinin sıxlığı hər km²-ə 48,4 nəfər olmuşdur. 2018-ci ildə bu rəqəm hər km²-ə 61 nəfər olub. Goranboy rayonunun qeydiyyatda olan əhalisi −107,9 min nəfər, həmçinin 11,9 min nəfər qaçqın və məcburi köçkün əhali müvəqqəti məskunlaşmışdır. Ümumilikdə, rayon ərazisində 120 min nəfərə yaxın əhali yaşayır. Bunlardan 51,1 faizi kişi, 48,9 faizi qadınlardır. Əhalinin 75 faizi kəndlərdə və qəsəbələrdə, 25 faizi isə şəhər yaşayış məntəqələrində yaşayır. Milli tərkibi əsasən azərbaycanlılar olmaqla, az sayda ruslarukraynlar da yaşayır. Əhalinin orta sıxlığı 1 kv.km-də 63.47 nəfərdir. Əhalinin sayının artması həm təbii artım, həm də miqrasiya hesabına olur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Bu gün Goranboy Gəncə-Daşkəsən iqtisadi rayonuna aiddir və burada əsas sahə kənd təsərrüfatıdır. Yerli əhali pambıqçılıq, tərəvəzçilik, taxılçılıqüzümçülüklə məşğuldur. 2017-ci il vəziyyətinə təsərrüfatlarda 40 909 baş iribuynuzlu mal-qara, 202 469 baş xırdabuynuzlu heyvan, 363 196 baş quş var. Bundan əlavə, bu ərazidə heyvandarlıq da kifayət qədər inkişaf etmişdir. Sovet İttifaqı dövründə bu rayonda 21 kolxoz və 4 sovxoz yerləşirdi.

Goranboy rayonunun iqtisadiyyatı əsasən kənd təsərrüfatı və təbii resurslardan asılıdır. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı, heyvandarlıq və aqrar sektor iqtisadiyyatın əsas sahələrini təşkil edir. Goranboyun təbii resursları və torpaq ehtiyatları onun iqtisadiyyatının güclü olmasına töhfə verir.

1. Kənd təsərrüfatı:

Goranboyun iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanır. Burada müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirilir:

  • Taxılçılıq: Goranboyda taxıl istehsalı əhəmiyyətli dərəcədə geniş yayılıb. Rayonun münbit torpaqları taxıl, arpa və digər dənli bitkilərin becərilməsi üçün əlverişlidir.
  • Bağçılıq və tərəvəzçilik: Rayonda meyvə bağları və tərəvəz plantasiyaları da geniş yayılıb. Xüsusilə alma, armud, üzüm və müxtəlif tərəvəz növləri yetişdirilir.
  • Pambıqçılıq: Goranboy pambıqçılıq üzrə də tanınır. Pambıq istehsalı yerli əhali üçün iş imkanları yaradır və iqtisadiyyatın mühüm hissəsini təşkil edir.
  • Heyvandarlıq: Rayonun kənd təsərrüfatının digər mühüm sahəsi heyvandarlıqdır. Burada qoyunçuluq, maldarlıq və toyuqçuluq geniş yayılıb. Heyvandarlıq məhsulları — ət, süd, yun və yumurta — yerli bazarlarda və qonşu rayonlarda satılır.

2. Təbii resurslar:

  • Müalicəvi Naftalan nefti: Goranboy rayonu Naftalan şəhərinə yaxın yerləşir, və Naftalanın müalicəvi nefti bu bölgənin iqtisadiyyatına böyük təsir göstərir. Naftalan nefti, sağlamlıq və turizm sektorunun inkişafında mühüm rol oynayır və rayon ərazisində kurort və müalicə mərkəzlərinə turist axını təmin edir.

3. Ticarət və xidmətlər sektoru:

Rayonda kiçik və orta sahibkarlıq fəaliyyəti də mövcuddur. Xidmət sektoru əsasən ticarət, nəqliyyat və ictimai iaşə sahələrini əhatə edir. Gəncə və digər qonşu şəhərlərlə olan yaxınlıq ticarət fəaliyyətini genişləndirir və əhalinin istehlak bazarlarına çıxışını asanlaşdırır.

4. Sənaye:

Rayonda sənaye sektoru kənd təsərrüfatı və təbii ehtiyatların emalı ilə məhdudlaşır. Əsas sənaye sahələrinə qida emalı müəssisələri, yüngül sənaye və tikinti materiallarının istehsalı daxildir.

5. Turizm:

Goranboy rayonunun turizm potensialı, xüsusilə Naftalan yaxınlığı ilə əlaqədardır. Rayonda təbiət gözəllikləri və Naftalanın müalicəvi mərkəzlərinə yaxınlıq turizm sektorunun inkişafına töhfə verir.

Rayonda vaxtilə inkubasiya və quşçuluq zavodu, Dəliməmmədli pambıqtəmizləmə zavodu, Qazanbulaq teatr avadanlığı zavodu, "Azselxoztexnika" trestinin rayon şöbəsi, kurort təsərrüfatı fəaliyyət göstərirdi.

Rayonda ərazisində fəaliyyət göstərən "Goran Pambıq" ASC pambıq emalı müəssisəsi, "Goranboy-Şərab" şərab istehsalı müəssisəsi, "Türk Yapı Sənaye" tikinti şirkəti, "Gilan holdinq" tikinti şirkəti, Qurbanov adına üzüm istehsalı və emalı müəssisələri, "Elmir" MMC-nin gips zavodu və s. regionun və ölkənin iqtisadiyyatına fayda verir.

1977-ci ildə ərazidə 75 min hektar yararlı torpaq sahəsi var idi. Bunlardan: 32,2 min hektar əkin sahəsi, 1,1 min hektar çoxillik bitkilər üçün ayrılmış torpaq, 100 hektar rekreasiya, 1,7 min hektar biçənək, 40 min hektar otlaq sahələridir.

Əkin sahələrinin həcmi 42,1 min hektardır. 18,9 min hektar taxıl və paxlalı bitkilər, 7,7 min hektar texniki bitkilər, 1,5 min hektar kartof, tərəvəz və bostan bitkiləri, 13,9 min hektar yem bitkiləri üçün ayrılıb. 2,8 min hektar sahədə meyvə və giləmeyvə, 89 hektarda üzüm yetişdirilir.

26,9 min hektar sahənin 42,2 faizi dənli və paxlalı bitkilərin, 26,5 faizi texniki bitkilərin, 0,6 faizi tərəvəz və kartofun, 30,7 faizi yem bitkilərinə ayrılıb[4]. 1,3 min hektar sahədə üzüm yetişdirilib. 1977-ci ildə rayonun təsərrüfatları dövlətə 22,1 min ton pambıq satmışlar. Rayonun kolxoz və sovxozlarında 18 min baş iribuynuzlu, 48 min baş xırdabuynuzlu mal-qara saxlanılırdı.

Goranboy kənd təsərrüfatı rayonudur. Rayonda 40 min 509 baş iri buynuzlu, o cümlədən 26 min 789 baş ana mal, 221 min 187 baş xırda buynuzlu mal-qara vardır. İl ərzində 42 min 862 ton süd istehsal olunur (2009-cu il). Rayonda südün emalı müəssisəsi olmadığından istehsal olunan süd qəbul məntəqələrinə verilə bilmir, təsərrüfatlarda qalaraq xarab olur. Rayon ərazisində süd məmulatları istehsalı zavodu yaradılarsa, bu böyük səmərə verər. İl ərzində rayonda 2 min tondan artıq kəsilmiş çəkidə mal-qara və quş əti istehsal olunur. Ərazidə bir dənə də olsun ət və quş əti məhsullarının emalı və konservləşdirilməsi müəssisəsi yoxdur. Bu cür müəssisə yaradılarsa, yüksək səmərə verər, eyni zamanda heyvandarlıq sahəsinin daha da inkişaf etidrilməsinə müsbət təsir göstərər. İldə rayonda təxminən 5 min başdan artıq iri və xırda buynuzlu mal-qara kəsilir. Kəsilmiş heyvanların dərisi istifadəsiz qalır. Rayonda gön və dərilərin emalı və gön-dəri məmulatlarının istehsalı müəssisəsi yaradılmasına ciddi ehtiyac vardır.[1]

Goranboy rayonu mürəkkəb geoloji quruluşa malik olaraq əhəngdaşı, gips, gil, barıt, tikinti daşı, dolomit, qırmızı qum, narın qum, yodlu yeraltı suları kimi faydalı qazıntılar və sərvətlərlə zəngindir.[1]

Goranboy rayonu Azərbaycanın güləş ənənəsinə malik əsas bölgələrindən biridir. Güləş, xüsusilə sərbəst güləş, rayonda ən populyar idman növlərindən biridir. Yerli səviyyədə də güləş üzrə yarışlar təşkil olunur və gənclər bu idman növünə böyük maraq göstərirlər.

Qaradağlı kənd orta məktəbində güləş zalı fəaliyyət göstərir. Federasiya tərəfindən inventarla təmin edilmiş güləş zalında 80-dən çox yeniyetmə və gənc yunan-Roma güləşinin sirrlərinə yiyələnir. Olimpiya mükafatçısı, 2 qat Avropa çempionu və dünya ikincisi Həsrət Cəfərov, dünya və Avropa mükafatçısı Taleh Məmmədov, gənclər arasında dünya və Avropa mükafatçısı Əsgər Əlizadə, yeniyetmələr arasında olimpiya çempionu Elman Muxtarovun yetişdiyi bu məktəb Azərbaycan güləşində xüsusi çəkiyə malikdir.

Prezident İlham Əliyev 2012-ci il Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdir.

Məlumat verildi ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanmışdır. Yüksək səviyyədə aparılmış inşaat işləri 2012-ci ilin sonlarında başa çatdırılmışdır. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınmışdır.

Məlumat verildi ki, şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina inşa edilmişdir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılmışdır.

Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılmışdır. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunmuşdur. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompüter otağı da yaradılmışdır. Bu da dərslərin kompüter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham ƏliyevinHeydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşlər yaradılmışdır. Ümumilikdə, məktəbdə 494 uşağa şahmat dərsləri keçilir.

Qeyd edildi ki, şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplomkuboklara layiq görülmüşlər.

Rayonu AFFA Region liqasında "Qala Goranboy FK" təmsil edir.

Rayonun ən məşhur turizm zonalarına, Kiçik Qafqazın Şimal-Şərq yamaclarında yerləşən meşə landşaftı ilə zəngin Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələrini, Ballıqaya, Buzluq kəndlərini, müalicəvi QazanbulaqGoran qəsəbələrini və Naftalan şəhərinin adını qeyd etmək olar.

Ballıqaya şəlaləsi, Goranboy

Aşağıda Goranboy rayonunun bəzi tanınmış turizm zonaları verilmişdir:

1. Naftalan şəhəri – Goranboy rayonuna yaxın olan bu şəhər, xüsusilə müalicəvi nefti ilə məşhurdur. Naftalan neftindən istifadə edilən sağlamlıq və istirahət mərkəzləri çox sayda turisti cəlb edir.[10]

2. Goran Qazanbulaq — Goranboyun bu qəsəbələri müalicəvi isti su qaynaqları ilə tanınır. Goran qəsəbəsində “Şəfa İsti Su” adlı sanatoriya fəaliyyət göstərir. Sanatoriyada isti su vannası, masaj, gecələmə və digər xidmətlər mövcuddur.

3. Korçay Dövlət Təbiət Qoruğu – Goranboyun şimal ərazisində yerləşən bu qoruq Azərbaycanın zəngin təbiətini qorumaq üçün yaradılıb.[11]

Rayon ərazisindən Bakı-Qazax magistral yolunun 43 km-lik hissəsi, Bakı-Tbilisi dəmiryolunun 42 km-lik hissəsi və Qaradağ-Ağstafa-Tbilisi qaz kəməri keçir.

Goranboy rayonu Azərbaycanın qərbində yerləşdiyi üçün regionun əsas nəqliyyat yollarına sahiblik edir. Rayondan keçən I dərəcəli avtomobil və dəmir yolları bölgənin iqtisadi inkişafında və gediş-gəlişində mühüm rol oynayır.

Avtomobil yolları

[redaktə | mənbəni redaktə et]

Goranboyun avtomobil yolları, rayondaxili əlaqəni təmin etməklə bərabər, rayonu digər bölgələrlə və paytaxt Bakı ilə əlaqələndirir. Əsas avtomobil yolları aşağıdakılardır:

Bakı-Qazax-Gürcüstan avtomobil yolu (M-2)

Goranboyun əsas yollarından biridir və bu yol ölkənin şərqini qərb ilə birləşdirir. Bakıdan başlayaraq, Qazax, Gürcüstan sərhədinə qədər uzanır. Bu yol vasitəsilə Goranboyun digər rayonlar və şəhərlərlə əlaqəsi təmin olunur.[12]

Goranboy-Yuxarı Ağcakənd yolu

Yol Goranboy şəhəri ilə Yuxarı Ağcakənd qəsəbəsini birləşdirir. Yolun uzunluğu 37,1 km olub, 18 yaşayış məntəqəsini birləşdirir.[13][14]

Goranboy-Qızılhacılı-Tərtər yolu

Goranboy şəhəri ilə Tərtər şəhəri arasında əlaqəni təmin edir. Yolun uzunluğu 35 km dir.[15]

Gəncə-Borsunlu-Goranboy yolu

Goranboy şəhərini Azərbaycanın ikinci böyük şəhəri Gəncə ilə birləşdirir və iqtisadi-ticarət baxımından mühüm əhəmiyyət daşıyır. Yolun uzunluğu 34 km dir.

Talış-Tap Qaraqoyunlu-Qaşaltı-Naftalan yolu

Naftalan şəhəri ilə Ağdərə rayonunun Talış kəndi arasında əlaqəni təmin edir. Yolun uzunluğu 22 km dir.[16]

Goran-Naftalan yolu

Goran qəsəbəsi ilə Naftalan şəhəri arasında əlaqəni təmin edir. Yolun uzunluğu 18 km dir.[17]

Dəmir yolları

[redaktə | mənbəni redaktə et]

Bakı-Tbilisi dəmir yolu

Bu beynəlxalq dəmir yolu marşrutu Goranboy ərazisindən də keçir. Bu yol Azərbaycanın paytaxtı Bakı ilə Gürcüstanın paytaxtı Tbilisi arasında hərəkəti təmin edir. Eyni zamanda yük və sərnişin daşımalarında mühüm rol oynayır. Dəmir yolunun rayondan keçən hissəsində "Goran" və "Dəliməmmədli" Stansiyaları faəliyyət göstərir.

Goranboyun avtomobil və dəmir yolları əhəmiyyətli nəqliyyat şəbəkəsinin bir hissəsidir və bölgənin ticarət, logistika və turizm baxımından inkişafına kömək edir.

Naftalan Hava Limanı

[redaktə | mənbəni redaktə et]

1994-cü ilə qədər Naftalan Hava Limanı fəaliyyət göstərib. Hazırda yenidənqurma işləri aparılır, bundan sonra hava limanı fəaliyyətini bərpa edəcək.[18]

Rayonun ictimai-siyasi qəzeti olan "Mübariz" ayda 3 dəfə çap olunur. "Gülüstan" ədəbi məclisinin nəşri olan "Gülüstan" toplusu ayda bir dəfə nəşr olunur.[1]

Müharibə illərində Goranboy cəbhəsi

[redaktə | mənbəni redaktə et]

Goranboy rayonu əhalisi Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşmüş, 288 şəhid vermiş, 9 nəfər goranboylu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Goranboy batalyonunun sarsılmaz qəhrəmanlığı nəticəsində azad olunan Şaumyan rayonu ermənilərdən təmizlənmiş və Goranboy rayonunun inzibati ərazisinə qatılmışdır. 2016-cı il aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində Gülüstan kəndi Azərbaycan Ordusu tərəfindən erməni işğalçıları ilə Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilərdən tam geri alınıb. 1991-ci ildə Şaumyan rayonu ləğv edilərək Goranboy rayonuna birləşdirildi və beləcə Goranboyun ərazisi təxminən 2 dəfə böyüdü.

Goranboy batalyonu

[redaktə | mənbəni redaktə et]


Goranboy batalyonu, 1990-cı illərdə Ermənistan-Azərbaycan Qarabağ müharibəsi zamanı yaradılmış və Azərbaycanın ərazi bütövlüyünü qorumaq məqsədilə fəaliyyət göstərmiş könüllü hərbi birləşmədir. Batalyon, xüsusilə 1991–1994-cü illər arasında Goranboy rayonu və ətraf bölgələrdə erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.

Qarabağ münaqişəsi zamanı Goranboy rayonu Ermənistan Silahlı Qüvvələrinin hücumlarına məruz qaldı. Bu səbəbdən yerli əhali və könüllülər tərəfindən Goranboy batalyonu yaradıldı. Batalyonun məqsədi Goranboy və ətraf kəndlərin müdafiəsini təmin etmək, ərazi bütövlüyünü qorumaq idi.

Goranboy batalyonu, əsasən Goranboyun cəbhə xəttinə yaxın olan ərazilərində fəaliyyət göstərib. Bu bölgə strateji baxımdan mühüm olduğuna görə döyüşlərin mərkəzi idi. Goranboy batalyonu həmçinin Ağdərə və ətraf bölgələrdə, xüsusilə strateji yüksəkliklərin müdafiəsində mühüm rol oynayıb. Ağdərə rayonu Qarabağ müharibəsində əsas döyüş meydanlarından biri idi və bu əraziyə nəzarət etmək hər iki tərəf üçün vacib idi. Goranboy batalyonu bu bölgədə cəsurcasına döyüşərək Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün mühüm işlər görüb.

Batalyon əsasən yerli əhalidən, kəndlilərdən, gənclərdən və Qarabağ münaqişəsində ölkəsini qorumaq istəyən könüllülərdən ibarət idi. Onların bəziləri hərbi təcrübəyə malik deyildilər, lakin vətənpərvərlik ruhu ilə döyüşlərə qatılmışdılar.

Goranboy batalyonu Ermənistan Silahlı Qüvvələrinin Goranboy və qonşu bölgələrdə yerləşən Azərbaycan kəndlərinə etdiyi hücumların qarşısını almaqda mühüm rol oynamışdır. Döyüşlər Goranboy rayonu və Ağdərə bölgəsi ətrafında intensiv şəkildə keçib.

Goranboy batalyonu sıralarından bir çox qəhrəmanlar çıxmışdır. Onların arasında Azərbaycanın Milli Qəhrəmanları olan Tofiq Hüseynov və Valeh Bərşadlı kimi şəxslər var. Bu qəhrəmanlar Qarabağ müharibəsində göstərdikləri şücaət və fədakarlıqla yadda qalıblar.

Goranboy batalyonu Qarabağ müharibəsi zamanı Azərbaycanın milli müdafiəsinə böyük töhfə verib. O, bir tərəfdən yerli əhalinin təhlükəsizliyini təmin edib, digər tərəfdən isə Azərbaycan ordusunun ərazi müdafiəsini gücləndirib. Batalyonun fəaliyyəti, Qarabağın azadlığı uğrunda göstərilən mübarizənin və vətənpərvərliyin simvolu hesab olunur.

Goranboy batalyonu qələbədən sonra. Talış kəndi 1992-ci il.
Şəfəq kəndinin müdafiəçiləri. Goranboy 1991. Foto: Oleq Litvin
1-ci Qarabağ müharibəsində Goranboy batalyonu tərəfindən Talış kəndinin azad edilməsindən sonra çəkilmiş xatirə şəkli.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Goranboy rayonu Azərbaycanın bir çox tanınmış və görkəmli şəxslərini yetişdirib. Bu şəxslər müxtəlif sahələrdə — siyasət, elm, idman, hərb və incəsənət sahələrində nailiyyətlər qazanmışlar. Aşağıda Goranboydan olan bəzi tanınmış şəxslərin adları verilmişdir:

Şairlər, maarifçilər, yazıçılar, jurnalistlər, rejissorlar

[redaktə | mənbəni redaktə et]

Əmək qəhrəmanları

[redaktə | mənbəni redaktə et]

Millət vəkilləri və digər dövlət xadimləri

[redaktə | mənbəni redaktə et]

Yüksək rütbəlilər və qəhrəmanlar

[redaktə | mənbəni redaktə et]

İnqilabçılar

[redaktə | mənbəni redaktə et]

Goranboyun milli qəhrəmanları

[redaktə | mənbəni redaktə et]


Goranboy mətbəxi, Azərbaycanın zəngin və qədim kulinariya mədəniyyətinin bir hissəsi olaraq, ləzzətli və unikal yeməklərlə tanınır. Burada yerli məhsullardan hazırlanan, xüsusi dadlara malik yeməklər önə çıxır. Goranboy mətbəxində əsasən ət yeməkləri, müxtəlif xəmir yeməkləri və təndir çörəyi kimi ənənəvi Azərbaycan təamlarına rast gəlmək olur.[20][21]

Goranboy mətbəxinin bəzi nümunələri:

Qızılhacılı Bozartması:

[redaktə | mənbəni redaktə et]
Qızılhacılı bozartması

Milli mətbəximizə daxil olan bütün yeməklərin adları eyni olsa da hər bölgədə fərqli üsullarla bişirilir. Goranboy rayonunun Qızılhacılı qəsəbəsində məclislərin şahı olan bozartmanın resepti aşağıdakı kimidir:

Tərkibi:

  • 1,5 kq dana əti
  • 3-4 ədəd kartof
  • 100 qr kərə yağı
  • 1 çay qaşığının ucunda tomat pastası
  • duz, istiot. sarıkök
  • su

Qızılhacılı Bozartmasının hazırlanma qaydası:

Əti qazana töküb üzərini keçəcək qədər su və duz töküb qaynamağa qoyulur. Qaynamağa başlayana qədər üzərinə yığılan kəf ayırıb götürülür. Kəfi alınaraq pörtlədilən ətin suyu süzülüb kənarda saxlanılır. Qazan yuyulub bişmiş ət tikələri (xırdalanmış sümükləri varsa ayırıb) yenidən qazana yığılır. Üzərinə çay qaşığının ucunda tomat pastası, əridilmiş yağ (nehrə yağı)  və kənarda saxladığınız süzülmüş ət suyunu yarısını əlavə edib yenidən ocağa qoyulur. Ətin suyu buxarlanıb yemək yağa düşdükdə ət qarışdıraraq qovrulur. Qovrulan ətlərin üzərinə qabığı soyulub doğranmış kartof da əlavə edilir. Ancaq əti kartofla qarışdırmayın. Üzərinə qalan ət suyunu da əlavə edib su buxarlanana qədər bişirilir. Yeməyin suyu buxarlanıb yağa düşdükdə bozartma hazırdır. Bu yemək adətən məclislər üçün həyətdə ocaqda bişirilir.[22]

Dombalan Qovurması:

[redaktə | mənbəni redaktə et]

Rayonun özünəməxsus təamlarından olub, dombalan göbələyi ilə hazırlanan ləzzətli bir yeməkdir. Dombalan göbələyi ölkə ərazisində nadir tapılan göbələk növü olub, Rayonun alçaq-dağlıq ərazilərində, yaz və payız aylarında rast gəlinir. Bu yemək olduqca faydalı olub, sadə tərkibi və hazırlama asanlığı ilə yerli sakinlər tərəfindən sevilir. Dombalan qovurması, göbələklərin öz unikal dadını ortaya çıxarmaq üçün adətən minimal ədviyyatlarla hazırlanır.[23]

Ət Qovurması:

[redaktə | mənbəni redaktə et]

Qoyun və ya mal ətindən hazırlanan qovurma, ənənəvi Azərbaycan yeməyi olmaqla yanaşı, Goranboyun da sevilən yeməklərindəndir.

Goranboy Xəngəli:

[redaktə | mənbəni redaktə et]

Goranboyda xəngəl, region mətbəxinin özünəməxsus xüsusiyyətlərini əks etdirən ənənəvi yeməklərdən biridir. Bu yemək, yerli sakinlərin əsasən soyuq havalarda hazırladığı doyurucu və ləzzətli bir təamdır. Goranboyda xəngəl hazırlama prosesi, müxtəlif bölgələrdəki müxtəliflilikdən təsirlənərək, bəzən fərqli inqrediyentlərlə zənginləşdirilir. Rayonun bəzi cənub kəndlərində xəngəlin üzərinə toyuqdan hazırlanmış soğançada əlavə edilir. Bundan başqa, təzə sıxılmış nar suyu və sarımsaqlı qatıq xəngələ əlavə ləzzət verir.

Goranboy Xəngəlinin Hazırlama Qaydası:

1. Xəmirin hazırlanması:

İnqrediyentlər: Un, su, duz və bəzən yumurta istifadə edilir.

Hazırlama: Un, su və duz qarışdırılaraq yumuşaq bir xəmir yoğrulur. Xəmirin elastik olması üçün bir müddət dinləndirilir.

2. Xəngəlin kəsilməsi:

• Dinlənmiş xəmir nazik təbəqə şəklində açılır. Sonra kvadrat və ya düzbucaqlı parçalar kəsilir.

3. Biçilməsi:

• Kəsilmiş xəmir parçaları duzlu qaynar suda bişirilir. Bu zaman xəngəl şişərək yumşalır.

4. Ət hazırlığı:

Ət növü: Xəngəlin yanında ənənəvi olaraq qoyun və ya mal əti istifadə edilir.

Biçilməsi: Ət parçaları əvvəlcədən soğanla qovrulur, duz, istiot və digər ədviyyatlarla dadlandırılır.

5. Servis:

• Bişmiş xəngəl süzülür, üstünə əridilmiş kərə yağı əlavə edilir və isidilmiş ət ilə birlikdə təqdim edilir. Yanında əzilmiş sarımsaqla qarışdırılmış qatıq və təzə nar şirəsi də servis olunur.

Rayonda məşhur olan ənənəvi qazan yeməyidir. Bu yemək, əsasən ət (qoyun və ya mal əti) (Quyruq), pomidor, kartof, soğan, yaşıl bibər, qırmızı bibər, acı bibər, şüyüd, cəfəri və ədviyyatlarla hazırlanır və öz ləzzəti ilə tanınır.

Kükü və kətə:

[redaktə | mənbəni redaktə et]

Goranboyda təzə göyərtilərdən hazırlanan kükü və içlikli kətələr (qutablar) geniş yayılmışdır.

Adətən toyuq və ya balıqdan hazırlanan ləvəngi, şirin qoz və soğan qarışığı ilə doldurulub sobada bişirilir.

Rayonun kənd yerlərində xüsusilə sevilən və ənənəvi yeməklərdən biridir. Goranboy da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində fərqli üsullarla hazırlanan, əsasən sadə və doyurucu bir xəmir yeməyidir. Xaşıl əsasən üzərinə əridilmiş kərə yağı və bəhməz əlavə edilərək servis edilir.

Goranboyda sıyıqlar müxtəlif növlərdə hazırlanır. Qatıq və ya südlə edilən südlü sıyıq, günün müxtəlif vaxtlarında yeyilə bilər.

Şirniyyat məmulatarından əx çox istifadə olunanı, paxlava, şəkərbura, badambura, qatlama, fəsəli və meyvəli tort növləridir. Bundan başqa fəsli meyvələrdən (çiyələk, qoz, qarpız, cənnət alması, ərik, heyva və s.) ləziz mürəbbələr hazırlanır.

Goranboyda da ən çox istifadə olunan içkilər, ayran, dovğa, akroşka, atlama, və müxtəlif meyvə şirələridir. Spirtli içkilərdən bu zonanın məşhur içkiləri kimi tanınan tut, zoğal və digər meyvələrdən çəkilmiş araqları, üzüm, gilas, nar, moruq və digər meyvələrdən hazırlanmış şərabları misal göstərmək olar.

Meyvə kompotları

Yeməklərin yanında təqdim etmək üçün zoğal, nar, gavalı, ərik, şaftalı, moruq, gilas, heyva, üzüm kimi meyvələrdən kompotlar hazırlanır.

Goranboy mətbəxi həmçinin müxtəlif növ dolmalar, plovlar və şorbalarda da zəngindir. Bu regionun yeməkləri yerli ədviyyatlarla dadlandırılır, bu da yeməklərə xüsusi aroma və ləzzət qatır.

  1. 1 2 3 4 5 6 7 8 9 "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Goranboy rayonu" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-05.
  2. "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı". 22 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2022.
  4. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – DÖVLƏT TƏBİƏT YASAQLIQLARI : Korçay Dövlət Təbiət Yasaqlığı" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-17.
  5. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – DÖVLƏT TƏBİƏT YASAQLIQLARI : Korçay Dövlət Təbiət Yasaqlığı" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-17.
  6. "Goranboy abidələri 2500 illik tariximizə şahidlik edir". www.anl.az. İstifadə tarixi: 2024-10-24.
  7. "Əhalisi | Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti". goranboy-ih.gov.az. İstifadə tarixi: 2024-10-13.
  8. "Əhalisi | Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti". goranboy-ih.gov.az. İstifadə tarixi: 2024-10-13.
  9. "Population". The State Statistical Committee of the Republic of Azerbaijan (ingilis). İstifadə tarixi: 2024-10-24.
  10. "Şəhər haqqında | Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti". naftalan-ih.gov.az. İstifadə tarixi: 2024-10-17.
  11. "Korçay Dövlət Təbiət Qoruğu | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi". eco.gov.az (az.). İstifadə tarixi: 2024-10-17.
  12. "Respublika əhəmiyyətli yollar - Aayda.gov.az". www.aayda.gov.az. İstifadə tarixi: 2024-10-17.
  13. "Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.aayda.gov.az (ingilis). İstifadə tarixi: 2024-10-17.
  14. "Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunda tikinti işləri yekunlaşır". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. İstifadə tarixi: 2024-10-17.
  15. "Respublika əhəmiyyətli yollar - Aayda.gov.az". www.aayda.gov.az. İstifadə tarixi: 2024-10-17.
  16. "Talış-Tapqaraqoyunlu-Qaşaltı yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir VİDEO/FOTO". www.aayda.gov.az (ingilis). İstifadə tarixi: 2024-10-17.
  17. "Respublika əhəmiyyətli yollar - Aayda.gov.az". www.aayda.gov.az. İstifadə tarixi: 2024-10-17.
  18. modern.az. "Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq". modern.az (az.). İstifadə tarixi: 2024-10-17.
  19. "НЭБ - Национальная электронная библиотека". rusneb.ru - Национальная электронная библиотека (rus). İstifadə tarixi: 2024-10-26.
  20. "Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi". azculture.uz. İstifadə tarixi: 2024-10-26.
  21. jahedi. "Azərbaycanın Milli Mətbəxi". Ulduz Tourism, Azerbaijan - Türkiye Tour Operator (az.). 2023-04-04. İstifadə tarixi: 2024-10-26.
  22. "Goranboy Mətbəxinin Şah Yeməyi - Qızılhacılı Bozartması Resepti". Evdar.az (az.). İstifadə tarixi: 2024-10-26.
  23. "Qarabağ mətbəxi:Dombalan bitkisinin faydaları və bişirilmə qaydası-Video". Qaziler.az (az.). 2018-03-16. İstifadə tarixi: 2024-10-26.