Rasim Əkbərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rasim Əkbərov
Əkbərov Rasim Ağa oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Ağa Əkbərov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Polkovnik
Vəzifəsi Goranboy batalyonunun komandiri (1992)
Döyüşlər

Rasim Ağa oğlu Əkbərov (1957, Qasım İsmayılov) — Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri, keçmiş siyasi məhbus, sabiq Azərbaycanın Milli Qəhrəmanı (1992–2001).

Rasim Əkbərov 1957-ci ildə anadan olmuşdur. 1990-cı ildə könüllü əsgər kimi döyüşə yollanıb və 157 saylı briqadanın komandiri vəzifəsinə qədər yüksəlib.

Rasim Əkbərov 1993–2000-ci illərdə Goranboy rayonu İcra hakimiyyətinin başçısı olan "Ağa dayı" kimi tanınan Ağa Tahir oğlu Əkbərovun oğludur. Ağa Əkbərov Bakı Dövlət Universitetinin professoru olmuş Səfiyar Musayevin qudası idi.

Keçmiş Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Rasim Əkbərova Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.[1]

Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 1994-cü il tarixli 83 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğlu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[2]

Rasim Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb.[3][4] Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə Rasim Ağa oğlu Əkbərov "Azərbaycanın Milli Qəhrəmanı" adından və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilmişdir.[5]

Rasim Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

  1. ""Azərbaycanın Milli Qəhrəmanı"". 2022-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  2. ""Azərbaycan Bayrağı" ordeni". 2023-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  3. "Əfv olunub". 2011-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-04.
  4. Azərbaycan Respublikası Prezidentinin fərmanı [ölü keçid]
  5. Məhrum edilmə [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]