Natiq Qasımov (hərbçi)
Natiq Qasımov | |
---|---|
Natiq Səlim oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1971 |
Doğum yeri | |
Vəfat tarixi | güm. mart 1992 (21 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
Natiq Səlim oğlu Qasımov (2 yanvar 1971, Kiçik Qaramurad, Gədəbəy rayonu – güm. mart 1992, güm. Pirlər, Xocalı rayonu) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin, Azərbaycanın Milli Qəhrəmanı (2024).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.[2]
1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədən əsir alınmışdır.[3]
Sonrakı taleyi
[redaktə | mənbəni redaktə et]2019-cu ildə Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan "ASASmedya" Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10.000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib.[2][3][4][5][6][7]
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.[8][9]
Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən çəkilmiş "Oğul" sənədli filmi çəkilmişdir. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib:[10]
Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur.
Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib.[11] Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış "general" Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi.[11]
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər gedib. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfərin dedikləri:[12][13]
Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1][14]
- (25 iyun 2024) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İrsi və xatirəsi
[redaktə | mənbəni redaktə et]Haqqında çəkilmiş filmlər
[redaktə | mənbəni redaktə et]Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. Sənədli film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib.[15][16]
Film 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Filmin görüntü rejissoru Simon Stanforddur. 2021-ci ildə lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub. Filmin təqdimatı fevralın 28-də Nizami Kino Mərkəzində baş tutmuşdur. Təqdimatda yaradıcı heyətlə birlikdə Natiq Qasımovun ailəsi də iştirak etmişdir.[17] "Qafqazinfo"nun məlumatına görə, filmi Böyük Britaniyanın "Broken Pot Media" şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb.[18]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "N.S.Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 25.06.2024. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2024.
- ↑ 1 2 "Əsir olduğu deyilən əsgərimiz sağdır: 10 min mükafat..." 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ 1 2 "1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır – Türkiyə onun üçün pul mükafatı təyin etdi". 2019-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ "Qarabağ döyüşünün Mixaylosu "ermənilərin fabrikində çalışır"". 2019-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ "1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır: 10 min mükafat təyin edildi..." 2019-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ "Nofəl Qasımov: "Natiqin sağ olması xəbəri türk mətbuatında da yayılıb"". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ "Tapılması üçün 10 min dollar mükafat təyin edilən azərbaycanlı əsirin qardaşı DANIŞDI". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ "Bayrağı düşmənə verməyən oğul – Natiq Qasımov". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-01.
- ↑ "Qəhrəmanlar ölmürlər: "Qarabağ şahini" Natiq Qasımov". 2017-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-01.
- ↑ "Hamı bu filmdən danışır..." qafqazinfo.az. 4 oktyabr 2023. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
- ↑ 1 2 "Hamı bu filmdən danışır..." qafqazinfo.az. 4 oktyabr 2023. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
- ↑ "23 Xocalı sakinini xilas etmək üçün əsir düşən qəhrəman haqqında film". kulis.az. 24 fevral 2017. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
- ↑ "Təkbaşına ermənilərə qarşı vuruşduqdan sonra xocalıları xilas etmək üçün təslim olmuş Natiq Qasımov – VİDEO". Oxu.Az. 30 sen 2023. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
- ↑ "N.S.Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.
- ↑ "23 Xocalı sakinini xilas etmək üçün əsir düşən qəhrəman haqqında film". kulis.az. 24 fevral 2017. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
- ↑ "24 fevral 2017". sitat.news. Natiq Qasımov adlı sənədli film nümayiş olunmuşdur. İstifadə tarixi: 9 oktyabr 2023.[ölü keçid]
- ↑ Şahpəri Abbasova. "Karan Sinqh azərbaycanlı hərbi əsir haqda film çəkib". sputnik.az. 23 fevral 2022. 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
- ↑ "Hamı bu filmdən danışır..." qafqazinfo.az. 4 oktyabr 2023. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 2 yanvarda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Gədəbəy rayonunda doğulanlar
- 1992-ci ildə vəfat edənlər
- 21 yaşında vəfat edənlər
- Xocalı rayonunda vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Birinci Qarabağ müharibəsində itkin düşənlər